VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında "Göy günbəz", "Göy məscid" yaxud "Göy İmam" kimi tanınan "İmamzadə" kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. "İmamzadə" əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.Müxtəlif vaxtlarda dağıntılara məruz qalan "İmamzadə" kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.Azərbaycan prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.Mərasim müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.Şeyxülislam Allahşühür Paşazadə dövlətimizin başçısına "Qurani-Kərim" hədiyyə etdi.Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış etdilər.
Mübariz Yusifov "Gəncə İmamzadə ziyarətgahı" kitabını Azərbaycan prezidentinə təqdim etdi.Mərasimdən sonra dövlətimizin başçısı "İmamzadə" kompleksində yaradılan şəraitlə tanış oldu.Prezident İlham Əliyevə "İmamzadə" dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb. "İmamzadə" kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.
Dövlətimizin başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldu.Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin minnətdarlığını bildirdi.Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyartəgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir."İmamzadə" kompeksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.
Məlumat verildi ki, yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.Kompleksin belə cazibədar görkəm almasına stimul verən əsas amil prezident İlham Əliyevin görülən işlərə böyük diqqət göstərməsi olub. Təsadüfi deyil ki, dövlətimizin başçısı təmir-bərpa prosesi dövründə üç dəfə bu kompleksə gələrək işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə müxtəlif illərdə dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması barədə sərəncamlar imzalayıb. Layihəni icra edən "Gəncəkörpütikinti-2" Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.Sonda "İmamzadə" dini kompleksində ehsan verildi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”