1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Hıçqıran körpəyə nə etməli?
Yeni doğulmuş körpəyə qulluq (II hissə)
Kartof dolması (foto resept)
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Qeyri-adi fəndlə hər kəsi heyran etdi
Amerika silkələndi
2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQ
"Vyana görüşü Qarabağın həlli prosesində mühüm addım oldu"
DASH pəhrizi
Günün ulduz falı
Dünyada koronavirusa yoluxanların sayı 55 milyonu keçdi
Kerimcanın əməliyyatdan əvvəlki FOTOları
“Binə” Ticarət Mərkəzi açılır? - AÇIQLAMA
Məşhur aktyor 50 kq arıqladı
Bakıda Azərbaycanın ən hündür binası tikilir - 277 METR - FOTO
100 milyon TripAdvisor-u seçdi
Miqrant fəlakəti: Avropa gələnlərə qəzəblənib
Bilirsinizmi? (3)
Məşhur müğənni sevgilisinə EVLİLİK Təklifi Etdi
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Sevdiyiniz meyvələrə görə xarakteriniz(2)
Arıqlamağ kömək edən 4 göyərti
Daha dolğun kirpiklər üçün 3 üsul
Ananaslı piroq (foto resept)
Koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirrini bölüşdü - VİDEO
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
İlham Əliyev və Mehriban xanım Od çərşənbəsini belə qeyd etdi - FOTO
190 manatın verilməsində MÜHÜM YENİLİK: gələn ay... - RƏSMİ
Qonşu ölkədə koronavirusa rekord yoluxma
Alimlər dünyanın hər yerində sirli piramidalar aşkar edirlər
Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi
Özünə inam ölçmə testi
Koronavirus barədə məşhur mif rədd edildi
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-1
Ziyafət çantaları
Dəbli gəlin saç düzümləri
Tailand silkələndi
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
Bekhemin oğlu diqqət mərkəzində-FOTO
Ən ağır dərdləri onlar sağaldır
Cavanlar üçün dəri baxımı tövsiyələri
Naftalan kurortu yenidən qurulur
Prezident: “Müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, özünü alçaldır”
Valideynlər narazıdırlar: Məktəblilərin iş dəftəri bəlası
Abituriyentlər, bu xəbəri qaçırmayın!
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Sinoptiklərdən xoş xəbər














