
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, gecə və axşam sulu qar yağması gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-4° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz bəzi yerlərdə yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-3° isti, gündüz 4-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Şam ağacı" tortu (foto resept)
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Ərdoğan azərbaycanlı hərbçilərə diplom verdi
2013-cü ilin ən yaxşı payız ətirləri
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Fahriye Evcen Əvvəlki Çəkisinə Qayıtdı - FOTO
Saray muhallebisi (foto-resept)
“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” - RƏSMİ
Uşaqlar üçün vanna otaqları
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
"Dilqəm və Şahbazın azad edilməsi üçün hələ də ciddi addım atılmayıb"
Xərçəng xəstəliyini dərman hazırlandı
Tibdə qeyri-adi faktlar
Gözəl dırnaqlar
Piylənməyə qarşı yeni dərman
90 kiloqram arıqlayan aktrisa yenə əməliyyat olundu - FOTO
II Elizabet və əri vaksinasiya ediləcək
Azərbaycana qar yağacaq
Qonaq otağı üçün masa dekorasiyası
Abşeron yarımadasında yaşayan insanların diqqətinə
Naxçıvanda orduya əmr verildi
Azərbaycanda yaşayış minimumu artırılır
İŞİD-lə mübarizəyə son?
Kenan Doğuludan Beren Saata gözlənilməz jest
Hava haqqında - 02.12.2013
Hava haqqında
İşləmək üçün gəlirli ölkələr-SİYAHI
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Uşaqlar üçün ayaqqabılar
Azərbaycanda internet partlayışı
Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO
Bakılı kolleksiyaçı Türkiyə KİV-in marağını çəkib
Quru göz sindromu
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Pomidor suyu içməyin faydaları
Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO
İspaniya "Facebook"u cərimələdi
HAVA necə olacaq?- 10 fevral
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Ətli tərəvəzli ev kababı (foto resept)
İsveç xəstəxanasından qalmaqallı qərar
Göbələk salatı (foto-resept)
Saxta “Samsung Galaxy S10+” smartfonu buraxıldı - VİDEO
Kıvançın 800 minlik avtomobili diqqət çəkdi- FOTO
Evsiz ailələrə şad xəbər
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Təhsil Nazirliyindən valideynlərə müraciət
Avtomobil kreditlərinin yoxluğu hara aparır?
"Göbələk" tam müalicə olunur















- ŞƏRHLƏR