Bəşər oğlu tərəfindən kosmosun fəthi başlayandan sonra kosmik məkana çıxarılan və olduqca baha başa gələn gəmilər dəfələrlə qəzaya uğrayıblar. Amma bu qəzalar tədricən elm və texnikanın inkişafına imkan verərək Marsın koloniyalaşdırılması ideyasının reallaşdırılmasına yol açmaqdadır. Öz növbəsində Yerətrafı orbitə çıxarılan kosmik gəmilərin müəyyən səbəblərdən qəzaya uğraması insan itkilərinə səbəb olub.
"Apollon-1" faciəsi
1967-ci ildə Yerətrafı orbitə çıxarılması nəzərdə tutulan ABŞ-a məxsus kosmik gəminin qəzaya uğraması baş verdi. Belə ki, 1967-ci il yanvar ayının 27-də "Apollon"kosmik gəmisinin Yerətrafı orbitə çıxarılmasına hazırlıq zamanı qəza baş verdi. Nəticədə kosmik məkana səfərə hazırlaşan "Apollon-1"-in heyəti, astronovtlar Edvard Uayt, Virgil Qriss və Rocer Çaffi həlak oldular. Sonradan araşdırmalar zamanı məlum oldu ki, gəminin yanmasına səbəb məşqlər zamanı oksigen-azot birləşmələrinin yüksək təzyiq altında alışması olub.
"Soyuz-1": kosmik yarışma qurbanı
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, ötən əsrin 50-ci illərindən başlayaraq ABŞ-la SSRİ arasında kosmik məkanın fəthi uğrunda gedən yarışda Moskva öz əzəli rəqibini xeyli geridə buraxmışdı. Lakin tədricən kosmos uğrunda mübarizədə SSRİ ABŞ-a uduzmağa başlamışdı. Belə ki, 1965-1967-ci illərdə ABŞ Yerətrafı orbitə ardıcıl olaraq pilotla idarə olunan kosmik gəmilər göndərdiyi halda, SSRİ bir dəfə də olsun bunu edə bilməmişdi. Ona görə də SSRİ 1967-ci ildə nəyin bahasına olursa olsun Yerətrafı orbitə pilotlu gəmi göndərməyi qərara almışdı. 1967-ci il aprel ayının 23-də içərisində kosmonavt Vladimir Komarovun olduğu "Soyuz-1" kosmik gəmisi Yerətrafı orbitə çıxarıldı. Amma gəminin kosmosa göndərilməsindən sonra problemlər başladı, əvvəlcə gəmidə quraşdırılan iki günəş batareyasından birinin panelləri açılmadı. Nəticədə gəmidə enerji çatışmazlığı yarandı. Ona görə də gəminin vaxtından əvvəl geriyə qaytarılması qərara alındı. "Soyuz-1" uğurla Yerətrafı orbiti tərk etdi. Lakin nəzədə tutulan əraziyə enmə mərhələsində gəmidəki paraşüt sistemində nasaszlıq baş verdi və o açılmadı. Belə güman edilir ki, buna səbəb enmə aparatında olan texniki səhvlər olub. Nəticədə saniyədə 50 metr sürətlə hərəkət edən enmə aparatı yerə dəyərək partladı və kosmonavt Komarov həlak oldu. Bu həmin dövrdə Yerətrafı orbitin fəthi tarixində kosmik məkanda pilotla idarə olunan kosmik gəminin ilk qəzası idi.
Həmin dövrdə Yerətrafı orbitdə qəzalar adi hal almağa başlamışdı. Belə ki, növbəti kosmik qəza "Soyuz-11" kosmik gəmisi ilə əlaqədar baş verdi. Bu, "Salyut" orbit stansiyasında fəaliyyət göstərən ilk çoxadamlı heyət idi. 1971-ci il iyun ayının 29-da "Soyuz-11" kosmik gəmisinin heyəti 23 gün ərzində Yerətrafı orbital stansiyada nəzərdə tutulanları uğurla həyata keçirdikdən sonra yerə qayıdırdı. Lakin gözlənilməz qəza nəticəsində hər üç kosmonavt həlak oldu. Araşdırmalar zamanı məlum oldu ki, qəzaya səbəb 150 kilometr hündürlükdə enmə aparatındə təzyiqin birdən-birə aşağı düşməsi olub. Qəzanı araşdıran komissiya təzyiqin aşağı düşməsinə havalandırma sistemindəki klapanın səbəb olduğu qənaətinə gəlmişdi. Klapanın tam bağlanmaması nəticəsində kosmonavtların hər üçü dünyasını dəyişmişdi. Bundan dərhal dərs çıxarıldı və sonrlar kosmosa göndərilən apartlarda təzyiqin düşməsinə və klapanın tam bağlanmamsına səbəb olan nasaszlıq aradan qaldırıldı.
1986-cı ildə daha bir gəmi qəzası baş verdi. 1986-cı il yanvar ayının 28-də Yerətrafı orbitə çıxarılan "Çellenger" kosmik gəmisi 73 saniyə sonra havada partladı. Gəmidəki 7 heyət üzvünün hamısı həlak oldu. Qəzanın səbəblərini araşdıran zaman məlum oldu ki, qatı yanacaq bakının halqası gəmi Yerətrafı orbitə çıxarılan zaman zədələnibmiş. Bu da öz növbəsində yanacaq bakının sıradan çıxmasına və gəminin havada ikən alışaraq yanmasına səbəb olmuşdu. Nəticədə bu nasaszlığı aradan qaldırmaq ABŞ Kosmik Tədqiqatlar İdarəsinə (NASA) 2,5 ilə başa gəldi.
Bununla belə müxtəlif səbəblərdən Yerətrafı orbitə çıxarılan kosmik gəmilərin qəzaları davam etməkdə idi. Belə qəzalardan biri 2003-cü il fevral ayının 1-də "Kolumbiya" kosmik gəmisi ilə əlaqədar baş verdi. 16 gün Yerətrafı orbitdə uğurla fəaliyyət göstərən kosmik gəmi geriyə qayıdarkən atmosferin sıx qatlarında yoxa çıxdı. Araşdırmalar zamanı gəminin qəzaya uğrayaraq yandığı məlum oldu. Qəza gəmidəki 7 astronavtın ölümünə yol açdı. Bir neçə ay davam edən axtarışlar zamanı gəminin qalıqlarını böyük bir ərazidən yığmaq lazım gəldi. Araşdırmalar zamanı məlum oldu ki, qəzaya səbəb qoruyucu qatın zədələnməsi olub. Bundan sonra ABŞ tərəfindən kosmik məkana pilotlu gəmi göndəriməsində müəyyən fasilələr əmələ gəldi. Son dövrlərdə isə NASA kosmik məkana, o cümlədən Mars planetinə daha çox pilotsuz gəmilər göndərilməsinə üstünlük verir.
Milli.Az
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO