Məsələn, türkiyəli politoloq Ömür Çelikdönmez Publika.Az-a açıqlamasında deyib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması, Yaxın Şərqin yenidən bölünməsi uğrunda savaş, Şimali İraq kürd muxtariyyətinin müstəqillik əldə etməsi ehtimallarının güclənməsi kimi mühüm siyasi proseslər PKK-nın gələcək taleyini sual altına qoyur: "Yaxın Şərqdə İraq və Suriyanın parçalanması gündəmdədir. Şimali İraq Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani iraqlı kürdlərin müstəqil bir dövlətə sahib olmalarına çox yaxın olduğunu bildirdi və Yaxın Şərq xəritəsini müəyyənləşdirən "Sukes-Picot" anlaşmasının hökmünü itirdiyini bildirdi. O, bölgədə yeni beynəlxalq anlaşmaya ehtiyac olduğunu dilə gətirib. Bu, önümüzdəki günlərdə İngiltərənin layihəsi olan sünni İraq torpaqlarında üçüncü bir dövlətin ortaya çıxması deməkdir. Birincisi kürdlər, ikincisi İŞİD. Yeni mərhələdə Qəndilin başqa yerə daşınması gündəmə gəlir. Çünki Türkiyəyə qarşı hücumlarda birinci dərəcəli məsuliyyət daşıyan İraq hökumətidir. Qəndil nə qədər Şimali İraq kürd muxtariyyətinin ərazisinə daxil olsa da, İraq dövlətinin sərhədləri içindədir. Türkiyə sərhəd kənarlarında PKK-ya qarşı əməliyyatlar keçirəndə bu, birbaşa Bağdad hökumətinə aid idi. Şimali İraq müstəqilliyini elan etdikdən sonra Türkiyənin PKK-ya qarşı keçirəcəyi əməliyyatlar Ərbilə aid olacaq. Peşmərgənin PKK ilə müharibə aparmayacağı dəqiqdir. Gözləniləndir ki, PKK-nın Türkiyəyə qarşı hücumları dayandırması və Qəndildən çəkilməsi tələb olunsun. PKK Türkiyənin hərbi əməliyyatlarının hədəfində olan Qəndili boşaltmaq məcburiyyətində qalacaq".
Politoloqun sözlərinə görə, PKK-nın Qəndili boşaltmasının digər səbəbi Türkiyə hökumətinin Hakkari vilayət mərkəzini Yüksekovaya, Şırnak vilayət mərkəzini Cizrəyə köçürmək qərarıdır: "PKK Suriyada və qismən İraqda əldə etdiyi uğuru İran və Qafqazda təkrarlamağı düşünür. İki od arasında qalmaq istəməyən PKK Qəndili Ermənistana köçürmək istəyir. Hazırda Ermənistandakı yezidi kürdlər daha çox Azərbaycanla sərhəd bölgələrində yaşayırlar. PKK-nın da Ermənistanda özünə yeni "yuva" qurması fikri təzə deyil. İndiyə qədər buna bənzər fikirlər söylənilib. İndi hoybun-daşnak əməkdaşlığı ənənələrini davam etdirmək istəyən PKK-nın erməni diasporunu bəzi üzvləri ilə təmaslar qurduğu haqda informasiyalar Türkiyə kəşfiyyatı tərəfindən əldə edilib. Plana görə, PKK mənsubları əvvəlcə Avropanın hansısa ölkəsinə gedəcək, daha sonra oradan Qafqaza gələcəklər. PKK Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində, xüsusən də Laçında düşərgə qurmaq niyyətindədir. PKK mərkəz olaraq Azərbaycanın işğal olunmuş Laçın şəhərini seçib. Məqsəd Laçın koridorundan istifadə edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərməkdir. Cənubi Qafqaza qaçmaq istəyən PKK-çılar bu bölgədə özlərinə dəstək axtarışına çıxıblar".
Milli.Az Musavat.com-a istinadən bildirir ki, Azərbaycan Kürdləri İctimai Birliyinin rəhbəri Tahir Süleyman isə "Yeni Müsavat"a açıqlamasında qeyd etdi ki, PKK-nın indiyə qədər fəaliyyət göstərdiyi ərazilərdən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə köçəcəyi barədə iddialar sayıqlamadan başqa bir şey deyil: "Belə iddiaları irəli sürənlərin savadına, bölgədən xəbərdar olmasına şübhə edirəm. Ən azından heç olmasa xəritəni göz önünə gətirsinlər. PKK bir qovluq deyil ki, kimsə qoltuğuna vurub istədiyi yerə aparsın. PKK kürdlərin sıx yaşadığı ərazilərdə, həmin ərazilərə coğrafi baxımdan bitişik yerlərdə uzun illərdir fəaliyyət göstərir. O ərazilərdən PKK hansı məntiqlə Qarabağa yerləşər? PKK məgər bilmir ki, gec-tez Azərbaycan öz ərazilərini azad etmək üçün müharibəyə başlayacaq? PKK-nın Azərbaycanla, Azərbaycan xalqı ilə heç bir problemi yoxdur. Onların dilindən indiyə qədər Azərbaycanın əleyhinə kimsə bircə cümlə də olsun eşidib? PKK-nın başında dayananlar da yaxşı bilirlər ki, Azərbaycanda kürdlərlə azərbaycanlılar arasında əsirlərə dayanan qardaşlıq, dostluq var. Belə hesab edirəm ki, son vaxtlar hansısa məkrli qüvvələr Azərbaycanla kürdlərin münasibətlərini pozmağa, araya nifaq toxumu səpməyə çalışırlar. PKK-nın işğal olunmuş Azərbaycan ərazilərinə köçəcəyi kimi dezinformasiyaların da yayılması, çox güman ki, bunun üçündür".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İsrailin sabiq baş nazirinə hökm oxunub
Ajda Pekkan Bengüyə Cavab verdi
Sevgili olduqlarını niyə gizlədirlər?
Ölkələrə görə cizgi film qəhrəmanları
Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
AZAL təyyarələrinə noutbuk, fotoaparat və telefon keçirmək çətinləşdi
Günün ulduz falı - 31.01.2014
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Tısbağa görnüşlü kotlet(foto resept)
İquain almanlara meydan oxudu
Gəlin saçı üçün aksessuarlar
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Zakir Həsənov: "Düşməni darmadağın edəcəyik"
Şaftalılı mafınlər (foto resept)
Nanəli şarlotta (foto resept)
Sürücülük vəsiqəsini smartfon əvəzləyəcək
Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı
Dünyanın ən kök qadını öldü - FOTO
Mükəmməl saçlara xüsusi qulluq
Marsda göl tapıldı - FOTO
Qadını çantasından tanı
"Çukur" cəzalandırıldı-SƏBƏB
Biomimetika:Təbiətdəki texnologiyaların təqlidi
Marsdan gələn “cəhənnəm səsləri” – NASA-dan sensasion kəşf
Diş məcunu sızanaqları yox edirmi?
"Doya Doya Moda"dan ayrıldı
Bu gün Azərbaycanda sonuncu buraxılış imtahanıdır
"Mars" və "Snickers"də virus var
Doğum günün mübarək, Facebook!
Hande ərə gedir-FOTO
Nəm salfetlərin ziyanı
Baş nazirdən karantin rejiminin uzadılması ilə bağlı VACİB QƏRAR
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Şamaxının 103 yaşlı sakininin uzunömürlülük sirri
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
Dünyanın ən məşhur köpəyi öldü
Yay köynəkləri
ASAN-dan onlayn yenilik
Nemtsovun qətlinin motivi bəlli oldu
Günün ulduz falı
Putin: “Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək”
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
Tom Hanks və xanımın qanı müalicə üçün istifadə olunacaq-FOTO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Ermənilərdən Tərtərdə daha bir təxribat: Yaşayış məntəqəsi atəşə tutuldu, yanğın başladı - VİDEO
Culfa rayonu
"Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır" - Bridcet Brink
Azərbaycanda kabel şəbəkələri kimlərin mülkiyyətində ola bilər?














