Yaxın gələcəkdə kredit alarkən sizdə komunal borcunuzu niyə ödəməmisiniz deyə soruşsalar təəccüblənməyin. Çünki, banklar müştərilərinin təkcə kredit tarixçəsini yox, digər məlumatlarını, məsələn, vergi borclarını belə öyrənə bilərlər. Beləliklə kredit götürənin maddi vəziyyəti daha dərindən araşdırılacaq, ona uyğun kredit veriləcək. Müştərilərin məlumatlarını isə özəl kredit büroları toplayacaq.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, müştəri banka ödənişlərini gecikdirməsə belə, digər borclarına görə kreditdən məhrum ola bilər. Vətəndaşların maddi vəziyyətini araşdıran və məlumatları banklara ötürən özəl kredit bürolar yaradılacaq.Hazırda bank müştərilərinin məlumatları Mərkəzi Bankın Kredit Reyestrində toplanır. Banklar burada yalnız vətəndaşın kredit tarixçəsi ilə tanış ola bilirlər. Özəl bürolar isə kredit götürənin bütün gəlir və xərclərini hesablayacaq.Kredit bürosu hətta müştərinin vergi borclarını və kommunal ödənişlərini də yoxlayacaq.Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, özəl kredit bürolarının yaradılması ilə bankların xərcləri 25%, riskləri 50% azalacaq. Artıq daha etibarlı müştərilərə kredit veriləcək. Beləliklə, kredit faizlərinin endirilməsi də mümkün olacaq.Özəl kredit bürolarının yaradılması məqsədilə "Fərdi məlumatlar haqqında" qanuna dəyişikliklər edilib. Sənədin Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilir.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR