BiG.AZ xəbər verir ki, azvision.az-ın əməkdaşları Raquf Orucovun Sumqayıtda yerləşən evinə baş çəkərək ailə üzvləri ilə görüşüb.
Raquf Orucovun qardaşı Zabil Orucov şəhid polkovnikin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq onun şəhidlik zirvəsinə yüksəlməsinin qürurverici olduğunu deyib.
“Raquf Orucov 1990-cı illərdə Rusiyada hərbi xidmətdə olub. Qarabağda döyüşlərin başladığı vaxt o, vuruşmaq üçün hərbi hissəni özbaşına tərk edərək könüllü olaraq Ağdama qayıdıb.
Bununla bağlı Raqufa sual veriləndə o, doğma torpağı üçün Ağdama gəldiyini deyərdi: “Ölkəmizdə müharibə gedir, biz başqa dövlətə qulluq etməkdənsə, öz dövlətimiz uğrunda vuruşmalıyıq”.
Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Birinci Qarabağ müharibəsi zamanı onun anası və 3 yaxın qohumu şəhid olub.
“1993-cü ilin iyunun 12-də kəndimiz işğal olunanda anam və dayım şəhid olub, bir dayım isə ağır yaralanıb. Həmçinin qohumlarımızdan iki nəfər də şəhid olub. O zaman Raquf Ağdamda “Naxçıvanik” deyilən ərazidə döyüşlərdə iştirak edirdi. Raquf söz vermişdi ki, anamın qisasını düşməndən alacaq. O sözünün üstündə durdu”.
Qardaşının sözlərinə görə, R.Orucov birinci dəfə hərbi akademiyaya qəbul olmasa da, ruhdan düşməyib, təhsili davam etdirəcəyini bildirib və istəyinə nail ola bilib.
R.Orucov hərbi akademiyada təhsilini başa vurduqdan sonra döyüş bölgəsində xidmətini davam etdirib. O, 1996-cı ildə Murovda kəşfiyyat bölüyünün komandiri olub.
“Raquf bölük komandiri işləyəndə 6 əsgəri dumanda yolu səhv salaraq düşmən tərəfinə keçmişdi. Qardaşım əsgərlərinin əvəzində 3 erməni əsgərini düşmən tərəfindən əsir götürmüşdü. Onlardan biri hərbi hissə komandirinin bacısı oğlu, biri bacısının yoldaşı, digəri isə sıravi əsgər olub. O vaxta kimi biz bilmirdik Raquf kəşfiyyatçıdır. Qəzetdən oxuduq ki, Raquf qəhrəmanlıq göstərərək 3 erməni əsgərini əsir götürüb. Raquf cəbhədən 30-40 kilometr düşmən tərəfə gedərək ermənilərin mühüm obyektlərini çəkib gətirirdi”.
Ulu öndər Heydər Əliyev R.Orucovu bu şücaətinə görə medalla təltif edib.Daha sonra söhbətimizi şəhidin oğlu Aqşin Orucovla davam etdirik: “Atamla fəxr edirəm ki, o vətəni uğrunda şəhid oldu. Şəhidlik onun qazanacağı ən böyük zirvə idi. Atam torpağı üçün yaranmışdı, torpaq üçün də getdi. O, həmişə anasının həsrətini çəkirdi. Atam heç vaxt evdə gördüyü işlər, keçirdiyi əməliyyatlar barədə danışmazdı. Düşünürəm ki, əsl kəşfiyyatçı belə də olmalıdır. Bizə bir qədər pis gəlirdi, soruşurduq ki, biz sənin ailənik, niyə bizdən işlərini gizlədirsən? Onun üçün hər şeydən öncə vətən gəlirdi”.
A.Orucov atası ilə sonuncu dəfə bu ilin martın 21-də görüşdüyünü deyib.Şəhid oğlu həmin günü atası ilə birlikdə keçirmədiyindən heyfislənir.
“Bayram günü dostlarla həyətdə idim. Bilsəydim ki, atam şəhid olacaq, yanında bir dəqiqə belə ayrılmazdım. Atam həmin gün evə bir neçə saatlıq gəlmişdi. Mən evə gələndə o, artıq gedirdi. Atamla sonuncu dəfə qapıdan çıxanda görüşdüm. Bu, sonuncu görüşümüz oldu. Atamın sonuncu fotosu da əmim uşaqları ilə qapının önündə çəkilib. Ondan sonra çıxıb getdi”.A.Orucov hazırda 10-ci sinif şagirdidir. O, atasının arzusunda olduğu Azərbaycan Diplomatik Akademiyasında təhsil almağı düşünür.
Şəhidin qardaşı Zabil Orucovla söhbətimizi davam etdiririk. Onun sözlərinə görə, Raquf Orucov daim ön cəbhədə xidmət etməyə üstünlük verib.
“Bir dəfə qardaşımı Bakıya göndərmişdilər. Burada 2 ay qaldıqdan sonra özü müraciət etdi ki, onu ön cəbhəyə göndərsinlər. Dağlıq yerlərdə xidmət aparmaq çox çətin idi. Buna baxmayaraq, o, çətin yerlərdə belə xidmət aparmağı sevirdi.
Raquf təkcə hərbçi kimi deyil, qardaş kimi də əvəzsiz insan idi. O, hər dəfə evə gələndə, bütün qohumları ziyarət edib, hamı ilə maraqlanırdı. O, bizim ağsaqqalımız idi. Qardaşım olduğu üçün demirəm, çox sadə, mehriban insan idi.
O, şəhid olandan sonra Moskvadan, Türkiyədən, hətta Amerikadan belə keçmiş əsgərləri zəng edib başsağlığı verdi. Raqufun necə qəhrəman olması haqda biz onun əsgərlərindən, hərbçi yoldaşlarından eşidirdik. O, sirrini heç ailəsinə də vermirdi. Onun sirlərini ailəsi bilmirdi. Bildiklərini özü ilə qəbir evinə apardı.
Raquf bir gün düşmən tərəfə gedib, səhər saatlarında geri qayıdanda üstü qanlı olub. Əsgər soruşub ki, komandir bu nədir belə? Deyib zamanı gələndə deyərəm. Həmin əsgər tərxis olunanda yenidən ona sual verib ki, niyə o zaman üstünüz qanlı idi. Raquf gülə-gülə deyib ki, düşməni öldürməsəm, o məni öldürə bilər”.
Raquf Orucovun ən böyük arzusu doğulduğu Ağdamı işğaldan azad etmək olub.
Qardaşının dediyinə görə, Raquf Ağdam məscidini ziyarət etmək və Ağdama Azərbaycan bayrağını sanmaq arzusu ilə yaşayıb.O, hərbi hissə komandiri kimi əsgərlərini övladlarından çox istəyirdi.
“Onunla sonuncu dəfə bayram günü görüşdük. Zarafatlaşdıq, xeyli söhbət etdik. Bir neçə saatdan sonra Raquf formasını geyinərək getməyə hazırlaşırdı, bizim xahişimizlə uşaqlarla şəkil çəkdirdi. O, şəkil çəkdirməyi sevmirdi. Həyatını hərbi üzərində qurmuşdu. Övladıma atamın adını qoyduğum üçün məcbur etdim ki, qucağında şəkil çəkdirsin. Dedi ki, atamızın adın qoymusan deyə uşağı qucağıma götürdüm. Bu, onun sonuncu şəkili oldu”.
Z.Orucov daha sonra qardaşının cəbhədəki sonuncu hərbi əməliyyatlarından söz açıb.
“Qardaşım əsgərlərə, zabitlərə ruh verən insan idi. O qarşıda gedirsə, arxası ilə gələn insanları özündən çox düşünürdü. Raquf Azərbaycanda şəhid olan ilk hərbi hissə komandiridir”.Söhbəti Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə davam etdiririk.
Şəhidin xanımı Raquf Orucovla 1999-cu ildə baş leytenant olduğu zaman ailə həyatı qurduğunu deyib: “Raqufla ailə həyatı qurandan sonra Murova köçdük. Orada çətin, şəraitsiz yerdə qalırdıq, amma Raquf bundan narazılıq etmirdi. Raquf indiyədə kimi hər pilləni öz qanı, canı bahasına, heç bir dəstək olmadan qazanıb.
Bu yaxınlarda şəhid xanımlarından birinin reportajını oxudum. Şəhid pilotun yoldaşı onunla birgə keçirdiyi günlərindən, xoş istirahətlərindən danışırdı. Özlüyümdə dedim ki, heç olmasa siz birlikdə istirahət edə bilmisiniz, amma mən o günləri görməmişəm. Ailəvi istirahətə gedək deyəndə, Raquf bildirirdi ki, mənim ən böyük istirahət yerim Ağdamda olacaq”.
S.Orucova həyat yoldaşının sonuncu dəfə bayram günü evdə olduğunu bildirib.
“Evə gələndə tələsirdi. Dedi ki, vaxtım azdı, təcili qayıdacam. Qardaşlarına zəng edib çağırdım ki, Raquf evə gəlib, gəlin onunla görüşün. Qardaşlarından biri gələ bilmədi.
Raquf kələm dolmasını çox xoşlayırdı. Onun üçün bir qazan kələm dolması bişirmişdim ki, özü ilə aparsın. O da aparmadı. Döyüşlər vaxtı bir neçə dəfə evə zəng etdi. Deyirdi ki, narahat olmayın məndən. Canından çox sevdiyi vətəni uğrunda şəhid oldu. Hərbi hissə komandiri kimi əməliyyatlara getməyə də bilərdi, amma rəva bilmirdi ki, əsgərləri onsuz döyüşsün. Ən böyük arzum odur ki, Raquf layiq olduğu Milli Qəhrəman adına layiq görülsün”.Şəhid polkovnik-leytenant Raquf Orucovun evindən reportaj hazırladıqdan sonra onun məzarını ziyarət etməyi özümüzə borc bildik.
Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılan şəhidin sağında və solunda dəfn olunan şəhidlərin hər ikisi Raquf Orucovun əsgərləri olub. Onlardan biri 2014-cü ilin avqust ayındakı döyüşlərdə, digər isə bu ilin aprelində təmas xəttində gedən döyüşlərdə şəhid olub.
XƏBƏR LENTİ
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
İlham Əliyev OPEC-lə zarafat etdi
Koronavirusa qarşı peyvənd nə qədər davamlıdır? – AÇIQLAMA
Ebola necə yayılır
Darıxdırıcı divarları rəngləndirin
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Baş prokurordan yeni təyinatlar
Mağazalardakı yeni qiymətlər
YouTube-da YENİLİK!
Özbək plovu (foto resept)
Məşhur aktrisa imicini dəyişdi - FOTO
Daha bir sərnişin təyyarəsi partladıldı
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
27 oktyabr tarixdə bu gün
Poroşenko sərt danışdı
Qabarıq saçlar üçün 2 maska
Düşmənin iki ədəd “Qrad”ı məhv edilib - VİDEO
Piyadaların nəzərinə: cərimələr artırıla bilər
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
Azərbaycanda dezinfeksiya işlərinin zərərləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib - RƏSMİ + VİDEO
Zakir Həsənov İspaniyada hərbi paradı izləyib
İlin son ayının HAVAsı
Leyla Əliyeva qida təhlükəsizliyindən danışıb
Azərbaycanda boşanmaların REKORD SAYI - Son 6 ildə
Hülya Avşar keçmiş əri ilə boks oynadı - VİDEO
"Çukur" final edir-SƏBƏB
Gül Ərdoğana xəbərdarlıq etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Cütlük qızlarına heç kimdə olmayan adı verəcək
Bacısından İlham Əliyevin doğum günü ilə bağlı MÖHTƏŞƏM PAYLAŞIM - FOTO
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
Muradla Aslıdan Yeni İl FOTOsu
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
Onlar canlı deyil
Əməl dəftəri hansı əldədir?
Gənc yaşda saçlarınız ağarırsa
Merkeldən müharibə xəbərdarlığı
Folqa kağızından interyer
Sərnişindaşımada inqilab - Elektrobuslar gəlir - FOTO
Dünyanın ən populyar smartfonu açıqlandı
Avtobusdan istifadə edənlər, MÜTLƏQ OXUYUN
Cem Yılmaz Serenay Sarıkaya ilə sevgilidir!
13 yaşlı oğlandan qeyri-adi bacarıq - VİDEO
Əliyev: Əgər bir də belə olacaqsa...
Sağlam kökəlmə necə olmalıdır?
Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT
Kompüterdə izləri necə silməli?
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi - VİDEO
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları