Lakin rusların yay tətillərinə dəyişiklik etməsi təkcə siyasi səbəblərlə bağlı deyil - rusların ödəmə qabiliyyəti də aşağı düşüb. Bu isə bütün dünyada olduğu kimi Rusiyada da iqtisadiyyatın ötən illərə nisbətən zəifləməsi ilə bağlıdır.
Rusiyalı turistlərin daha çox çimərliklərə üstünlük verdiyini nəzərə alsaq, onlar üçün iki istiqamətə alternativ variant - Tayland, Vyetnam, Yunanıstan,İspaniya, Kipr, Xorvatiya ola bilər. Amma bu ölkələrə turlar bilet və viza rüsumuna görə çox bahadır.
Ona görə azbüdcəli turistlər ilk öncə yerli Krım və Soçi kurortlarına, daha sonra isə yaxın xarici ölkələrə üz tutacaqlar. Amma Krıma səyahət edənlər də buranın hələ istirahət zonası kimi turistləri cəlb etmədiyini deyirlər. Odur ki, ruslar hazırda Gürcüstan, Ermənistan və Azərbaycan haqqında düşünürlər.Rusiyalı turoperatorların sözlərinə görə, ruslara təklif olunan üç ölkədən onlar daha çox Gürcüstanı seçirlər. Bu isə Gürcüstanda olan qiymətlərin digər iki ölkəyə nisbətən daha ucuz olması ilə bağlıdır.
Ölkəmizə gəlmək istəyən, lakin qiymətləri eşidəndə “düşünərəm” deyən rus turistlərin çox olduğunu ölkəmizdə fəaliyyət göstərən tur agentliklər də təsdiqlədilər. Bir neçə turagentlik arasında apardığımız sorğu nəticəsində bəlli oldu ki, ruslar Azərbaycana gəlmək üçün digər illərə nisbətən daha çox müraciət edirlər. Amma bəzi məqamlar onların qəti qərar verməsinə mane olur.
“Bizə həm rus turoperatorları, həm də fərdi olaraq ruslar özləri gün ərzində dəfələrlə “e-mail” yazırlar. Biz onlara ölkəmiz, buradakı otellər, xidmətlər və qiymətlər barədə məlumat veririk. Qiyməti eşitdikdən sonra bir çox turistlər ölkəmizə gəlməkdən imtina edirlər. Onlar deyirlər ki, bizdə Türkiyə, Gürcüstan və başqa ölkələrə nisbətən qiymətlər olduqca bahadır”, - deyə yerli agentliyin nümayəndəsi bildirdi.
Agentliklərdən aldığımız məlumata görə, rus turistlər otellərdə “all includes” (hər şey daxil) xidməti olan ölkələrə daha çox üstünlük verirlər ki, bu xidmət də Azərbaycanın heç bir otelində yoxdur.Turizm şirkətlərindən birinin rəhbəri Elxan Vəliyev deyir ki, Azərbaycana turist cəlb etmək üçün kompleks işlər görülməlidir.
"Rus turistləri daha çox Gürcüstana üz tuturlar. Azərbaycana gələnlər də az deyil, amma bu sayı daha da artırmaq mümkündür. Bunun üçün mehmanxanalar turizm agentlikləri ilə də əməkdaşlıq etməli, xüsusi güzəştlər təklif olunmalıdır. Xarici ölkələrin tur agenliklərinə nəzər yetirsəniz, görərsiniz ki, onlara istər bilet, istər otel qiymətlərində endirimlər təklif olunur və onlar da asanlıqla turistləri ölkələrinə cəlb edə bilirlər. Bu xidmət hələ ki bizdə yoxdur. Bundan başqa, bizdə qiymətlərin koordinasiyası da ürəkaçan deyil", - deyə turizm üzrə ekspert qeyd etdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Üzgüçülüyün faydaları
Nazirlik: qızılca ilə bağlı problem yoxdur
Boyu uzun göstərən üsullar
Türkiyə bayrağı Eyfeli bəzədi
Daha bir erməni işğalçı təslim oldu
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Hülya Avşar ada aldı
3 yaşlı qız bütün dünyanı MAT QOYDU -FOTO
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Koronavirus peyvəndi kimlərə vurulmalıdır?
İnteraktiv Elm Muzeyi açılıb
3 il sonra...
Bensu Sorelin Ayrılıq xəbərləri yayıldı-FOTO
Maraqlı əşyalar və dekorasiyalar
Kriştianu Ronaldu təyyarədə bayram elədi
Hadisenin paylaşımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Turist retro avtomobili ilə Azərbaycana gəldi - VİDEO
14 kvadrat metrlik mənzil (FOTO)
Zövqlü geyim nümunələri
Hava haqqında - 20.02.2014
Süd verən analar üçün 4 qidalanma tövsiyəsi
Türkiyədə keçirilən parlament seçkilərində AKP qələbə qazanıb
Portuqaliya turizm üzrə "Oskar" alıb, Lissabon isə ...
Yol Polisi qəfil reyd keçirdi
Hava haqqında
Manatın MƏZƏNNƏSİ
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Günün ulduz falı
Hande Muradı sildi-SƏBƏB
Beyazıt Öztürk villasını bu qiymətə satır
Tulum modelləri
Bayram namazının vaxtı açıqlandı
Planetin ən gözəli Yusif oldu
Mehriban Əliyeva Lahıc sakinlərinə təşəkkür etdi
Gölköy kəndində koronavirusdan belə qorunurlar-FOTO
Moskva metrosunda gənc böcəklərlə dolu hovuza uzandı
Qadın həyatının ideal və real günləri
Bu şəhər yer üzündən silinə bilər
Kartof pirojnası (foto resept)
Leyla Əliyeva Emin Ağalarovun toyundan YAZDI - FOTO
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
İrana yağan qar bəla gətirdi
Berkay AÇIQLAMA VERDİ
Milyonlarla insanın həyatı belə dəyişdi
2013-cü ilin gəlinlik modelləri
Azərbaycan telekanallarında yenilik
İdman dərsi ləğv edildi
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Azərbaycanda 820 nəfər 12-ci sinifi bitirir














