Müxtəlif millətlərin nümayəndələrinin məskunlaşdığı Azərbaycanda Novruz ənənələri də rəngarəng olur. Bu bayram böyük bir etnos kimi sadəcə Azərbaycan xalqının deyil, həm də ərazidə kompakt şəkildə yaşayan milli azlıqların da sevimli ənənəsi halına gəlib.
Milli.Az xəbər verir ki, qafqazinfo ilaxır çərşənbədə ölkəmizdə məskunlaşmış etnik azlıqların bəzilərinin adətləri ilə maraqlanıb:
Buduqlular ilaxır çərşənbədə bütün qonşulara bayram aşı aparırlar
Qubanın Yalavanc kəndinin ağbirçəyi Mədinə Hacıyeva deyir ki, əvvəllər bayram günü evdə plov bişəndə qonşulara mütləq bir qab yemək çəkməliydin. Vaxt ötdükcə bu, ənənə halına gəlib:
"Hər ilaxır çərşənbədə qadınlar əllərində şamla küçələrə düşürdü. Həmin günü daha qonşu gəzməkdən birtəhər oluruq. Hələ əvvəllər həyətdə nə qədər yer var, şam qoyurduq ki, küçəyə çıxanda aydınlıq olsun. Onda birinin həyətində tövləsi yandı, ondan sonra qadınlar əllərində şamlarla gəzirlər. Bəziləri çoxbilmiş olur. Elə ona qonşudan gələn aş qabını digər qonşuya aparır. Belə-belə bir də görürsən ki, aşın hərlənib fırlanıb elə öz qapına gəlib. İndi aş aparanlar azalıb, çox yaxın qonşuya şirniyyat, bayram sovqatı verirlər".
Talışlar nişanlı qızlara ağzında üzük olan balıq aparır
Lənkəranın Şirinsu kəndinin sakini Aygün Kazımova çərşənbə axşamı talışların süfrəsinin "olmazsa olmaz"ının kütüm balığı olduğunu bildirir:
"Bundan başqa, göyərtidən səbzi kükü hazırlanır, tərə bişirilməlidir. Bu üç yemək mütləq çərşənbə süfrəsində olmalıdır. Lənkəranda çərşənbə günü çay üstə gedirlər. Musiqilər qoyulur, hamı oynayır. Çay üstə gedəndə hər kəs öz və ya uşağının saçından, dırnağından, paltarların ucundan kəsib bir parçaya büküb suya atır. Bu da dərd-bəlanı özündən uzaqlaşdırmaq mənasına gəlir. Biz tərəfdə hər il bayram bazarlığında mütləq bardaq alınır. O bardaq su ilə doldurulub evə gətirilir və həyət-bacaya səpilir. Çərşənbə axşamı stol bəzənərkən kənara bir bütöv çörək, bir də su qoyurlar. Onlar səhərə kimi elə qalır. Səhər oyananda ailə üzvlərinin üzünə vurulur və çərşənbə suyu adlanır.
Bundan başqa, bayram axşamında nişanlı qızlara bayram xonçası ilə birlikdə ağzında üzük olan balıq da aparılır".
Lahıclılar artıq budaqları yandırır
"Baxtı man, baxt tı Əli, Çorşənbiho pırənbəri" - Lahıcda ocağın və suyun üstündən atlayan zaman insanların dediyi bu ifadənin tərcüməsi "bəxtimə bəxt ver, Əli, çərşənbələrdə pırənbər yetir"dir. Belə ki, lahıclılar üçün ətirli, ənbərli yeməklər vacib sayılır. Bayram səhəri hər bir evdə yağlı ətlə qarışdırılaraq qabıqsız buğda yeməyi, kişmişli süd aşı, ballı quymaq və doşablı xəşil bişirilir. Yaxınlıqdakı meşədən ardıc ağacından xırda budaqlar kəsib evə aparır, sonra isə evdə həmin budaqları əvvəlcədən köz tökülmüş manqaldakı odda yandırırılar. Ardıcın yanmasından əmələ gələn xoş qoxulu tüstü ev əhlinə xüsusi bir əhval-ruhiyyə gətirir.
Ləzgilər heç vaxt papaq atmır
Hazırda Azərbaycan əhalisinin 2 faizini təşkil edən ləzgilərdə Novruz bayramının adı "Yaran suvar"dır. Qusarın Mucuq kəndindən olan Rəşad Əmirgünəyev cavanların hər çərşənbədə mütləq qohum ziyarətlərinə getdiklərini, ailə dəyərlərinin ləzgilər üçün vacib faktor olduğunu deyir:
"Bayram günlərində yeməklər əsasən dənli bitkilərdən hazırlanır. Bu da bolluq, bərəkət rəmzi sayılır. Mütləq təndir çörəyi bişirilir və səməni halvası - "sələma" hazırlanır. Bundan başqa, "çaxar"- yarma aşı, "afar"- qutab, "skan" - kələm, soğan, kartof, ət, un olan bir neçə qatdan ibarət kömbə çörək də süfrələrin əvəzedilməzidir. Cavan qızlar həyətlərdə qutab bişirir. Bayram günü ləzgiləri ocağı həyətdə deyil, təpələrin başında qalayar. Ləzgilər papaq atmaqdansa, əlinə torba alıb qonşuya gedirlər. Söhbətləşdikdən sonra qonağın torbasına pay qoyulur.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İşğalçılar Goranboy və Tərtəri atəşə tutur - RƏSMİ
1 sözdən ibarət kitab
Bu insanlar FEYXOA yeməməlidir!
Bakının uşaq bağçalarında bayraq aksiyası
Son qalamız necə alındı?
Kvanç haqqında daha bir İDDİA-FOTO
Yatarkən bunları geyinməyin!
Uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə start verildi
Yazın 10 super qidası
Reper ideal bədən quruluşu ilə sevənlərini heyrətləndirib-FOTO
Gün var əsrə bərabər: ötənləri yada salaq
Ballı tort qara gavalı ilə (foto resept)
"Sarkisyan təslim oldu, 5 rayon qaytarılır"
Nazir müavinindən Yeni illə bağlı - XƏBƏRDARLIQ
Ağdam toyları
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü
Pulqabılar
Livanda iki nazir istefa verib
Toy tortları
Dünyada koronavirusa yoluxanların sayı 600 mini ötdü
Azərbaycanda məktəblərdə dini dərslər keçirilsin
Ev həsrətində olanlara şad xəbər
Uşaqlıq boynu xərçəngindən xəbərimiz varmı?
Bu günün hava proqnozu
Bakıya yağış, rayonlara qar yağacaq
Bu gün yeni əsginaz dövriyyəyə buraxılır
BÜRCLƏR bizə nə vəd edir?-22 Sentyabr
Kağızdan fil düzəldən - FOTO
Gecə və gündüzdən necə qənimət götürmək olar?
Kafe və restoran sahiblərinə ŞAD XƏBƏR - QƏRAR
Akalın libasını fanatına hədiyyə etdi
Sezonun trendi: XXL köynəklər
Rihanna yeni brendini təqdim edib - FOTO
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Brabus-dan kabriolet Mercedes
Portağal suyu (foto-resept)
İspan rəssamın əl işləri
Sizi xoşbəxt edəcək cəsur hərəkətlər
Ermənilərə xəbərdarlıq edildi
Azərbaycanda unikal yenilik
Bakıya düman gələcək, külək əsəcək
Seçkilərdə ən çox səs toplayan namizəd
Qadın boksçumuz ermənini diz çökdürdü
“WhatsApp”da YENİLİK!
İlham Əliyev təltif etdi
Serenay Sarıkayanın tətil fotoları müzakirələrə səbəb oldu - FOTO
Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO
Panamada tarix yazıldı
Klaç çanta modelləri














