Məhəmməd Hadi 1920-ci ildə iyunun 1-də Gəncədə xəstəxanada vəfat edib. Bu yaxınlarda Hadinin məzarının harada olması ilə bağlı sənədləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva məndən sənədləri istədi, mən də yolladım. Hadinin məzarı 1966-cı ilin iyul ayında Gəncədə Səbizkar qəbiristanlığından Gəncəçayın sağ sahilindəki parka köçürülüb.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmlər doktoru, hadişünas alim İslam Qəribligörkəmli Azərbaycan şairi Məhəmməd Hadinin harada dəfn olunması barədə mübahisələrlə bağlı bildirib.Onun sözlərinə görə, məzar köçürülən vaxt Bakıdan nümayəndə heyəti də gedib."Gəncə şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsində məsul vəzifədə çalışan Xeyrulla Əliyev də orada olub. Xeyrulla müəllim sağdır. Sadəcə, Hadinin cəsədinin qalıqları çıxarılan məzar işarələnməyib. Dəfn prosesi zamanı çəkilən şəkillər var. Hadinin məzarı Gəncəçayın sağ sahilinə köçürüldükdən sonra orada kiçik büst ucaldıblar. Bununla bağlı faktlar, protokollar var", - deyə İ.Qəribli bildirib.İ.Qəribli qeyd edib ki, 1966-cı ildə Partiya Komitəsi M.Hadinin Səbizkar qəbiristanlığındakı məzarı üzərində abidə ucaldılması barədə qərar qəbul edib: "Lakin yer kiçik olduğuna görə abidə tikmək mümkün olmayıb. Daha sonra qərar verilib ki, cəsədin qalıqlarını oradan çıxarıb, başqa bir yerdə dəfn etsinlər".AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev isə APA-ya açıqlamasında deyib ki, Gəncədə tarixi abidələrin, görkəmli şəxslərin məzarlarının tədqiqi ilə bağlı komissiya fəaliyyət göstərir: "Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları, kəfən tapılmadı".Akademik bildirib ki, arxiv sənədləri əsasında M.Hadinin məzarının Gəncədə Səbizkar qəbiristanlığında olduğu müəyyən edilib: "Hadinin məzarı Səbizkar qəbiristanlığında Adıgözəl bəy Goraninin məzarının arxasındadır. 1920-ci ildə Hadini orada dəfn ediblər. Arxiv sənədlərində göstərilir ki, Gəncəçayın sağ sahilində Hadiyə abidə qoyulsun. Həmin sənədlərdə Hadinin məzarının köçürülmə söhbəti yoxdur. Ona görə biz bu tədqiqat işini apardıq və müəyyənləşdirdik ki, Hadinin məzarı Gəncəçayın sağ sahilindəki parkda yox, Səbizkar qəbiristanlığındadır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR