
Azərbaycan birinci Avropa Oyunlarına hazırlığın son mərhələsinə qədəm qoyub. Açılış mərasimin keçiriləcəyi Bakı Olimpiya Stadionu daxil olmaqla, bütün idman obyektlərində hazırlıq işləri başa çatıb. Həmin obyektlərdə müxtəlif idman tədbirləri, sınaq yarışları keçirilib. İstər idmançıların, istərsə də digər rəsmi şəxslərin qalacaqları yerlərdə hazırlıq işləri yekunlaşıb.
ANS PRESS-in məlumatına görə, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov hazırda regionların yarısından çoxunda məşəllərin yandırıldığını qeyd edib. O bildirib ki, Bakı Olimpiya Stadionunda sınaq tədbiri başa çatıb. İyunun 6-da daha bir sınaq tədbirimiz olacaq. Bu dəfə daha çox tamaşaçının iştirakı ilə sınaq keçirəcəyik.
Elçin Səfərov Azərtac-a deyib ki, akkreditasiya məsələləri davam etməkdədir. Hələ də idmançılar, rəsmi qonaqlar qeydiyyatdan keçirlər. Bakıda olan bütün otellərlə müqavilələr imzalanıb. Artıq onlar qonaqları qarşılamağa tam hazırdırlar. Atletlər və Media, eləcə də Mingəçevirdəki Atletlər kəndlərində son tamamla işləri gedir. Həmin obyektlərdə idmançılar üçün hər cür şərait yaradırıq. İşlərimiz öz axarı ilə gedir. Növbəti həftələrdə görəcəyimiz işlərin planları artıq mövcuddur. Ən maraqlı tədbirlərdən biri açılış mərasimi olacaq. Onun üçün lazım olan son sınaq işlərimiz, könüllülərin təlim proqramı davam edir.
Biletlərin satışı məsələsinə toxunan Elçin Səfərov bildirib ki, Azərbaycanda Oyunların keçiriləcəyi yarışlara bilet satışı yüksək səviyyədə davam edir. Açılış mərasiminə biletlərin demək olar ki, səksən faizi satılıb. İyirmi və iki yüz manatlıq biletlər artıq tam satılıb. İdman obyektləri arasında isə yeni komplekslərə, xüsusilə Su İdmanı Sarayına biletlərin satışı daha çox üstünlük təşkil edir. Sonrakı yerlərdə karate və güləş yarışları durur. BMX, yəni dağ velosipedi, Milli Gimnastika Arenasında təşkil ediləcək idman yarışlarına da biletlər sürətlə satılır. Xarici ölkələrdən də yarışlara böyük maraq var. Böyük Britaniya, Almaniya, İtaliya, Niderland vətəndaşları bilet alanlar arasında ilk yerlərdədirlər. Bu, onu göstərir ki, birinci Avropa Oyunları təkcə Bakı üçün deyil, bütün Avropa və dünyanın digər ölkələri üçün böyük maraq kəsb edir.
Diqqətə çatdırılıb ki, Oyunların yayımı ilə bağlı altmışa yaxın ölkə ilə media yayımına dair müqavilələr imzalanıb. Bu siyahıda birinci yerdə Avropa ölkələri durur. Digər qitələrdən isə Cənubi Amerika ölkələrini, Hindistan, Çin, Avstriyaliyanı göstərmək olar. Birinci Avropa Oyunları Azərbaycanı bir daha böyük tamaşaçı auditoriyasına, dünya ictimaiyyətinə təqdim etmək üçün gözəl şansdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kişilərin ata olmaq şansını azaldan faktorlar
Ona səbəb göstərin!
Lampalar bizi izləyəcək
Namazdan sonra hansı duaları oxumaq lazımdır?
3 milyonluq marka
Günün ulduz falı - 16.12.2013
Rusiyada qazın qiyməti qalxdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
Koronavirusa qarşı təbii vasitə aşkarlanıb
Hava necə olacaq?
Saakaşvili Ukraynanın baş naziri olacaq
Məşhur aktrisanın övladı tələf oldu
Gül formalı ananas (foto resept)
“Qarabağın məşhur müəllimləri” – Xudu Məmmədov
Qadın güləşçilərimiz 7 medal qazandı
HAVA necə olacaq?- 24 MART
Gələn ildən xəz dəri satışı QADAДћAN OLUNACAQ
Mikroskop altında böyüdülmüş 20 görüntü
İllər sonra eyni seriala çəkildilər
Abituriyentlər üçün bəd xəbər?
İsveçrənin əyaləti hicabı yasaqladı
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Alınmış biletlərin əvəzinə yenisi verilə bilər - RƏSMİ
İrandan şok açıqlama
Şirkətimiz reytinqdə birincidir
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
"Körpə gəzintidə" filmi gerçək oldu
Bu günün tarixi (03.09.2014)
HAVA necə olacaq?- 6 APREL
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Sürətlə şığıyan Ford Mustang - FOTO
HAVA necə olacaq?-17 Sentyabr
Sevimli salat (foto resept)
Prezidentdən yeni təyinatlar
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Türkiyə sənətkarlarının tarixi şəkilləri
700 manata da buket varmış - FOTO
Girovlarla bağlı bəyanat
Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı
Ötən ilin ən yaxşı smartfonu açıqlandı
5-dən çox uşağı olan ailələrə müavinət veriləcək
70-ci illərdə saç və geyim tərzi
Azərbaycanın adı dünyaca məşhur serialda
Kələm salatı (foto resept)
Oskar mərasimindən ən yadda qalan geyimlər
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Azərbaycanda dərmanlar bahalaşır?















- ŞƏRHLƏR