O, özünü şerində belə tanıdırdı:
Tənha zirvələrin yar-yoldaşıyam,
Quşqonmaz dağların ağır qışıyam,
Mən qaya parçası, çaxmaq daşıyam
Mən çətin adamam, asan deyiləm.
Bəlkə, təbiətindəki bu azadlığı, bu məğrurluğu vurğunu olduğu o yerlərdən öyrənmişdi. Məmməd Aslanın 1939-cu ilin 24 dekabrında dünyaya göz açdığı yurd - Kəlbəcər rayonunun Laçın kəndi dağlar qoynunda yerləşirdi. O balaca kənd Məmməd Aslana təbiəti, dünyanı sevməyi öyrətdi. Kəlbəcərin, Laçın kəndinin dağları, buz bulaqları gül-çiçəkli yaylaqları, al-əlvan çəmənləri, meşələri onu şair etdi. Poeziyaya məhəbbəti həm də atasından görüb öyrəndi. Klassik ədəbiyyatın, şifahi xalq ədəbiyyatının bilicilərindən olan atası Muxtarın gözəl təbi də vardı. Amma şeirlərini çap etdirməzdi.
Məmməd Aslandan qabaq dünyaya gələn qardaşları çox yaşamamışdılar. Doğmaları onun da eyni taleyi olacağından qorxmuşdular. Hətta o vaxtlar yolu Kəlbəcərə düşmüş iranlı molladan kömək də ummuşdular. Məmməd Aslan bu əhvalatı gülə-gülə danışırdı. Sonra təəssüflə deyirdi: "Bu dünya o doqquz qardaşın çəkəcəkləri qədər mənə çəkdirdi". Sağ qalan iki bacısı - Əzizə və ata bir ana ayrı olan Xublar onu çox sevirdilər. Ümumiyyətlə, sevgi sarıdan bəxti həmişə gətirmişdi. Məmməd Aslan sevilən adam idi.
... Başından çox qovğalar ötdü. Onun qismətinə uşaqlıq illərindən ayrılıqlar düşdü. Kəlbəcərin hörmətli ziyalılarından sayılan atasını erkən yaşlarında itirdi. Uşaqlığı İkinci Dünya müharibəsinin ağır vaxtlarına düşdü. Müharibə başa çatandan sonra da uzun illər onun yaraları sağalmadı, gətirdiyi aclıq, yoxsulluq bitmədi. Ancaq Məmməd Aslan gələcəyə ümidlə baxır, arzular, xəyallar qururdu. Bəlkə, ən böyük dərsini həyatdan aldığı üçün sonralar nə qədər çətinliklərlə qarşılaşsa da, özündə dözüm tapdı. Sınmadı.
Məktəbdə böyük həvəslə oxuyurdu. Kəlbəcərin qaynar poeziya mühiti ona da böyük təsir göstərirdi. İlk şeirlərini yazmağa başlamışdı. Bir də gözəl əl qabiliyyəti var idi. Müsahibəsində deyirdi: "Rəssamlığı da, şairliyi də o dağlardan, bənövşəli yamaclardan öyrəndim. Yeniyetmə vaxtlarımda rəssam olmaq arzusuyla Bakıya gəldim. Rəssamlıq məktəbində yataqxana şəraiti olmadığından Kəlbəcərə qayıdıb təhsilimi orda davam etdirdim".
Orta məktəbi gümüş medalla bitirdi. Ali təhsil almaq üçün Bakıya yollandı. 1957-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti - Z.F.) tarix-filologiya fakültəsinə daxil oldu. Tələbəlik illərində bədii yaradıcılıqla daha böyük həvəslə məşğul olmağa başladı. 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində ilk dəfə şeri dərc edildi.
Təhsilini 1962-ci ildə başa vurdu. Təyinatla doğulduğu Kəlbəcər rayonuna getdi. Həmin rayonunun Yanşaq, İstisu kənd məktəblərində bir müddət Azərbaycan dili və ədəbiyyat müəllimi işlədi. Bədii yaradıcılığa marağı onu rayonda nəşr olunan "Yenilik" qəzetinin redaksiyasına apardı. Qəzetin məsul katibi vəzifəsində çalışdı. Müəllim işlədiyi, rayon qəzetində çalışdığı illərdə şeirləri, publisistik yazıları respublikanın müxtəlif qəzet və jurnallarında dərc olundu.
1970-ci ilin yanvarında Bakıya köçdü. Burada "Ulduz", "Azərbaycan təbiəti", "Pioner" jurnalları və "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetləri redaksiyalarında, "Yazıçı" nəşriyyatında müxtəlif vəzifələrdə çalışdı. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının "Ekran efir" qəzetinin baş redaktoru işlədi. Eyni zamanda Azərbaycan Televiziyasında "Əkil, Bəkil quş idi" və "Dərədən-təpədən" verilişlərinin müəllifi və aparıcısı oldu. Son illər "Xəzər TV"də "Sözün özü" adlı verilişi yayımlanırdı. Şair Azərbaycan televiziyalarında uzun illər apardığı verilişlərdə ana dilimizi, milli adət-ənənələrimizi, folklorumuzu təbliğ etdi. Məmməd Aslanın ədəbiyyatımızda ən böyük xidmətlərindən biri də dilimizin qorunması yolunda illərdən bəri apardığı mübarizə idi. O, bədii yaradıcılığa başladığı vaxtlardan, "ömrü söz uğrunda girov qoymuşam" dediyi gündən həyatını sözə, şeirə, ədəbiyyatımıza, dilimizə həsr elədi. Dilimizin şirinliyini, saflığını qorudu. Şair, publisist, folklorçu, türkoloq kimi ədəbiyyatımızı zənginləşdirdi.
O, tərcüməçiliklə də məşğul olurdu. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüydü. Beynəlxalq və respublika mükafatları laureatıydı. Azərbaycanın əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli sənətkarıydı.
1969-cu ildə "Gənc şairin ilk kitabı" seriyasından buraxılmış "Dağ ürəyi" kitabına 22 şeri daxil edildi. Sonralar 50-dən artıq şeir və publisistika kitabı işıq üzü gördü. "Dağ ürəyi", "Səhəri kim açır", "Səsimə səs ver", "Bizdən sonra nə qalır", "Ürək möhlət verəydi", "Durnalar lələk salır", "Ərzurumun gədiyinə varanda", "Ömrün yarı yaşında", "Saxla izimi, dünya", "Nur içində nur", "Allahın rəsulu", "Bir sultan yaşardı Sultantəpədə", "Varlıqla yoxluq arasında" və digər kitabları öz oxucularını tapdı. Məmməd Aslan rəssamlığı da unutmurdu. Kitablarındakı illüstrasiyaların müəllifi özü idi.
Məmməd Aslan Vətən aşiqiydi. Hələ 1990-cı ilin 20 yanvarında vətənimizin paytaxtında qanlı qırğınlar törədiləndə, Sovet qoşunları silahsız insanları qətlə yetirəndə şair haqq səsini ucaldanlardan biri oldu. O gün bütün Azərbaycan şəhid balalarına ağlayırdı. Sanki onların üzərinə səpilmiş qərənfillər də fəryad edirdi. Məmməd Aslan da "Ağla, qərənfil, ağla" adlı şeri ilə xalqımıza ağı deyirdi.
Amma çox təəssüf ki, 20 Yanvar faciəsi bu millətə çəkdirilən sonuncu müsibət olmadı. Sonrakı illərdə Azərbaycan torpaqları ermənilərin işğalına məruz qaldı.
Şair əlinə qələm aldığı vaxtdan doğulub boya-başa çatdığı yerlərdən böyük məhəbbətlə söz açırdı. Doğma yurdunu, onun gözəlliyini heyranlıqla vəsf edirdi. O yerlər ermənilərin tapdağı altında qaldıqdan sonra şairin Vətən sevgili, torpaq ətirli şeirlərinə bir ayrılıq havası, həsrət yanğısı qarışdı.
Məmməd Aslan gözəllik səltənəti, alınmaz qala bilirdi Kəlbəcəri. Bakıda yaşasa da, ürəyi ordaydı. Deyirdi: "Hər il Kəlbəcərə gedirdik. Getməyəndə də ürəyim rahat idi, bilirdim ki, orada bir dünyam var".
Onun on dörd il yaradıcısı və aparıcısı olduğu "Dərədən-təpədən" televiziya verilişi geniş auditoriyaya malik idi. Xalqımızın tarixi, mədəniyyəti, folkloru barədə məlumat verən həmin veriliş Türkiyədə, İranda, Dağıstanda da maraqla qarşılanırdı. Ancaq "Dərədən-təpədən" verilişini bağladılar və yerini ekranlarda baş alıb gedən bayağı şou proqramları tutdu. Məmməd Aslanı ən çox ağrıdan dilimizin saflığını qoruyan, onu zənginləşdirən, təbliğ edən bir verilişin bağlanması oldu.
Bu dünyanın çox dərdlərini görmüşdü, çox haqsızlıqla qarşılaşmışdı. Sağlamlığı da şairi yarıyolda buraxmışdı. Şəkər xəstəliyi ilə 30 ildən artıq yoldaş oldu. Çox vaxt öz-özünə həkimlik edirdi. Cürbəcür şəfalı bitkilərlə, otlarla xəstəliyi ram etməyə çalışırdı. Şair Sumqayıtda binanın 5-ci mərtəbəsində yaşayırdı. Ağrıyan ayaqlarıyla mənzilinə qalxmaq çətin idi. Ağır həyat şəraiti, Vətən nisgili, sanki, anbaan ömrünü qısaldırdı.
Məmməd Aslan zəngin kitabxanası olan evində, sanki, ayrı bir aləmdə ömür sürürdü. Şəxsi həyatından danışmazdı. Bilinən o idi ki, şair ikinci həyat yoldaşından da boşanıb. Bu ayrılıqdan 30 ilə yaxın vaxt keçirdi. Həyatından başqa sevgilər də keçən şair sonunda tək qalmışdı. Tənha yaşamağa alışmışdı.
Çox maraqlı həmsöhbətiydi Məmməd Aslan. Onu böyük maraqla, yorulmadan saatlarla dinləmək olardı. Son zamanlar sanki bir az küskünləşmişdi. Qarabağın taleyi, Kəlbəcərin düşmən əlində olması onu sarsıtmışdı. Məmməd Aslan doğulub boya-başa çatdığı, onu şair olmağa məhkum edən Kəlbəcərin nə zamansa yenə bizim olacağından ümidini tamamilə kəsməmişdi. Onun qorxuları başqaydı. Şeirlərindən birində: "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər..." demişdi. Müsahibələrindən birində həmin şeirinə bu cür açıqlama verdi: "Qarabağı almaq o demək deyil ki, Kəlbəcər əbədi erməniyə qalacaq. Mən deyirəm ki, "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər". Kəlbəcər eldən-obadan, mərkəzdən uzaq bir yer idi, onun ağsaqqalı, qarasaqqalı vardı. Onun deyib-gülən, bir-birini sevən, bir-birinin başına dönən əhalisi vardı. Ölkənin 50-60 rayonuna dağılışdıq. Kəlbəcər qayıtsa, insanlar o şəkildə, o mənəviyyatla qayıtmayacaq. Səhhətim sözümə baxmır, xəstəyəm. Amma ən böyük narahatlığım Kəlbəcərdən, bir də mənəviyyatımızın korşalmasındandır. Gəncliyimiz dəyişir və bu, məni çox üzür. Kəlbəcərdən çıxandan sonra çox şey dəyişib, buralarda çox üzlər gördük. İnsanlarda mənəviyyat, abır-həya azalır. Ona görə də yaşamaq çətinləşir. Çox şeylər əlimizdən gedib". Bir də qorxusu Kəlbəcəri görmədən bu dünyadan köçəcəyindən idi. Kəlbəcəri sonuncu dəfə görmədən bu həyatı tərk etmək istəmirdi.
İçində böyük bir yük daşıyırdı şair. Həsrət yükü... Murovun zirvəsindən doğma yurduna baxmaq Məmməd Aslanın bu dünyada ən böyük arzusu, son istəyi idi. Yaşı artdıqca bu həsrət daha da çəkilməz olurdu. "Kəlbəcər gözlərimin önündən getmir", - deyirdi. O doğma yerləri yenidən görmək, ziyarət etmək üçün ümidi yuxularınaydı. Son illər yuxuları da şairə vəfasız çıxmışdı. Yata bilmirdi.
Gözləri Kəlbəcərdə gördüyü dağlara bənzər dağlar, yaylaqlara bənzəyən yaylaq axtarırdı. Yayda Zaqatalada dincəlir, həm də müalicə olunurdu. Qızı Təbrizə və onun həyat yoldaşı şairə qulluq edirdilər. Bir də nəvələri Firuzə və Məmməd Kamalla ovunurdu.
Məmməd Aslan 2015-ci ilin 23 sentyabrında dünyasını dəyişdi. Masazır qəbiristanlığında dəfn olundu. Vəsiyyətini şerində etmişdi Məmməd Aslan. "Gözümə Kəlbəcər torpağı tökün", - demişdi. Ancaq bu arzusuna da qovuşmadı.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)