O, ixtisasca hüquqşünasdır, Sumqayıt Dövlət Universitetinin müəllimidir.
Milli.Az Modern.Az-a istinadən bildirir ki, şəhid zabitin ailəsinə baş çəkməyə getmiş jurnalist həmkarlarımızdan birinə təqdim olunmuş həmin yazını olduğu kimi dərc edirik:
****
Mən səndən bir ömür-gün yoldaşı kimi yox, bir ana, bir vətənsevər kimi danışmaq istərdim. Mən səninlə cəmi 17 il yol yoldaşı oldum. Amma bu illər mənə bir ömür üçün yetdi. Raqub, sənin haqqında hamı və hər səviyyədə yazılar yazır, yazacaq. Lakin mən sənin ruhunun həsrəti haqqında - heç danışmadığın həsrətin haqqında danışmaq istəyirəm.
İlk gənclik illərində yurd-yuvasını itirmiş, anasını şəhid vermiş əziz bir torpağın oğlu üçün hərbçi olmaq ən müqəddəs istəyə çevrildi. Bu istək, arzu o qədər alovlu idi ki, hətta hərbçi həyatının heç bir gününü arxa cəbhədə keçirmədin. Hətta ananın ruhu dolaşdığı torpaqda hərbi hissə komandiri oldun. Bu səni o həsrətinə daha da yaxınlaşdırırdı. Həmişə Ağdamın işğal altındakı ərazisinə qəribə bir nisgillə baxardın. Hətta qəbir daşı belə olmayan bir ananın nigaran ruhu dolanardı ətrafında. Heç bir vaxt tutduğun vəzifə səni dəyişdirmədi. Daim səngərlər sənin həyatın, dincəldiyin yer oldu.
Sənin kimi qəhrəman bir zabitin ön cəbhədə - düşmən əlindəki ərazidə şəhid olması isə məni heç təəccübləndirmədi. Çünki səni ən çox mən başa düşürdüm, sənin bu torpaq üçün yarandığını, dünyada heç bir neməti Ana Vətəndən üstün tutmadığını bilirdim. Mən bu günü gözləyirdim. Çünki sənin ürəyində bir damla ana həsrətinin böyüyüb Vətən sevgisinə necə dönüşdüyünü görürdüm.
Sən və sənin silahdaşların yeni Azərbaycan tarixində qəhrəmanlığın şanlı səhifəsini yaratdılar. Siz sübut etdiniz ki, bu xalq hələ də düşünür, qəlbi döyünür, onun üçün bir parça Vətən torpağı necə müqəddəsdir. Bu xalqın qəlbindəki Vətən sevgisini heç bir qara qüvvə ram edə bilməz.
Xalq bir gecədə sənə görə birləşdi, sənin özünü və qəhrəmanlığını başı üstünə qaldırdı. Sən xalqına arxalandın, xalq səni başı üstünə qaldırdı. Bu hissləri mənə yaşatdığın üçün sənə və silahdaşlarına minnətdaram. Siz ölümünüzlə Azərbaycan xalqını səfərbər etdiniz. Mən millətimlə bir daha fəxr etdim.
Sən və silahdaşların Azərbaycana başqa bir şanlı dərs keçdiniz. Siz göstərdiniz ki, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan zabiti bu torpağın əsgəridir. Bu bizim mənsəbpərəst məmurlara bir həyat dərsi oldu: Vətən kreslodan, kabinetdən yox, səngərdən başlayır. Siz xalqımıza susadığımız qələbə sevincini yaşatdınız. Düşmənin yalançı məğlubedilməz obrazını bir gecədə məhv etdiniz.
Sənə və "öncə Vətən" deyib döyüşə atılan yeni Azərbaycanın qəhrəmanları - Vüqara, Murada və digərlərinə eşq olsun!
Səni və silahdaşlarını tarix və Azərbaycan xalqı heç vaxt unutmayacaq!
Siz artıq bu xalqın əsl qəhrəmanlarısınız. Ruhunuz şad olsun!
Raquf, mən və oğullarımız səni daim ürəyimizdə, əməllərimizdə yaşadacağıq! Biz səninlə fəxr edirik! Əgər yeni bir həyat yaşasaydıq, heç düşünmədən yenə də səni seçərdim. Biz sənin kimi namuslu, vicdanlı, igid bir zabitin ailəsi olmaqdan ancaq qürur hissi keçiririk!
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Çiçək" börəyi (foto resept)
Hava haqqında
Ancelina Coli uşaqları ilə “bit bazarı”nda - FOTO
COVID-19-un “Britaniya ştammı” Çinə çatdı
Vaşinqtonda Azərbaycanın zəngin mədəniyyəti təqdim edilib - FOTO
Sərnişindaşımada YENİ sistem
İran qocalır
Göbələkli qəlyanaltı (foto resept)
Aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Marketlərdə ərzaq qıtlığı var? - VİDEO
Uşaqlar valideynləri yoranda
JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
Ermənistan və İran arasında vizasız səfərlərin tətbiqinə başlandı
Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
Bu universitetdə tələbələr silah gəzdirə bilər
Hadisənin yeni döymələri diqqət çəkdi-FOTO
"Həyatın və ölümün dərsləri"
İnternetə qoşulanların sayı artacaq
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Koronavirusla bağlı SON STATİSTİKA
Rezidenturaya sınaq imtahanları keçiriləcək
İraq Ordusu daha bir şəhəri İŞİD-dən geri aldı
Ed Şiran şok məbləğə 27 əmlakın sahibi oldu-FOTO
İsti hava şəraiti nə vaxta kimi davam edəcək?
DİQQƏT: Bu telefonlarda "WhatsApp" işləməyəcək
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Messi "Real"a keçir?
Tələbə qız 50 kq arıqladı - FOTO
Zövqlü çantalar
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Yaşıl çay içmək üçün 3 səbəb
XİN: “Ermənistan silahlı qüvvələri razılığı kobud şəkildə pozmağa davam edir”
Bu dərdi biganə anlamaz!!!
Göz həkimləri niyə eynək taxır?
Qara Yanvar - qanlı tarix
Gavalı piroqu (foto resept)
Məşhur aparıcının bu hərəkəti Qalmaqal yaratdı-FOTO
Demet Akalın yenə Bakıya gəlir
Tez-tez başı gicəllənən və ürəyi bulanan Özcan Dənizə diaqnoz qoyuldu
Qoyun ili nə vəd edir?
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
Buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbul aparılacaq
Əsrlər yadigarı - "Sarı gəlin"imiz
Körpələrin ideal boy və çəkiləri
Saçı və dərini gözəlləşdirən düyü suyu
Xəyanətini bağışlaya bilmirəm
Kartof qəlyanaltısı (foto resept)