İqtisadiyyatı neftdən asılı olan ölkələr 2016-cı ildə ciddi sınaqlar qarşısında olacaqlar.
ANS PRESS-in məlumatına görə, bu barədə “Royal Bank of Scotland” bankının ekspertləri bildiriblər.
Bankın ekspertlərinin proqnozuna görə, enerjidaşıyıcılarına tələbatın azalması və İranın üzərindən sanksiyaların götürülməsi gələn il neftin qiymətini əvvəlcə barrel üzrə 26 dollara, daha sonra isə 16 dollara sala bilər. “Neft qiymətlərinin artıq 2016-cı ilin birinci rübündə kəskin azalmasının riski artmaqdadır”,- deyə “Royal Bank of Scotland” bankının dekabr məruzəsində bildirilir. “Royal Bank of Scotland”ın analitikləri fikirlərini Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatları ilə əsaslandırırlar. BEA-nın məlumatına görə, gələn il neftə qlobal tələbat kəskin azalacaq. Çünki neft anbarları artıq tam dolub.
Bu xəbəri şərh edən “RBK” (Rusiya) agentliyi MDB-dən bu məsələnin birbaşa Rusiya, Qazaxıstan və Azərbaycana dəxli olduğunu bildirir: “2014-cü ilin iyun ayından Brent neftinin barrelinin qiyməti 3 dəfədən artıq ucuzlaşaraq 2004-cü ilin qiymətinə düşüb - barrel üzrə $35-40 ətrafında dəyişir. Bu müddət ərzində Rusiya rublu dollara nisbətdə iki dəfə ucuzlaşıb. Qazaxıstan və Azərbaycan öz valyutalarını devalvasiyaya uğratdılar”.Azərbaycan iqtisadiyyatı üçün yeni təhlükə rublun daha da ucuzlaşmasıdır. Bu gün Rusiya paytaxtında rubl rekord səviyyədə ucuzlaşıb və 1 dollar 72 rubla satılıb. Halbuki, 2014-cü ilin mayında 1 dollar 32 rubla satılırdı. Rus rublunun məzənnəsində müşahidə edilən bu dəyişmə ekspertlərin 1 dolların Rusiyada 125 rubla qədər ucuzlaşa biləcəyi barədə proqnozların gerçəkləşmə ehtimalını artırır.
Bu isə Rusiyanın tərəfdaşı olan Azərbaycan iqtisadiyyatı üçün təhlükəli perspektivlər vəd edir: Rusiyadan daxil olan pül köçürmələri azalacaq, Azərbaycan məhsullarının Rusiya bazarında rəqabət qabiliyyəti aşağı düşəcək, Rusiyada yaşayan azərbaycanlıların Bakıdakı evlərini sataraq kapitalı Moskva və Sankt-Peterburqa yatırması manata təzyiqləri artıracaq və s. Nəticədə, Azərbaycan Mərkəzi Bankı təkrar devalvasiyaya getməli olacaq. ABŞ-lı ekspert, CENRG analitik mərkəzinin direktoru, «Atlantic Council»un böyük ekspertiAriel Koenun fikrincə, neftin barrelinin 100 dollardan yüksək olduğu dövrələr artıq arxada qalıb və 2016-ci ildə heç bir geri qayıdış olmayacaq. Ariel Koen hələ 2008-ci ildə bildirmişdi ki, xammalın durmadan bahalaşması dünya iqtisadiyyatını uçuruma aparır. İndi Koen bildirir ki, dünya iqtisadiyyatı üçün neftin qiymətinin ən optimal ssenarisi 2020-ci ilə kimi barrelin qiymətinin 50 dollara qalxmasıdır.
Azərbaycan hökuməti neftin barrelinin 16 dollara düşə biləcəyi dövrə yaxşı hazırlaşmalıdır. Həm də ölkənin bu məsələ ilə bağlı uğurlu təcrübəsi var. Elə də uzaq olmayan tarixdə - 1990-cı illərdə neftin qiyməti təxminən bu ətrafda dəyişirdi. Onda heç bir valyuta imkanı olmayan Azərbaycan əhalinin güzəranını gündən günə yaxşılaşdırırdı. İndi də bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə, iqtisadiyyatın əsas bəlası olan inhisarçılığı, korrupsiyanı və rüşvətxorluğu aradan götürmək lazımdır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Beyindən düzgün istifadə
Pilot sükan arxasında yatdı
Seda Sayan ideal bəyən quruluşunun SİRRİNİ Açdı
Su çəkini tənzimləyir
Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 519 yeni yoluxma
Dünyanın ən bahalı nişan üzükləri
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Gözəl balalar üçün
Bədənimizdəki "tikanlar"
Keratakonus
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ/VİDEO
Ermənilər Xankəndidən kütləvi qaçırlar – VİDEO
Londondan Tokioya qeyri-adi qurğu ilə səyahət - VİDEO
Azərbaycanda qədim Quran tapıldı
Yay üçün qısa ətək modelləri
Castin Biber xanımından danışdı-FOTO
İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür
Kivili, bananlı dondurma (foto resept)
Güzgünü parladan xiyarın bilinməyən faydaları
Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Evliliyi bitirən 5 səbəb
Bu günün hava proqnozu - 04.11.2013
Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ
Mərci şorbası (foto resept)
Çağatay Ulusoy aylar sonra ilk dəfə Onunla görüntüləndi-FOTO
Almalı, yulaflı oladilər (foto resept)
Qadin.Netlilərin nişan xatirəsi - III
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Türk serialında Nəsimi sözləri-VİDEO
Xərclər, deyəsən, azalacaq
Axşam saat 20:00-dan sonra bunları yeməyin!
Bel və kürək piyləri ilə mübarizə
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Tüpürcək vəzisinin endoskopiyası
Bakının bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb
Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..."
Millimizin üzvü Afrikaya gəlin köçür
Tam Günəş tutulması kosmosdan nümayiş olundu - FOTO
Həyat yoldaşı axtaranlara
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
2012-ci ilin ən dəbli gəlinlikləri
Günorta yaranan baş ağrılarının səbəbləri
Voleybolçularımız qələbə ilə başladı
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Blefaroplastika əməliyyatı haqqında















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]