Astroloqlar hesab edirlər ki, Xoruz ili bütün bürclər üçün düşərli olacaq. Qırmızı Xoruz hər kəsin həyatını yaxşılığa doğru dəyişmək iqtidarındadır, yalnız düzgün yanaşmanı tapmaq lazımdır. Yeni il öz bacarıqların inanan və nəticə əldə etmək üçün maksimum səy göstərənlər üçün daha da uğurlu olacaq.
Milli.Az publika.az-a istinadən Xoruz ilinə dair proqnozlarını təqdim edir.
Qoç
Bu bürcün nümayəndələri bütün ili Alovlu Xoruz qanadının himayəsi altında keçirəcək. Ruh yüksəkliyi, mərdlik və qətiyyət Qoçlara xoşbəxtlik gətirəcək. Risk qiymətləndirilməsi zamanı adekvat qərarlar qəbul etsələr, ən cəsarətli və gəlirli maliyyə tədbirlərini həyata keçirməyə müyəssər olacaqlar. İlin ikinci yarısı şəxsi işini qurmaq baxımdan Qoçlar üçün ideal vaxt olacaq.
Buğa
Bütün ili güclü dəyişikliklər onları yıxmağa cəhd edəcək. Amma alınmayacaq. Qoçaqlığı və ayıq-sayıqlığı Buğalara pul problemlərindən qaçmağa kömək edəcək. İl böyük xeyirlər, həm də əhəmiyyətli maliyyə itkiləri olmadan keçəcək. Qısası, 2017-ci il Buğalar üçün risksiz və gəlirli olmayacaq.
Əkizlər
Onlar üçün gələn il gözlənilməz vəziyyətlərlə zəngin olacaq. Daim tərəddüd edən Əkizlər üçün Xoruz ili o qədər də asan keçməyəcək. Qırmızı Xoruz ili onlara ziyan və məyusluq gətirəcək. Amma zərəri minimuma endirmək mümkündür. Bunun üçün Əkizlərə ən vacib qərarların qəbul edilməsini digər insanlara həvalə etmək tövsiyə edilir.
Xərçəng
Xərçənglərin gələn il üçün əsas iqtisadi strategiyası küt müdafiə olacaq. Onların su təbiətilə Xoruzun odlu təbiəti açıq qarşıdurma yaradacaq. Bu bürcün nümayəndələri bütün il rəhbərliyin yersiz tənqidlərini eşitməyə məcbur olacaq, yaxud da rəqiblərinin təzyiqlərinə məruz qalacaq. Amma bu, onların yalnız xeyrinə vəsilə olacaq. İtki çox olan yerdə, Xərçənglər ehtiyatı əldən vermir.
Şir
Gələn il nəcib Şirlər üçün imkanların qiymətləndirilməsi dövrüdür. Amma Xoruz ili onlara həm də çox ağrılı itkilər gətirəcək. Maliyyə qələbələrinin məğlubiyyətdən daha çox olması üçün səxavətli Şirlər bədxərcliyini nəzarət altında saxlamalı olacaq.
Qız
Qız bürcünün əməksevərliyi və işgüzarlığı 2017-ci ildə onlara maliyyə durumunu nəinki qoruyub saxlamağa, eyni zamanda əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək. Gələcək 12 ay bir çox Qız bürcü üçün karyerasının yüksəlməsi və ruzi-bərəkətin artması ilə yadda qalacaq. Dəqiq intuisiyası onlara əksər səhvlərdən qorunmağa və ilin onların xeyrinə bitməsinə əhəmiyyətli dərəcədə köməklik göstərəcək.
Tərəzi
Rahatlığa can atan Tərəzilərin bu xüsusiyyəti Alovlu Xoruz ilində onlara bütün imtiyazlardan istifadə etməyə imkan verməyəcək. Gələn il istənilən imkandan yapışmaq lazımdır. Odur ki, gələn il Tərəzilərin öhdəsinə ya radikal dəyişiklik etmək, ya yanaşma tərzini kökündən dəyişmək, ya da bütün şansları başqalarına ötürmək düşəcək.
Əqrəb
Bu insanlar üçün uğursuzluğun əsas səbəbi Əqrəblərin mürəkkəb xasiyyəti ola bilər. Xudpəsənd Əqrəblərin gəlirlərinin artımı digər insanlardan asılı olacaq. Onlar istəsələr, yeni tanışlıq və qurulan əlaqələri dərhal maddi mənfəətə çevirə biləcək. Odur ki, Əqrəblərə gələn il daha çox gülümsəməyi və hər tapşırığı canla-başla yerinə yetirməyi tövsiyə edirik.
Oxatan
Təəccüb, heyrət və həsəd! Azadlıqsevər Oxatanlar 2017-ci ildə ətrafdakılarda məhz bu hissləri oyadacaq. Çünki fortuna 12 ay ərzində onların tərəfində qalacaq. Onlar başqalarının girişməyə cəsarət edə bilmədiyi məsələlərdən qazanc əldə edə biləcəklər. Gələn il onlar üçün iddialarını həyata keçirmək, daha yüksək vəzifəyə başlamaq və ya biznesin genişləndirilməsi baxımdan əlverişli olacaq.
Oğlaq
Gələn il onlar prioritetləri müəyyənləşdirməli məcburiyyətində qalacaqlar. Əməksevərlik və inad Oğlaqlara öz işinin inkişafında və ya peşə sahəsində xeyli irəliləməyə kömək edəcək. Amma şəxsi həyat üçün vaxt qalmayacaq. Ona görə də Oğlaqlar üçün növbəti il pul və ailəsi arasında balans tapmağa çalışmaqla yadda qalacaq.
Dolça
Alovlu Xoruz Dolçalara ən arzuolunan hədiyyə - çoxlu dəyişikliklər gətirəcək. Onlar təngə gəldiyi işindən asanlıqla ayrılacaq və dərhal yeni, daha maraqlı və yüksək maaşlı peşə tapacaq. 2017-ci il biznesmen Dolçalara orijinal və çox perspektivli inkişaf istiqamətlərini görmək imkanı verəcək.
Balıqlar
Sülhsevər və sakit Balıqlar üçün gələn il durğunluq dövrü kimi yadda qalacaq. Gələn il onlara kəskin qərarlar verməmək və fikirlərini daxili aləminə yönəltmək məsləhət görülür. Onların həyatındakı dəyişikliklər kəmiyyətdə deyil, keyfiyyətdə hiss olunacaq. Gələn ili Balıqlar yeni maliyyə zirvəsinə çatmazdan əvvəl yaşanan kiçik böhran kimi qiymətləndirə bilər.
Milli.Az
XƏBƏR LENTİ
Meyvələrdən ilham alan sənətkar
Acundan AÇIQLAMA-FOTO
Qarındakı yağları əridən qarışım
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Nobelin son sahibindən maraqlı əhvalatlar
Alman reyxfürerin sevgi məktubları
"Beyaz Show" geri qayıdır
İncə telli saçlara qulluq üçün məsləhətlər
London Moda Həftəsi
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
Retro saç stili yenidən dəbdə!
Barış Arduç və Güpse Özay evləndi
Onlar niyə zəhləmizi tökürlər?
Trampın heykəli 28 min dollara satıldı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Ah bu donlar,donlar...
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Möcüzəvi təbiət hadisələri (2)
İşləmək üçün Qadın oldu
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Birinci xanım ərəbləri hiddətləndirdi
Psaki girovlar barədə danışdı
Qabının formasına vurulacağınız ətirlər
Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Deputatlarımız təsdiqləndi
Günün ulduz falı - 29.12.2013
Azərbaycanda daha bir pivə təhlükəsi
Yayla bağlı ilkin HAVA PROQNOZU
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Marsda həyat əlaməti - Yeni kəşf
Kraliça tacı türk gözələ çatdı
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Yeni trend: Təbii və dağınıq qaşlar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Möcüzəvi təbiət hadisələri
Merkel Facebook-a xəbərdarlıq etdi
Apple-in sirləri açılır
Qorbaçov ölüm yatağında
Portağallı maffin (foto resept)
Bezeli, biskvitli qozlu tort (foto resept)
Bütün noutbuklar üçün eyni...
- ŞƏRHLƏR