Qadin.Net bildirir ki, “Bank of America” bankının Hyuston şəhərindəki (Texas ştatı) bankomat bir neçə saat ərzində 10 dollarlıq əsginaslar əvəzinə 100 dollarlıq əsginas verib. Bu hadisə bankomat sistemində nasazlıq nəticəsində baş verib.
Bankın müştərilərindən biri gözləmədiyi halda 20 dollarlıq əsginas əvəzinə 100 dollarlıq əsginas alıb.
Həmin müştəri sosial şəbəkələr vasitəsilə bu barədə öz dostlarına da məlumat verib və bu xəbər sürətlə yayılıb.
Nəticədə bankomatın texniki səhvi hesabına varlanmaq istəyən onlarca insan bankomatın yanında toplaşıb.
Bankomatdan pul çıxarılması bir neçə saat davam edib. Nəhayət, polislər bunu görüb, bankomatı mühasirəyə alıblar.
Ertəsi gün “Bank of America” bankının filialının müdiriyyəti bəyanatla çıxış edərək bankomatın bu cür işləməsinin səbəbini izah edib. Məlum olub ki, müştərilərdən biri 10 dollar nağd depozit əvəzinə bankomata 100 dollarlıq əsginas daxil edib.
Bu səhv nəticəsində sistemdə nasazlıq yaranıb və bankomat xırda əsginaslar əvəzinə iri əsginaslar verməyə başlayıb.
Bankın müdiriyyəti bildirib ki, böyük əsginaslar çıxarmış müştərilər bu pulları özlərinə saxlaya bilər, çünki səhv bankın ucbatından baş verib. Lakin dairə polis serjantı Harris deyib:
“Əgər siz özünüzə məxsus olmayan pulları almısınızsa və onları qaytarmaqdan imtina edirsinizsə, dairə prokurorunun mülahizəsinə əsasən, sizi oğurluq törətməkdə ittiham edə bilərlər”.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
