İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
Məlum olduğu kimi, sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.
Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.
Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilib. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.
Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.
Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.
Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əməkhaqlarının artırılmasına imkan verəcək.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.
Milli.Az

XƏBƏR LENTİ
28 ildən sonra ilk dəfə Şuşadakı evlərini gördü - VİDEO
Hava haqqında
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR
Dırnaqlardakı ağ ləkələr sağlamlığınız haqqında nə deyir?
23 rəqəminin sirri nədir?
Münasibətlərdə ən əsas problem və həlli
"Kala" bulkası (foto resept)
Beş yaşlı rəssam əsərləri ilə varlandı (FOTO)
Pişiklər insanı necə görür?
Tuba Büyüküstün ad gününü qeyd edib-FOTO
Bambuk gülünə qulluq
Təmizlik zamanı yol verilən səhvlər
Ailənizi xoşbəxt edin
Yapon əzgilinin faydaları
Məşhurların qocalığı
Məktəbin yeni dərdi: əvvəl geyim idi, indi isə...
"Ana" və "ata" olmayacaq
Xanımlar üçün üzüklər
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Aleyna Tilki görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Conni Depp qorxunc etirafı ilə gündəmi zəbt etdi
Acun Şeymadan xəyanət etdiyi üçün boşanır-FOTO
Bakıda yeni böyük ajiotaj
Yuxuda öyrənmək
100 ildir ki, axtarılırdı, İngiltərədə tapıldı
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
İdeal bədənə sahib olmağın 6 qaydası
Kolbasada ölümcül təhlükə
WhatsApp‍-da növbəti fırıldaq
Bu gün Suriyaya sülh gələcəkmi?
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Bibər turşusu (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 15 APREL
Türkiyəli bloqqer Ermənistana gedib Xocalı barədə suallar verdi - VİDEO
Sabah yay vaxtı ləğv edilir
Nobel mükafatı laureatı vəfat etdi
Pensiya, müavinət və maaşlar artırılacaq
Demet Özdemir onunla sevgilidir?
Əkizləri ilə maraqlı şəkillər çəkən valideynlər
Vüqar Həşimova həsr olunan şahmat turniri başladı
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Bilirsizmi?
"Naznaz" peraşkisi (foto resept)
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Dərmansız ağıl dəvası?
Bill Geyts məşhur serialda rol alacaq
Mark yoldaşının qadağası ilə razılaşıb
Qəribə tərz sahibləri
İrinə Şeyk ailəsi ilə Kaliforniyaya köçdü
Hər kəs onu Türkan Şoraya bənzətdi-FOTO
