Qadınlar kişilərə nisbətən 2 dəfə daha artıq depressiyaya düşə bilirlər. Bunu araşdırmalar da sübut edir. Səbəbi isə odur ki, qadınların özlərinə tələbatı çoxdur, eyni zamanda ətraflarından daim diqqət, qayğı umurlar. İstədikləri diqqəti görməyəndə isə asanlıqla depressiyaya düşürlər.
Aparılan sorğulardan da belə məlum olur ki, bu cür hallarda qadınların bəziləri xarici görünüşlərində dəyişiklik edir, hətta ehtiyac olmadığı halda gözəllik salonlarına gedib ya saçlarını kəsdirib-rəngləyirlər, alış-verişə çıxırlar, çox yeyirlər, ya da ki, səyahətə çıxırlar. Beləliklə də özlərini motivə etməyə çalışırlar. Təbii ki, problemdən bu cür çıxış yolu tapmaq o qədər də uğurlu olmur.
Məsələn, çox yemək gözlənildiyi kimi qadınlara xoşbəxtlik deyil, daha çox artıq çəki, yorğunluq gətirir. Halbuki, əvvəllər klassik depressiyada daha çox iştaha azalar, çəkidə həddən artıq arıqlama müşahidə olunardı.
Amma bu gün müasir depressiyanın ən böyük bəlalarından biri iştahanın patoloji şəkildə artması, kökəlmə və piylənmədir. Qadınlar sanki bütün depressiya acıqlarını, hirslərini yeməklə aradan qaldırmağa çalışırlar. Yaxud həddən artıq bədxərclik sonradan qadınlara başqa sosial problemlər yaradır və sair.
"Ümumiyyətlə, depressiya bir xəstəlikdir". Milli.Az xəbər verir ki, bu sözləri psixoloq Dəyanət Rzayev musavat.com-a açıqlamasında bildirib.
Psixoloqun sözlərinə görə, qadınların depressiyadan çıxış yolları tapması onların insani dəyərlərindən və maddi durumlarından çox asılıdır: "Təbii ki, insanın maddi durumu yaxşıdırsa, o, daha çox alış-verişə üstünlük verəcək. Həqiqətən də insan alış-veriş edib, əyninə yeni geyim geyinəndə özünü tamamilə başqa cür hiss edir. Əgər adi bir geyimdəsiniz və xoşagəlməz bir olay baş veribsə, istər-istəməz əhvalı düzəltmək çox çətin olur. Ona görə də, bu cür hallarda əksər qadınların alış-veriş etməsi normal bir haldır. Bəzi qadınlar isə idmana gedir, təbii ki, bu da maddi imkandan asılıdır. Digərləri isə başqa cür reaksiya göstərir, rəfiqələri ilə görüşüb, dedi-qodu edirlər, bəzilərinin isə ümumiyyətlə, kiminləsə danışmağa əhvalı olmur. Yaşadığı stresslə mübarizə aparmaq üçün digər üsullara əl atır. Məsələn, saçını kəsdirir, ya da ki, rəngini dəyişir. Beləliklə də güzgüyə baxdıqda özündə dəyişiklik, yenilik görür və bu, ona stressdən çıxmağa köməklik edir".
Milli.Az
XƏBƏR LENTİ
Kəs və yapışdır-58
Bəhram Bağırzadədən Bakı merinə təklif
Dovşanın qulaqları niyə uzundur?
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Aleyna Tilki "gül kələminə" eşq elan etdi
Saqqız çeynəmək mədəniyyəti
Günün ulduz falı
Kim oruc tutmaya bilər?
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Bürclərə görə qadınların ərlərinə qarşı münasibəti
XƏBƏRDARLIQ: Qar yağacaq, yollar buzlayacaq
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Panamada tarix yazıldı
Teymur Rəcəbov xanımı ilə
Pensiya sistemi təkmilləşdiriləcək - RƏSMİ
Almalı rulet (foto resept)
Azərbaycanda internetin sürəti artırıldı
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Ronaldinyodan Messi etirafı
Hamiləlikdə anemiya: ana və körpəsi risk altındadır
Ermənilərin gecə TƏXRİBATı
Reallıq düşündüyümüz kimi deyil
Heyvanlara sevgi uşağın dil inkişafına da təsir edir
10 min çanta paylandı
Facebook-dan Türkiyəyə qarşı səhv addım
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Evlərin dam örtüyü dəyişdiriləcək
Kirpiklərim çox qısadır, necə uzada bilərəm?
Yayda formada olmaq üçün 5 məsləhət
Prezidentin köməkçisi: “Araik Artunyan cəzasını aldı”
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Alla Puqaçovanı kimsə tanımadı- FOTO
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
8 saat yatmaq vacibdirmi?
"Milli Atlas" qeydə alındı
Kolleclərə tələbə qəbulu başladı
İlham Əliyevin oğlu imtahan verdi
Haker Rumıniya prezidentinin saytını dağıtdı
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Bunları bilirdinizmi?
Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa
Rusiya maşınları Ukraynaya girdi
"Xəzər status qazanmağa yaxındır?"
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
- ŞƏRHLƏR