Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti-26-cı ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
Milli.Az modern.az-a istinadən bildirir ki, 26 il öncə ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavuzkar hərəkətlərindən və kecmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu.
"Udar" ("zərbə") şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı "ALFA" qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır..."...O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...".
Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar.Artıq 26 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Bakının ən yüksək nöqtəsində azadlıq uğrunda şəhid olan qəhrəman soydaşlarımızın uyuduğu Şəhidlər Xiyabanına ümumxalq ziyarəti var.Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günəş eynəkləri
Qocanın yaşını Facebook da qəbul etmədi
"Göbələk" tortu (foto-resept)
Sabah yağış yağacaq
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
Bakıda 3G mobil internet niyə bahadır?
Çox yeyərək arıqlamaq üçün...
Quş qripi yenidən xortladı
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Ayaq bilərzikləri-4
Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı
İş yerindən arayış almaq asanlaşdı
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Acun Şeymanın evini 50 milyona satdı-FOTO
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hicablı xanımlar üçün ziyafət geyimləri
15 yaşlı girovdan xəbər var
Obamanın Qələbə təbriki
Mətbəx dekorasiyası nümunələri
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Günəş əvəzinə güzgü
Rahat həyat ömrü qısaldır
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Ailəliklə oynaya biləcəyiniz 3 oyun
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Ronaldo kökəldi-FOTO
Morqda dirildi-Yorğan istədi-ŞOK hadisə
Şokoladlı badam halvası (foto resept)
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Ət qovurması (foto-resept)
Valideynlərin nəzərinə!
Mikroelementlər-1
Ziddiyyətli ata sözləri
Bu prezidentin villasını çəkmək olmaz?
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Ayrılığa bir gün qaldı...
Günün ulduz falı
10 il sonra yenidən kamera qarşısında olacaqlar
3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO
Kontrasepsiya metodları və istifadəsi
İşgəncələrə qarşı Avropa Komitəsi Ermənistan hakimiyyətini tənqid etdi
Xərçəngə qarşı möcüzəvi qarışım
Engin Altan Düzyatan tarixi serialda
Leyla Əliyeva “Jara”da - FOTO
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Ermənilərin yeni təxribatı
Bu oğlan fizikanın bütün qanunlarını dağıdır-video














