Prezident İlham Əliyev "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 482-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
"Təhsil haqqında" qanuna aşağıdakı məzmunda 11.4-cü və 11.5-ci maddələr əlavə edilib:
"11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir".
Milli.Az
XƏBƏR LENTİ
Kişilərin ata olmaq şansını azaldan faktorlar
Ona səbəb göstərin!
Lampalar bizi izləyəcək
Namazdan sonra hansı duaları oxumaq lazımdır?
3 milyonluq marka
Günün ulduz falı - 16.12.2013
Rusiyada qazın qiyməti qalxdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
Koronavirusa qarşı təbii vasitə aşkarlanıb
Hava necə olacaq?
Saakaşvili Ukraynanın baş naziri olacaq
Məşhur aktrisanın övladı tələf oldu
Gül formalı ananas (foto resept)
“Qarabağın məşhur müəllimləri” – Xudu Məmmədov
Qadın güləşçilərimiz 7 medal qazandı
HAVA necə olacaq?- 24 MART
Gələn ildən xəz dəri satışı QADAДћAN OLUNACAQ
Mikroskop altında böyüdülmüş 20 görüntü
İllər sonra eyni seriala çəkildilər
Abituriyentlər üçün bəd xəbər?
İsveçrənin əyaləti hicabı yasaqladı
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Alınmış biletlərin əvəzinə yenisi verilə bilər - RƏSMİ
İrandan şok açıqlama
Şirkətimiz reytinqdə birincidir
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
"Körpə gəzintidə" filmi gerçək oldu
Bu günün tarixi (03.09.2014)
HAVA necə olacaq?- 6 APREL
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Sürətlə şığıyan Ford Mustang - FOTO
HAVA necə olacaq?-17 Sentyabr
Sevimli salat (foto resept)
Prezidentdən yeni təyinatlar
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Türkiyə sənətkarlarının tarixi şəkilləri
700 manata da buket varmış - FOTO
Girovlarla bağlı bəyanat
Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı
Ötən ilin ən yaxşı smartfonu açıqlandı
5-dən çox uşağı olan ailələrə müavinət veriləcək
70-ci illərdə saç və geyim tərzi
Azərbaycanın adı dünyaca məşhur serialda
Kələm salatı (foto resept)
Oskar mərasimindən ən yadda qalan geyimlər
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Azərbaycanda dərmanlar bahalaşır?














