Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm günüdür. Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dünyasını dəyişməsindən 77 il ötür.
Milli.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burada təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn "Kamal" adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır. 1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə buradan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib. 1899-cu ildə İstanbul "Mekteb-i Harbiye-i Şahane"yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə mülazim (leytenant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan kurmay yüzbaşı (qərargah kapitanı) rütbəsi ilə məzun oldu. Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı, müstəqillik fikirlərini də təbliğ edib. 1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olublar. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə xilas ola biləcəyini elan edir. 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuriyyətini elan edən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də sirroz xəstəliyindən İstanbulda, Dolmabağça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb. Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Anıtqəbrə Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb. Onun qəbri üçün Kipr, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsi, Azərbaycan da daxil olmaqla 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanaqqala boğazlarından gətirilən sudan istifadə edilib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Oksana kral üçün oğul doğdu-FOTO
Günün qoroskopu: ağıllı adamlar və yaxşı məsləhətlər
Beren Saatın təbriki gündəm oldu
Məzənnə yenə dəyişdi
Saflığına qəzəbləndiyimiz seral qəhrəmanları
Şuşa məscidindən ən son FOTOlar
“Survivor”un iştikarçıları bəlli oldu - FOTO
Tramp və xanımı koronavirusa yoluxdu
Mənzərə şəkilləri
Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?
Ətir necə seçilməlidir? (1)
Cagteks-dən müxtəlif geyimlər
Azərbaycan peşə məktəblərində ilk dəfə
Bu da yeni Subaru
"Azərbaycanın insan hüquqları sahəsində böyük uğurlar əldə edib
1800-cü ilin əl çantaları
Yuxusuzluq beynin düşmənidir
Kadir Doğulu yeni serialda
DİM sədri valideynlərə xəbərdarlıq etdi: “Məsuliyyətli olsunlar”
“Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO
Google-dan ilk skanerli smartfon
Bakıda sürücülər üçün acı ümid lövhəsi
Tonal krem ləkəsini necə təmizləməli?
Məşhur aktrisa "Hercai"dən uzaqlaşdırıldı-SƏBƏB
Tərəvəzli plov (foto resept)
Redaktor brauzerdə işə salındı
Qadın idmançılarımız dünya reytinqində birinci oldular
Seda Sayanı təhqir həbs olundu
İllərdir ət yeməyən azərbaycanlı qız
Artıq koronavirusu mikroskopsuz da görmək mümkün olacaq - VİDEO
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
Əsl donuz faciəsi
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
"Hande möhtəşəmdir" - Kerem tərifləməkdən yorulmadı
Məşhurların qəribə gözəllik sirləri
Rusiyaya qadağa
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Soğan haqqında bilmədiklərimiz
Buffon: "Messi dünyanın ən yaxşısıdır, ancaq..."
Stiv Cobsun xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Sabahın HAVAsı
Yanvarın 1-dən müəllimlərin maaşı artacaq
XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA
Bakıda bazarın fəaliyyəti dayandırıldı - RƏSMİ + VİDEO
Döyüş helikopterləri səmada
Manat rublu boğacaq
Cobs haqqında film bəyənilmədi
Messi ildə azı 18 milyon avro qazanacaq
Yeni eynək trendi; cat eye














