Milli.Az Xəbərlər.Az-a istinadən xəbər verir ki, kompüterlərdən istifadənin insan sağlamlığına bir sıra zərərləri ola bilər. Bu təhlükələr və onlardan qorunma yollarını təqdim edirik:
Şüalanma təhlükəsi
Ölkəmizdə insanların təkcə kompüterlər yox, bir sıra müasir texnoloji avadanlıqlarla bağlı əsas qorxusu şüalanmadır. Bəli, kompüterlər müəyyən şüalanmanın yayılmasına səbəb olurlar. Lakin indiyənədək aparılmış araşdırmalarda kompüterlərdən yayılan şüaların insan sağlamlığı üçün təhlükə törətməsi faktına rast gəlinməyib.Yeni texnologiyaların kütləvi istehsalına icazə verilməsi üçün müəyyən sınaqlar keçirilir, onların təhlükəsizliyi qiymətləndirilir və sertifikatlarla təmin edilir. Həmçinin bütün dünyada texnoloji avadanlıqlar idxal edilərkən onların bir sıra tələblərə cavab verməsinə, sertifikatlarla təmin olunmasına dövlət qurumları nəzarət edir.
Hərəkət və dayaq sistemi üçün təhlükələr
Aktiv kompüter istifadəçiləri ən çox kürək, sinə, boyun, çiyin, qol və ayaq ağrılarından şikayət edirlər. Bunun əsas səbəbi isə kompüterin qarşısında düzgün qaydada əyləşməmək və düzgün istifadə etməməkdir.Kompüterin qarşısında əyləşərkən qaməti düz saxlamaq lazımdır. Monitor göz səviyyəsində və ya ondan bir az aşağıda nizamlanmalıdır. Kompüterdən istifadə üçün nəzərdə tutulmuş kreslolardan istifadə etmək olduqca faydalıdır. Adətən bu cür kresloların hündürlüyü və arxalığını tənzimləmək mümkün olur. Beləliklə, kreslonu ayaqlarınız rahat yerləşəcəyi və qamətinizi düz saxlamağa kömək edəcəyi vəziyyətə gətirə bilərsiniz. Həmçinin bu cür kresloların kənarlarında dirsəklənməyə imkan verən qoltuqlar da olur.Əgər masanın hündürlüyünü tənzimləmək mümkün deyilsə, onda klaviautarını dirsəklərin rahat olacağı hündürlükdə yerləşdirmək lazımdır. Klaviatura sizin tam qarşınızda yerləşməlidir. Siçanla (maus) klaviatura eyni səviyyədə olmalı və siçan klaviaturaya yaxın olmalıdır.Kompüterdən uzun müddət istifadə etdikdə əl və qol əzələ və oynaqlarında ağrılar yarana bilir. Bunların qarşısını almaq üçün əvvəla siçandan istifadə edərkən onu biləyinizlə yox, bütün qolunuzla hərəkət etdirin və düymələrini yüngülcə sıxın. Yazarkən düymələrə basmaq üçün böyük güc sərf etməyin, daha yüngül toxunuşlarla yazın.Əzələ və oynaqlarda ağrıların yaranmaması üçün bunlarla yanaşı, iş zamanı kiçik fasilələr etmək, kreslodan qalxıb hərəkət etmək də lazımdır.
Göz yorğunluğu
Kompüterdən uzun müddət istifadə etmək gözlər üçün yorucu olur. Bunun qarşısını almaq üçün də bir sıra yollar var.Əvvəla, pəncərədən düşən işığın birbaşa üzünüzə və ya ekrana düşməməsinə diqqət edin. Monitoru göz səviyyəsində və ya bir az aşağıda nizamlayın. Ekranın təzadlılıq, parlaqlıq kimi tənzimləmələrini özünüzə uyğun nizamlayın. Ekranın üzünüzə çox yaxın olmamasını təmin edin. İş müddətində qısa fasilələr edib gözlərinizi ekrandan ayırın.Ən əsası isə mütəmadi olaraq gözlərinizi müayinə etdirməyi unutmayın. Bu, xüsusilə, görməkdə çətinlik yaşayan və optik eynək və ya linzadan istifadə edənlər üçün çox vacibdir.Bu cür kiçik tədbirləri həyata keçirməklə öz sağlamlığınızı qoruya və gələcəkdə səhhətinizlə bağlı yarana biləcək ciddi problemlərdən yayına bilərsiniz.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Barbi tortu (foto resept)
Qarğadalı lopasından keks (foto resept)
Folqada çəki balığı (foto resept)
İdmançımız bu gün erməni ilə döyüşəcək
"Kurtlar vadisi" bu kanalda yayımlanacaq
Azərbaycanın orta məktəblərində yenilik
Arıqlamaq üçün maye pəhrizi
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır"
“Türklər koronavirusa yoluxmayacaq, çünki…” – Professordan şok iddia
Ən xoşbəxt ölkələrin REYTİNQİ - Azərbaycan neçəncidir?
Şagirdləri üçün bunu da etdi-FOTO
Meqan və Harridən nümunəvi addım -FOTO
Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır
Meqanın qardaşı növbəti məktubuyla sarayda səs-küy yaratdı-FOTO
“Google”un qadınlara sürprizi
Dünyanın ən zərərli içkisi
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Amitab Baççan və oğlu Babişek Baççan koronavirusa yoluxdu - FOTO
Dünyanın ən gənc milyarderi artıq subaydır
Bu gün İlaxır çərşənbədir
Bəlkə bir şans verək?
2014-cü ilin dəbli gəlinlikləri
Özcanın keçmiş arvadı hamilədir?
Gözəl manikür nümunələri
Demi Lovato yeni sevgilisinin FOTOsunu paylaşdı
Günün ulduz falı - 19.08.2013
Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək
Saçları tez-tez yumaq zərərlidirmi?
Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb
Zəifləmiş saçlar üçün maska
“Anti-Facebook” quruldu
Moldova millisi Putinin cavabını verdi
Bakı necə qızdırılır: kombi, İran sobası... – Ekspertlər təhlükə barədə
Birinci xanımın yeni vəzifəsi
"Ayrılsak da beraberiz"in baş qəhrəmanları illər sonra-FOTO
Roma barədə şok xəbər
“Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb - VİDEO
Salvador Dali haqqında maraqlı məlumatlar
2014-cü ilin ziyafət geyimləri
“Hercai”nin ulduzları səfir seçildilər
Qan şəkərini nizamlayan idman hərəkətləri
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Dəcəl uşaqla necə davranmalı?
HAVA necə olacaq?-11 dekabr
Gələn il Hansı Bürcün Nümayəndələri Varlanacaq?
Evini boyamaq istəyənlər üçün
Bel yırtığı riskini azaltmağın yolları
- ŞƏRHLƏR