Xocalı torpağımızın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələr burada hələ 2.500- 3.000 il əvvəl adamların yurd saldığını xəbər verir. Xocalı Ağdam – Əsgəran-Xankəndi- Şuşa magistral yolunun üstündə, başqa sözlə desək, strateji cəhətdən olduqca vacib yerdə salınmışdır. Qarabağın dağlıq hissəsində yeganə aeroport lap yaxınlıqda idi. Kənd sakinləri əsasən buradakı südçülük-tərəvəzçilik sovxozunda çalışırdılar. Azğın düşmənlərimizin hücumundan sonra Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi, Xocalıda da həyat öz adi məcrasından çıxdı...
25 fevral 1992-ci il...Axşam saat 11 radələrində Xankəndi tərəfdən öndə 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox yaraqlı Xocalını mühasirəyə aldılar. 366-cı alay, görünür birinci növbədə Xocalı aeroportunu sıradan çıxarmaq əmrini almışdı. Lakin iki saatdan artıq davam edən artilleriya atəşindən sonra belə, ermənilər nə şəhəri, nə də aeroportu ələ keçirə bildilər. Müdafiəçilərindən 50 nəfəri bu amansız döyüşdə həlak olsa da, sağ qalanlardan heç kəs yerini tərk etmir, son gülləyədək müqaviməti davam etdirirdilər.Belə sərt müqavimətə rast gələcəklərini güman etməyən ermənilər müvəqqəti olaraq hücumu dayandırmağa məcbur oldular.
İnsanın üzü dönəndə, düşmən yağıya dönüb başının üstünü alanda, zalım olanda təbiət də ondan üz döndərərmiş...Yəqin ki, hamı, xüsusən də xocalılar yaxşı xatırlayırlar: fevralın 25-nə qədər Qarabağda havalar olduqca mülayim keçirdi, heç qış havasına oxşamırdı. Fevralın 25-dən sonra isə...az qala yarım metr qar yağdı, yer-göy ağladı. Dağlara, meşələrə səpələnən qadınlara, uşaqlara, qocalara isə nə insan rəhm edirdi, nə də təbiət...
Bu gün Xocalı ağrılarını xocalıların dilindən çatdıracam sizlərə.
Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədov:
“Meşədən çıxan kimi ermənilərin əhatəsinə düşdük. Görünür, onlar qabaqcadan xəbərdar edilmişdilər.Çünki başqa yol yox idi. Adamlar ya soyuqdan, şaxtadan meşədə həlak olmalı, ya da Ağdama getmək üçün Naxçıvanik kəndi yaxınlığından keçməli idilər. ZTR-lərdən pulemyotlardan, avtomatlardan açılan aramsız atəş 200-dən çox adamı yerə sərdi. Hər tərəfimiz qalaq-qalaq meyit idi. Bizlərdən kimin silahı vardısa döyüşə girişdik. Cavab atəşini gözləməyən quldurlar qısa müddət susdular. Bu imkan onlara yenidən qaçıb meşədə gizlənməyə şərait yaratdı.Taqətsiz qadın və uşaqların çoxu düşmən gülləsindən həlak oldu. 200-ə qədər əliuşaqlı qadın və qoca Gülablı kəndinə gedən yolda ermənilərə əsir düşdü. Atışma zamanı adamların bir hisəsi də özlərini Şelliyə çatdıra bildilər. Lakin biz - yeddi nəfər mühasirədən çıxa bilmədik. Atışa-atışa geri çəkilib meşədə sığınacaq tapdıq. Ermənilər bizi izləməyə cəsarət etmədilər. Az olsaq da meşənin dərinliyində mövqeyimiz əlverişli idi. Axşam saat 8-dək meşədə qaldıq. Qaranlıq çökməsindən və qar yağmasından istifadə edib sürünə-sürünə mühasirədən çıxa bildik. Ertəsi gün səhər saat yeddiyə yaxın Şelliyə çatdıq".
Müşfiq Əliməmmədov:
"Biz 10-15 döyüşçü Xocalını tərk edəndən sonra meşə yolu ilə Şelliyə tərəf yönəldik. Ayağımdan yaralandığıma görə qolumdan tutub aparırdılar. Bir xeyli bu minvalla irəlilədik. Naxçıvanik kəndinin yaxınlığında pusquya düşdük. Əgər bu vaxt igid qardaşımız, Xocalı aeroportunun şahini Əlif Hacıyev öz dəstəsiylə köməyə çatmasaydı yəqin ki, bir nəfər də sağ qalmayacaqdı. Əlif mənim gözlərim qarşısında qəhrəmanlıqla həlak oldu... Sağ qalanlar axşamçağı məni də özləri ilə götürüb Ağdama getmək istəyirdilər. Amma mən qətiyyən yeriyə bilmirdim, üstəlik də salamat ayağımı şaxta vurmuşdu. Onlara artıq yük olmaq istəmirdim. Düşmən əhatəsində bu çox təhlükəli idi. Bizi görə bilərdilər. Yoldaşlarımdan bir qumbara istədim ki, əgər məni tapıb əsir aparmaq istəsələr onlarla birlikdə özümü də göyə sovurum. Beləcə iki gün meşədə qaldım. Meşədə qarın üstündə əcəlimi gözləyirdim, birdən doğma kəlmələr eşitdim. Ana dilində danışıqlar lap yaxınlaşanda cəsarətləndim, bütün gücümü toplayıb haraya çağırdım".
Bəxtiyar Aslanov:
"Naxçıvanik tərəfdə bizi əli avtomatlı ermənilər "qarşıladı". Bir saata yaxın atışdıq. Orada ikinci dəfə ayağımdan yaralandım. Yeriyə bilmirdim. Əgər məni meşədə qoysaydılar əsir düşəcəyim şəksiz idi. Buna görə də uşaqlara yalvardım ki, məni öldürsünlər. Heç kəs razı olmadı. Bir təhər sürüyə-sürüyə özləri ilə apardılar. Yolda huşumu itirmişdim. Ayılanda özümü xəstəxanada gördüm. Bir ayağımı kəsmişdilər..."
Sənubər Ələkbərova:
"Hücum vaxtı həyətdə idim. Həsənabad tərəfdən də, Mehdikənddən də, Boğdağdan da atırdılar. Qonşunun həyəti "Alazan" raketindən alt-üst oldu. Bu vaxt kişilər qışqırdı ki, "tez olun, doluşun zirzəmilərə". Biz də qaçıb gizləndik. Heç beş dəqiqə keçmədi ki, icra hakimiyyətinin başçısı Elman Məmmədov gəlib bildirdi ki, gizlənməkdən bir şey çıxmaz! Bu hücum o birilərə oxşamır. Qaçıb canınızı qurtarın. Biz də aeroportun rəisi Əlif Hacıyevin dəstəsinə qoşulub meşə yolu ilə Ağdama üz tutduq. Naxçıvanik kəndinə çatanda təzədən qiyamət qopdu. Qırdılar camaatı bu əliqurumuşlar! Meyitlər qalaq-qalaq düşüb qalırdı. Anam da orada həlak oldu. Balaca qızlarımın ikisi də - Sevinc də, Hicran da düşmən gülləsindən yara aldı. Mən özüm çiynimdən yaralandım. Döyüşçülər ratsiya ilə vəziyyətimizi bildirir, kömək istəyirdi. Kömək gəlmədi. Cavan qız-gəlinlər həlak oldu orda. Mən uşaqlarla bu cəhənnəmdən necə qurtardıq bilmirəm".
Səriyyə Müslümqızı:
"Xocalı soyqrımını göz yaşları ilə xatırllamamaq mümkün deyil. O vaxtdan elə bil qəlbimə dağ çəkilib - nə ölə bilirəm, nə yaşaya bilirəm. Özünüz deyin:Anasını, 20-yə qədər yaxın qohumunu itirmiş bir insanın qəlbi aram taparmı? Görəsən niyə yaddan çıxarırlar ki, axı biz də insanıq. Səbrin də, təmkinin də sonu var..."
Səadət Zeynalova:
"Həyat yoldaşımı, yeganə övladımı, qaynatamı, qaynanamı itirmişəm. Son nəfəsimə qədər qəlbimin göynərtisi kəsməyəcək. Naxçıvanik kəndi yaxınlığında meşədə yolu azdıq. 200 nəfərdən çox idik. Düz 5 gün meşədə, qarın içində ac-susuz qaldıq. Yaşlı adamlar, körpələr, yaralılar gözümüzün qabağındaca tab gətirməyib ölürdü. Təsəvvür edin ki, Şelliyə ancaq 30 nəfər gəlib çıxdıq".
Cəmil Məmmədov:
"Hər şey indiki kimi gözlərimin önündədir. Şəhərə girən tanklar, zirehli maşınlar nə qoca, nə arvad, nə də uşaq bilir, tırtılları altına alıb keçirdi. Aramsız atəşlərdən evlər dağılır, hər tərəf yanırdı. Beş yaşlı nəvəmi qucağıma alıb meşəyə tərəf götürüldüm. Uşaq donmasın deyə onu paltoma bükdüm. Ancaq şaxta iliyə işləyirdi. Əlacsız qalıb qarın içində gizləndik. Səhər gördüm ki, xeyri yoxdur tifil tələf ola bilər. Buna görə də çarəsiz qalıb ermənilər yaşayan Naxçıvanik kəndinə getdim. Fikirləşdim ki, mən cəhənnəmə, bəlkə uşağa rəhm eləyərlər, öz əsirləri ilə dəyişərlər onu. Qabağıma çıxan silahlı adamlara üstümdəki 14 min manat pulu verib yalvardım ki, uşağın xətrinə bizi Ağdama buraxsınlar. Cavabında pulları götürüb məni söydülər, şil-küt eləyib kəndin komendatının yanına apardılar. Bu əzazil də bir-iki təpik vurub əmr elədi ki, məni donuzluğa salsınlar. Orda məndən başqa xeyli arvad-uşaq var idi. Dörd gün-dörd gecə ac-susuz orda qaldıq. Hərdən kənd camaatından kimsə bir tikə çörək atırdı içəri. Onun hesabına uşaq acından ölmədi. Dörd gündən sonra məni nəvəmlə birlikdə Əsgərana apardılar. Eh, sən demə bayaqdan çəkdiklərimiz Əsgərana baxanda toy-bayram imiş. Mən erməni dilini başa düşdüyümdən yerli adamların danışığını gəlmələrdən ayıra bilirdim. Əmin idim ki, bunlar xaricdən gələn muzdlu ermənilərdi. Hər qışqıranda aralarındakı zənci təpiyi ilə üzümü, gözümü dağıdırdı. Bir neçə saat davam edən bu işgəncələrədn sonra məni bir erməniyə dəyişdilər, nəvəmi isə vermədilər mənə. Bilmədim uşağı neylədilər, ölüb, ya qalıb..."
Sadiq Mədətov:
26 fevral gecə saat 3-ə 20 dəqiqə işləmişdi. Camaatın çoxu 86-cı kilometr deyilən yerə toplanmışdı. Biz camaatı Kətik meşəsinə tərəf apardıq. Naxçıvanik yoluna çatanda BMP-lərdən arasıkəsilmədən atəş başlandı. Namərdlər adamların çoxunu "dəhliz" dedikləri yerdə qırdılar. Təsadüfən sağ qalanlar isə mühasirəyə düşdü. 12 saat mühasirədə qaldıqdan sonra ağdamlılar köməyimizə çatdı. Sağ qaldım, amma sevinmədim. Qadınların, körpələrin, qocaların amansızcasına öldürülməsi, gözümlə gördüyüm tükürpədici səhnələr ömrüm boyu qəlbimi göynədəcək..."
İltimat Kərimova:
"Uşaqlardan böyüyünün 11 yaşı var, kiçiyi 8 aylıqdır. Nə biləydim başımıza bu fəlakəti gətirəcəklər...Heç olmasa körpələri bir yana çıxarardım...Bizi elə Xocalıda maşına doldurdular, oradan Əsgəran istiqamətinə aprdılar, zirzəmiyə saldılar...
...Bir dəfə gecədən xeyli keçmiş zirzəminin qapısı açıldı. Həyat yoldaşım Yusifi içəri saldılar. Lakin nə məni, nə də uşaqları ona yaxınlaşmağa qoydular. Üstəlik, gözümüzün qabağında bir-bir uşaqlara işgəncə verməyə başladılar..."
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş cəsur telejurnalist Cingiz Mustafayevin gördükləri:
"...Yüzlərlə insan cəsədi...əksəriyyəti yaxın məsafədən, başından güllələnmiş 2 yaşından 15 yaşınadək uşaq, qadın və qoca meyitləri... Meyitlərin vəziyyətindən aşkar bilinir ki, son dərəcə soyuqqanlı, vəhşiliklə qətlə yetiriliblər. Bir neçə uşağın qulaqları kəsilmişdi. Kişilərin əksəriyyətinin kəlləsi dağıdılmışdı..."
Ölüm haqdı...Bir halda ki, müharibə gedə...Ölüm də olar, itim də, əsir düşənlər də. Burada təəccüblü bir şey yoxdur. Müsibət ondadır ki, ölüm onun yanında muştuluqdur...Beş yaşında uşağın diri-diri başının dərisini soyurlarsa,ananın gözü qarşısında körpəsini nizəyə keçirib çaya tullayırlarsa, cavan oğlanı yerə uzadıb boğazına bıçaq çəkirlərsə, qulaqlarından, qollarından, qıçlarından ağac dirəklərə mıxlayırlarsa, qocaları qalın məftillərə bağlayıb sürüyürlərsə, əlləri ilə südəmər körpənin qarnını deşib ürəyini çıxarırlarsa, qız gəlinin namusunu şərəfsizcəsinə ləkələyirlərsə bax, bu zülmdü, müsibətdi, dəhşətdi...
--- Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.---
Bu şəkillər sənin qan yaddaşındır, bunları unutmağa haqqın yoxdur!!!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rusiyada kilsə kəbininin qanuni sayılması təklif olunur
"Halka" serialı "Netflix"də olacaq
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşir
"Survivor" çempionları bəlli oldu-FOTO
"Wellington" əridilmiş kərə yağı
Kəlbəcərin Otaqlı kəndindən görüntülər - VİDEO
Panasonic televizor istehsalını azaldır
Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO
Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər - VİDEO
Ramazan ayının 20-ci gününün duası
Tərəvəzli salat (foto resept)
Xəzərdə zəlzələ baş verdi
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Yeni ildə əfv olacaq
İfic xəstələrə köməkçi hazırlanıb
Maradonadan şok iddia: Yadplanetlilər məni...
Adət ənənə "Toy"
Şahzadə Harri və Meqanın səfəri davam edir-FOTO
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Bel yırtığı əməliyyatı (2-ci hissə)
Qəlbinizin aynası
Sabah 35 dərəcə isti olacaq
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
HAVA necə olacaq? -30 Mart
Con Frenç Sloanın rəsmləri (6)
İsrail ordusu Qəzzadan çıxır
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Möhtəşəm ziyafət donları
İlin sonuna neft 100 dollara çata bilər
Bakıda təhlükəli uşaq qidası satılır
Bu günün hava proqnozu
Qozun insan bədəninə faydası
Evdə dırnaq baxımı
İlin ən gözəl qadını açıqlandı
Swatch və Apple toqquşdular
Cem Yılmazın keçmiş xanımı diqqət çəkdi-FOTO
Bu gün Su Çərşənbəsidir!
Qızıl üzüklər
Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK
Dünyanın ən varlı adamı məlum oldu
Erməni ordusunun itkiləri gizlədilir
Kənan Doğuludan BOŞANMA AÇIQLAMASI
Şəbəkə sənəti
Qiyamət günü 2030-cu ilə təsadüf edəcək -PROQNOZ
İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ
Günün ulduz falı
- ŞƏRHLƏR