Bəziləri hər nə qədər narazılıq etsə də, Azərbaycanda yaşayış səviyyəsi və əhalinin dolanışıq vəziyyəti hər halda, həm qonşu ölkələrlə müqayisədə, həm də MDB üzvlərinə nisbətdə qənaətbəxşdir.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycanın dünyada yaşayış üçün ən əlverişli ölkələr sırasında 23-cü yerə layiq görülməsini şərh edərkən deyib.Onun sözlərinə görə, əvvəla, bir az əvvəl neft gəlirlərinin azalmasına baxmayaraq, əhalinin gəlirləri əlverişli səviyyədədir. İkincisi, son vaxta qədər işgüzar fəallıq yaxşı səviyyədə olub və üçüncüsü, inflyasiya və istehlak qiymətləri neçə illərdir ki, aşağı həddədir. Bununla belə, yaşayış üçün mövcud vəziyyət hər bir ölkə üçün spesifik əhəmiyyətə malikdir.
İqtisadçı hesab edir ki, bu mənada, elə göstəricilər var ki, biz hətta dünyanın ən inkişaf etmiş ölkələri ilə belə müqayisədə yaxşı vəziyyətdə sayıla bilərik: "Məsələn, ölkəmizdə ərzaq məhsullarının qiymətləri aşağıdır. Amma vətəndaşlarımızın əksəriyyəti bahaçılıqdan gileylənir. Səbəb kimi deyirlər ki, bizdə gəlirlər inkişaf etmiş ölkələr və onların şəhərləriylə müqayisədə olduqca aşağı səviyyədədir. Odur ki, müqayisəni aparanda bütün amilləri mütləq nəzərə almaq lazımdır. Daha bir misal çəkim. Məsələn, inkişaf etmiş ölkələrin şəhərlərində əhalinin əksər hissəsi kirayədə yaşayır. Ancaq onların dolanışıq vəziyyəti isə bizdə şəxsi mənzillərdə yaşayanlardan 2-3 dəfə yaxşı səviyyədədir. Yəni, alıcılıq qabiliyyəti və bazar hər yerdə eyni deyil. Ona görə də hər halda, ümumiyyətlə, bu və ya digər nəşrin və yaxud agentliyin, qurumun yaşayış üçün əlverişlilik barədə tərtib etdikləri reytinqlərə nisbi yanaşmaq lazımdır".
Qeyd edək ki, "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqə görə, Azərbaycan dünyada yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub. Siyahıda Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələri geridə qoyub.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərzaq bazarında yeni təhlükə
Günün qoroskopu: dəyər verdiyiniz insanla...
Ən ağıllı heyvanlar hansılardır?
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Azərbaycan bu siyahıda liderdir
Ömrünüz uzansın deyə...
Karantindən sonra restoranlar bu cür işləyəcək
Tibbdə inqilabi kəşf
Xəstəlik aktyoru tanınmaz hala saldı
Meryem Uzerli və Bred Pitt eyni filmdə
"Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü
Evdə bəzənə biləcək tort formaları
İnternetin haqqımızda bildikləri
"Ləzzətli yuvalar" (foto resept)
"Skype" Rusiyada qadağan edilir
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Günün qoroskopu: güclü yenilənmə potensialı var
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO
Kəlbəcərin Zülfüqarlı kəndinin görüntüləri - VİDEO
Gilas souslu ördək (foto resept)
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
"Bəyaz gecələr" salatı (foto resept)
Bu ölkədə pulu arabayla daşıyırlar
Badımcan kotleti (foto-resept)
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Zeytun yarpağı ilə arıqlayın
Gömrükdə daha bir QADAДћA
Stil ikonum - Hadisə
Balqabaq pəhrizi
Balakəndə körpələr evinin açılışı olub
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Günün ulduz falı
Hava necə olacaq?
Avtomobillərin icbari siğortasının əhəmiyyəti
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
"Elektron siqaret" də ziyanlı imiş
Paraşütçülər Bakı səmasında
Həyat yoldaşınızla gözəl vaxt keçirmək üçün tövsiyələr
Altı ildə maşın sayı 2 dəfə artıb
Körpənin ilk anları
Kriştianu Ronaldunun son durumu
Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”
Qaymaqlı tort (foto resept)
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Bijuteriya boyunbaqlar
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Nazirlik: "Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır"
Günün ulduz falı














