"Aprel hadisəsini müharibə və ya ildırımsürətli müharibə adlandırmazdım. Bu diversiya fəaliyyəti idi və düşmən gözlənilməz uğur əldə etdi". ANS PRESS-in məlumatına görə, bu barədə qondarma Dağlıq Qarabağ respublikasının keçmiş "müdafiə naziri" "Syamo” ləqəbli general Samvel Babayan müsahibəsində bildirib.Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin iki ehtiyat briqadası erməni mövqeyini ələ keçirib. Bundan sonra erməni tərəfi uğursuz əks hücüm cəhdi edib və nəticədə itirilmiş torpaqlar geri alına bilinməyib. Daha sonra bir vaxtlar Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal bölmələrinə rəhbərlik etmiş general erməni ordusunun zəifliyindən danışıb.
"Bunun səbəbi laqeydlik idi və bu bizim mövqeyimizi zəiflətdi. Müdafiə nazirliyi araşdırma apararaq həqiqətən nə baş verdiyini aşkar etməlidir. Fakt odur ki , bir saat ərzində bu mövqelər itirilib", - deyə Babayan bildirib.Onun sözlərinə görə, Azərbaycan 2014-ci ildən uzun müharibəyə hazırlaşır və Ermənistan işğalçı qüvvələrini uzaqdan neytrallaşdırmaq üçün çalışacaq. “Bu məqsədlə Azərbaycanın silah-sursat cəhətdən problemləri yoxdur. Onlar artıq mərmi istehsalına başlayıb”, - deyə general vurğulayıb."Bizim piyada onları ən azı 300-500 metr məsafədə saxlamalıdır. Bu baş verməsə biz düşmənə arxamıza sızma imkanı veririk və bunun doğru olduğunu düşünmürəm. Azərbaycan muasir silahlar alır, onun məqsədi aydındır. Biz Azərbaycanın resursları ilə rəqabət apara bilmərik,bu mümkün deyil və buna çarə tapmaq lazımdır ", - deyə Samvel Babayan bildirib.
Bir müddət əvvəl Samvel Babayan aprel döyüşlərində Ermənistan ordusunun üzləşdiyi uğursuzluğu ölkə rəhbərliyinin səhvləri ilə əlaqələndirib. Babayan bildirib ki, bu barədə hələ 2013-cü ildə Ermənistan rəhbərliyinə göndərdiyi məktubunda bildirib.
O, məktubunda Azərbaycan Ordusunun gücləndiyi barədə məlumat verdiyini deyir. Onun sözlərinə görə, 2011-ci ildə Kazan şəhərində baş vermiş görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərliyi tamamilə əks nəticələr çıxarıb: «Azərbaycan həmin vaxta qədər də öz ordusunu yetərincə modernləşdirməyi bacarmışdı, görüşdən sonra proses yeni impuls aldı. Ermənistan rəhbərliyi isə tam əksinə hesab etdi ki, Azərbaycan təklif edilən nizamlama prinsiplərindən imtina etməklə təcrid olunacaq və hərbi əməliyyatlara başlamağa cürət etməyəcək».
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)