Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə onun daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür. Həmin gündən Vanqanın sədası kəndbəkənd yayılaraq, onu dünyada məşhurlaşdırır.
ATV.az Vanqanın maraqlı məsləhətlərindən bir neçəsini təqdim edir:
. Heç bir zaman sınıq ya çartlaq nimçədə ya fincanda çay içməyin. Bunlar insana uğursuzluq gətitrir. Çatlaq qab evdə neqativ enerji yaradır. Ona görə də qabda hətta balaca bir çat yaranıbsa belə, mütləq atmaq lazımdır. Bəzən sevgilimin hədiyyəsidir, ata bilmərəm düşünüb yenə də həmin fincanda çay içilir. Bu sevgilinilə aranızda problemin artmasına səbəb olacaq.
. İstəyirsinizsə, evinizə heç vaxt bir pis adamın və pisliyin gəlməməsi üçün, daim yaxşılıqlarla rastlaşasınız deyə, qapının içəri tərəfidən üstünə xaç formasında kəndəlaş (kol bitkisidir) çubuğu bağlayın.
. Evdə uğurların bol olması üçün şüşə kasaya su töküb üstünə bu sözləri oxuyub, püləyin. “Qapımdan girən adamlar mənim köməkçim, dostum olsun. Düşmənlərimə və mənə düşmən olmaq istəyənlərə qapımdan içəri girmək qadağandır. Qapım nə qədər açılarsa, bir o qədər xeyirə açılsın. Qapımdan həmişə içəri xeyir, bərəkət, sülh, yaxşılıq gəlsin. Bədbəxtlik, pis niyyət, pis nəfs məndən uzaq olsun”. Sonra evin kandarından içəriyə bu suyu çiləyin.
. Səhər yuxudan ayılanda ayaqları yerə qoymadan əvvəl çəkələklərinizi tapın, sağ ayağı geyinib, sonra sol ayağı geyinin.
. Evinizin daim uğurlu olması üçün başqa dövlətlərin dəmir (gümüşü rəngli) pullarını evdə saxlayın.
. Həyatınızda yeni, uğurlu xəttin yaranması üçün təzə ay çıxanda evdə mebelin yerini dəyişdirin. Uğur sizi gözləməyə qoymayacaq.
. Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, heç vaxt son tikənizi, hətta qurumuş olsa belə, saxlamayın. Stolun üstündəki qırıntıları da atmayın. Onları quşlara tökün.
. Uğurlarınızdan danışarkən pis gözə, nəfsə gəlməmək üçün, 3 dəfə taxtaya tıqqıldadın və 3 dəfə sol çiyninizin üstündən kənara tüpürün.
. Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün pəncərələrin kənarına duz səpin. Uğur gələnə kimi silməyin. Duzu yığışdırdıqda, əli duza vurmadan silib. bir paketə yığıb evdən uzaqda basdırmaq lazımdır.
. Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir. Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub “mənə gələn bəd hadisə torpağa çök, əl çək məndən” demək lazımdır. Yox əgər sol ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir.
. Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə üzərinə su səpin yığıb torpaqda basdırın.
. Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü kilsə suyu ilə silmək məsləhətdir.
. Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz aldığınız pulun qalığndan verməyin, yoxsa siz də lüt –üryan qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin. Yoxsa qəpiksiz qalarsınız.
. Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə yarpağı və darçın da pull qabının dolmasına işarədir.
. Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq məsləhət deyil.
. Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz yoxdursa, çantanı evdə yerə tullamayın.
. Pulun çoxalması üçün pul qabına nanə yarpağı və darçın çubuğu qoymaq məsləhətdir.
. Xoşagəlməyən şeylərdən uzaq olmaq üçün bunları edin:
Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini yığın ( köhnə düymə, qaşlar, qələm və.s)
Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq olan yerə yarım metrlik dairə kimi düzün. Həmçinin parçanı və içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında qalsın.
. Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və hansı məbləği istəyirsinizsə yazın sonra bu kağızı xırdalayın, əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada ya metal sinidə ya da palçıqdan hazırlanmış kasada yandırın. Bütün hamısı yanıb gül olduqdan sonra, bir pul götürün, içinə külləri töküb, büküb pul qabında talisman kimi saxlayın.
. Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin. Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan çörək qırıntılarını quşlara tökmək məsləhətlidir.
. Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən böcəyinin təsvirini ya onun parça üzərində işlənmiş ( muncuqla hörülmüş, saç sancağı və.s) saxlayın. Həmçinin parabüzənin şəkilini işdə içdiyiniz fincana vurmaq məsləhətlidir.
Mənbə: ATV.Az
XƏBƏR LENTİ
Rənglərin mənaları və təsirləri
Qadın.Netlilərin ixtisas arzuları (son)
Hacılarımız qayıdır
Ece Seçkin iki aya 2 milyon qazandı
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Qadın.Net xanımlarının ən xoşbəxt anları
Uşaqların duyğularını bölüşmə vasitəsi
“Eurovision 2020”nin ilk iştirakçısı bəlli oldu
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
İnternetdə parolu necə qorumalı?
Sfinksin burnunu kim qoparıb? - FAKT
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Günün ulduz falı - 03.02.2014
Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi
Bu sezonun rəngi müəyyənləşdi
Olduğu kimi qəbul et!
Modern gəlinlər üçün qara gəlinlik dəbi
Sevimli ayaqqabılar
Gürcüstana getmək istəyənlərin nəzərinə
Macar pizzası
Toxunma qablar
Dodaq formanıza görə xarekteriniz
Acı souslu tərəvəz qızartması (foto resept)
Kəs və yapışdır-16
Böyük burunları gizlədən saç modelləri
Mehriban Əliyevaya yeni köməkçi təyin edildi
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
Girovlarımızı burda tuturlar
Hava haqqında - 09.08.2013
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
Boyalı saçlara qulluq
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (6-cı hissə)
Un bahalaşdı
Uşaqlar üçün ev geyimləri
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Qarabağ görüşü başlayır
Sabahın HAVAsı
Gündəlik geyim üçün kombinlər
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Jurnalistlərə şad xəbər
Yağlı boyadan hazırlanmış əl işləri
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Vitamin çatışmazlığını göstərən 6 işarə
HAVA necə olacaq?
Qeyri-adi corab növləri
Ermənilərin yeni düşməni
Boşanmanın ziyanları















- ŞƏRHLƏR