Azərbaycanda keçirilən toy mərasimləri qonşu ölkələrdən öz dəbdəbəsi və adətləri ilə seçilir. Bir-birinin adrınca toy edən ailələr "kimin toyu daha yaxşı keçdi" sualı altında rəqabət aparırlar. "Yaxşı toy" düşüncəsi isə bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir.
Milli.Az bildirir ki, bu fikirlər bizimyol-da toy problemi ilə bağlı materialındandır. Qəzet yazır ki, orta statistik Azərbaycan ailəsi ayda azı 3-4, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman orta aylıq əməkhaqqı 488 manat olan ailə aylıq gəlirinin 30 faizindən çoxunu, minimum əmək haqqından isə artığını toylara xərcləmiş olur. Toy edən şəxs isə çəkdiyi xərcin müqabilində ya borclu qalır, ya da necə deyərlər "əl-əl - baş-baş" şəkildə mərasimi başa vurur.
Bakıda ən ucuz gəlin paltarı 200 manatdan başlayır, 2000 manata kimi üzüyuxarı gedir.
Gəlinlik ayaqqabısının satış qiyməti 50-250 manat arasındadır. Makiyaj və saç düzümü birlikdə, yaxşı halda 200 manata başa gəlir və bu prosesin yuxarı qiyməti 500 manata dayanır. Bu, ustadan və salondan asılı olaraq dəyişir.
Manikür və pedikürün qiyməti ayrıdır və onlara gəlin 15-50 manat arası pul xərcləməli olur. Hətta bəzi salonlarda saç və makyaj birlikdə 1500-2000 manata başa gəlir.
Əllərə xınadan xüsusi naxışlar isə 5-10 manat arası dəyişir. Gəlin buketinin qiyməti 30-100 manat arasındadır.
Paytaxtda gəlin maşınının bəzədilməsinə, ən ucuz halda 35 manat ödəməlisiniz. Bu məbləğ, formasından və yerindən asılı olaraq, 200 manatadək qalxa bilər.
Beləliklə, Bakıda bir gəlinin bəzədilməsi üçün minimum 535 (ölkə üzrə minimum əməkhaqqından 4 dəfə, orta əmək haqqında isə 8 faiz çox) manatınız olmalıdır. İstəyinizdən və büdcənizdən asılı olaraq, bu xərcin yuxarı həddi minimum məbləğin 10 qatınadək gedib çıxa bilər..
Restoranlarda menyuların qiyməti də bir o qədər yüksəkdir. 30 manatdan başlayan menyular 50, 70, 90, 100, 130, 200 və daha yüksək rəqəmlərə qədər gedib çıxır. Əgər restoranlarda xüsusi boşqablar və bəzədilmə tətbiq edilərsə bu zaman menyunun qiyməti 300 manata qədər ola bilər.
Bəs bu qədər xərc çəkmək, qohum-əqrabanı borclandırmaq lazmdırmı? İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində dövlət bu işə müdaxilə etməməlidir. Toylara hər hansı qadağaların qoyulması düzgün yol deyil: "Sadəcə dövlətin əlində olan imkanlarla - təşviqat vasitələri ilə televiziyalar, müəyyən örnəklərin yaradılması ilə bağlı işlər görülə bilər. Azərbaycanda uzun illərdir toy obrazlı şəkildə desək, depozit vasitəsinə, lotereya oyununa çevrilib. Hər hansı bir ailə illərdir qohumların, qonşuların toyuna gedib müəyyən pul vəsaiti hədiyyə edir və gözləyir ki, öz övladına və yaxınına toy edərkən, payladığı vəsaiti geri qaytaracaq. Belə çox pis bir ənənənə yaranıb Azərbaycanda.
Bundan əsas gəlir götürən də şadlıq evləri sahibləri olur. Son 15 ildə Azərbaycanda yağışdan sonrakı göbələk kimi yüzlərlə yeni şadlıq evləri yarandı. Mən inanmıram ki, dünyanın hansısa bir ölkəsində bizdəki qədər şadlıq evləri fəaliyyət göstərsin. 18 milyonluq İstanbulda belə bu qədər şadlıq evləri yoxdur. Ümumiyyətlə, çox sadə toy mərasimləri keçirilir. Xaricdə ancaq estrada ulduzlarının, kino aktyorlarının və ya çox tanınmış şəxslərin toylarında dəbdəbə olur".
Milli.Az
XƏBƏR LENTİ
Katarakta xəstəliyi
Baharın makiyaj trendi
Aclıq, yoxsa özünə qəsd?
Yeni ilə keçmədən bunları edin
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
İshal və qusma zamanı ilk tibbi yardım(2)
Bu möcüzəvi qarışımla gəncləşin
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Apple elektrik avtomobil buraxacaq
Mehriban xanım Leyla Əliyeva ilə konsertdə-FOTO
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Repetitorlara da qadağa qoyuldu
Bakıda pulsuz kino göstəriləcək
Rəngarəng çanta modelləri
Evlilikləri 4 GÜN ÇƏKDİ
Hamiləlikdə ağız və diş sağlamlığının pozulması
Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün
Gəlinlik ayaqqabıları
Yarpaqlardakı rəsmlər
Castin Biber izləyicilərinə səsləndi
Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir
Bu xəbəri sürücülər mütləq oxusun!
Valideynlərin qış bəlası: bu iki xəstəliyi ayırmaq olmur
Qadının mədəsində bolt aşkarlandı-FOTO
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq
Nərgiz Paşayeva mükafata layiq görüldü
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
"Aslan Kral" cizgi filmindən 500 milyonluq gəlir
Ermənilər girovları qaytarmağa hazırdır
Qəlbinin səsi ilə hərəkət edirsən, yoxsa məntiqinlə?
Kukla teatrında “O olmasın, bu olsun”
Cavan olmam bir də mən?
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
Düşmən orduda böyük itki
Aleyna Tilkinin bacısı aktrisalığa başladı-FOTO
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Gülşen prokurorluğa verildi -SƏBƏB
Bağlanmış banklardakı əmanətlərin qaytarılması ilə bağlı VACİB AÇIQLAMA
Bütün Yer kürəsi işıqsız qalacaq: Bakı 30 martda...
Azərbaycan əsgərindən mərhəmət nümayişi
Tər ləkələri necə çıxar?
Canlı yayımda maraqlı anlar-FOTO
11 yaşlı oğlan milyonları heyrətləndirdi-FOTO
2018-in dəb trendləri
Qadın çox danışırsa, nə istəyir?
“Mall”arda bu obyektlər işləyə bilər - RƏSMİ
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Sobada blinçik (foto resept)
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA














