
Rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi ilə bağlı şagirdlər arasında elan edilən müsabiqənin qalibləri elan edilib.
ANS PRESS-in məlumatına görə, Bakının 39 saylı məktəbində elan edilmiş müsabiqəyə bu gün yekun vurulub. Hadisə ilə bağlı xüsusi tədbir keçirilib. Bu çərçivədə məktəbin 100 şagirdi Metro Park ticarət mərkəzində filmə baxıb. Daha sonra onlar film haqqında təəssüratlarını əks etdirən şeir və inşalarını təqdim ediblər. Yekun olaraq onların içərisindən 3 qalib seçilib.
Daha sonra 39 saylı məktəbdə filmin rejissoru Vahid Mustafa Yevlə görüş təşkil edilib. Müsabiqənin qalibləri yazdıqları inşa və şeirləri filmin rejissoru qarşısında yenidən səsləndiriblər. Görüşdə məktəbin şagird və müəllimləri, valideynlər, məktəbin direktoru, həmçinin “Qanlı Yanvar” filmində rol alan aktyorlar iştirak ediblər.
Tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək bildirib ki, Vahid Mustafa Yev bu filmlə sübut etdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qanı ilə əldə edib. “Vahid Mustafa Yev qardaşı Çingiz Mustafayevin yolunu davam etdirir. Bu film sübut edir ki, Azərbaycanın müstəqilliyi təsadüfi deyil. Bu müstəqilliyi Azərbaycan xalqı qanı ilə qazanıb”.
Çıxışının sonunda məktəb direktor rejissor Vahid Mustafa Yevə “Vətənpərvərlik ideyalarının təbliğinə görə” mükafat verib. Daha sonra müsabiqənin qalibləri – 10-cu sinif şagirdləri Fərid Müslümov və Aytən Şirinova, 11-ci sinif şagirdi İsaxanova Günel yazdıqları inşa və şeirləri səsləndiriblər. Qaliblərin çıxışından sonra yuxarı sinif şagirdləri hazırladıqları rəqs nömrələrini təqdim ediblər.
Daha sonra Vahid Mustafa Yev və filmin aktyorları şagirdlərin suallarını cavablandırıblar. Vahid Mustafa Yev bildirib ki, filmi çəkərkən əsas məqsədi mükafat qazanmaq olmayıb: “Bizim məqsədimiz odur ki, uşaqlar çatdırmaq istəyimiz mesajlarımızı alsınlar. Məqsədimiz sizə xidmət etməkdir”.
Film haqqında suallara cavab verərkən o həmçinin bildirib ki, filmi anası Naxış xanıma həsr edib. “Mən bu filmi anama həsr etmişəm. Çünki mənim anam mənim vətənimdir, ana mənim üçün güclü olmaq, mübarizə aparmaq deməkdir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bakıda "Tusi" dərdə düşüb
Pendirli peçenye (foto resept)
Milli valyuta möhkəmlənməkdə davam edir
Oğurluq edən uşaq anasını axtarar
Sən qatilsən. Anam deyilsən
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Lavaş incə məsələdir
Bu gün əvvəlki illərin məzunları imtahan verir
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
Daha bir dərman preparatının satışına QADAДћA
Ballı-qozlu tort (foto resept)
“Euronews” Bakıdan reportaj hazırladı
Orucun tibbi faydaları
"Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr bəzən din adından sui-istifadə edirlər"
Nebahat Çehre ağır xəstəlikdən əziyyət çəkir
Sevdiyinizin narsist olduğunu göstərən xüsusiyyətlər
Telefon abonentlərinə xoş xəbər
Azərbaycan dili - XVI dərs
Sizi yoran bir də bilirsiniz nədir?
Faciədən 30 il keçir...
Qəhvə haqqında hər şey
Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər
Alişan və Buse yeni FOTO paylaşdı
Uşaqlarda yaddaşı və zehni inkişafı artırmağın yolları
Sehirli Unicorn trendi
Şəkinin giriş-çıxışına polis postu quruldu
Qərbə getmək asanlaşdı
Cenniferin və Kortni Koksun olduğu təyyarə qəza enişi etdi-FOTO
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Toy tortları (2)
Leyla Əliyeva "Bahar sevincləri" sərgisində-FOTO
12 günlük evlilik QALMAQALI Boşanma ilə Nəticələndi-FOTO
Yeni ildə spirtli içkilərin SATIŞINA QADAДћA
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Tokyonun ən qəribə 5 restoranı
Gizem Karaca qovuldu-SƏBƏB
Naomi məhkəməlik oldu- 3 milyon borc
Sürətlə arıqlamaq üçün 3 SADƏ QAYDA
Qəribə yeni il adətləri
Pensiyaçılara ŞAD XƏBƏR
Bankomat 10 dollar əvəzinə 100 dollarlar verdi-FOTO
Uğur Ebru Şalıya bu cür dəstək verdi_FOTO
Oruc tutanların DİQQƏTİNƏ: mütəxəssislər XƏBƏRDARLIQ EDİR
Bu ailə evdə nəhəng öküz saxlayır
Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri siyahısında
Trampın qızının geyimi olay oldu: Məscidə belə gəldi - FOTO
İranda zəlzələ olub
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Günün ulduz falı
Barışdıqdan sonra ilk dəfə-FOTO















- ŞƏRHLƏR