Milli.Az APA-ya istinadən bildirir ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin komitə müzakirəsində narazılığa səbəb olan müddəalar artıq razılaşdırılıb.
Razılığa əsasən, dövlət qulluqçusu rübdə bir dəfə deyil, ayda bir dəfə testdən keçəcək. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Digər məqam ondan ibarətdir ki, sertifikat almış dövlət qulluqçusunun ikinci (sonuncu) sertifikatı həmişəlik qüvvədə olacaq. Layihəyə əsasən dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin təşkili mexanizmi, staj və sınaq müddəti və digər məsələləri əhatə edir. Layihəyə görə komissiyanın narazı qalan bir üzvünün tələbi ilə müsahibənin nəticəsi yenidən yoxlanıla biləcək. Bundan başqa, staj və sınaq müddətinin azaldılması da təklif olunur. Belə ki, bu müddətin 1 il 6 aydan 9 aya salınması nəzərdə tutulur.
Müsahibədən keçməyənlərə güzəşt edilməsi də nəzərdə tutulub. Belə ki, həmin şəxslər 2 il müddətində qurumun kadr ehtiyatında saxlanılacaq. Əgər bu müddət ərzində həmin dövlət orqanında iş olarsa, vətəndaş həmin vəzifəyə gətiriləcək.
Bununla yanaşı, qanuna 28-1-ci maddə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) əlavə edilir. Orada qeyd olunur ki, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq vəzifədə irəli çəkə bilər.
Layihə səsə qoyularaq qəbul olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Azərbaycan coğrafiyası" dərsliyi ləğv olunur...
Dekabrın 31-i Bakıya qar yağacaq?
Karantin məşhur cütlüyü yenidən birləşdirdi-FOTO
Üzdəki ləkələr üçün təbii vasitələr
Cəbhədə son vəziyyət
Düşmən silahlıları hərbçilərimizi atəşə tutdular
Bunları bilirsinizmi?
Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Yulaflı brokoli şorbası (foto-resept)
Günün ulduz falı
Maaş əndişəsinə son
ÜST-dən karantini bitirmək istəyən ölkələrə XƏBƏRDARLIQ
Lavrovla Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Altıaylıqsan?.. İşbilməz! - MÜZAKİRƏ
"Yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq"
Universitetlərə qəbul qaydaları dəyişir
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həkimlərə dəstək üçün qayıqla çılpaq səyahətə çıxdı - FOTO
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Günün ulduz falı
İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu
Dərinin qocalma prosesindəki dəyişikliklər
Gəncədə sərin su aksiyası
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Kiçik apteklərin sonu gəldi
Putin: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”
Zümrüd
Beyni öldürən qidalar
Aromaterapiya hansı xəstəlikləri müalicə edir?
Pendirli çörək (foto resept)
Klinton prezidentlik iddiasında - 2020-ə hazırlıq
Daha 548 nəfər koronavirusa yoluxdu - 10 xəstə vəfat etdi
HAVA necə olacaq?- 3 MAY
Azərbaycanlı hərbçilər Kəlbəcərdə
Hər kəsi Təəccübləndirən Hadisə yaşandı-FOTO
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - VİDEO
Eurovision-2019-un sloqanı məlum oldu
iPad mini-də Retina olacaq
İşinizi asanlaşdıracaq praktik məsləhətlər
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
İtaliya restoranlarında delfin ətindən yemək verilir
Ov mövsümü açıldı
Kəpənək qalstuklarının tarixcəsi
Ləzzətli kabab
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
8 May Şuşanın işğalı günüdür!














