"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaq. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçib. Mənə göstərilən qonaqpərvərlik heç mənim yadımdan çıxmaz. Hesab edirəm ki, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır". Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.
Prezident deyib ki, bu gün onlar ikitərəfli əlaqələrin müxtəlif sahələrini geniş şəkildə müzakirə ediblər: "Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələri genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir".Prezident əlavə edib ki, bu gün regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar: "Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illərdir bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib, əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə işğal davam edir". Prezident qeyd edib ki, bu işğal və etnik təmizləmə nəticəsində 1 miyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır".Dövlət başçısı xatırladıb ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib: "BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər. Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir, burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir və bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Soğanın faydaları
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
Şahzadə üçün super avtomobil hazırlanıb
Qeyri-adi dekorasiyalar
Vilmanın yoldaşı və qayınanası həbs olundu-SƏBƏB
Miqrantlar üçün ən yaxşı ölkələr
Koronavirusa qarşı immuniteti zəiflədən amil müəyyən edildi
2018-ci ilin trend rəngi: Qırmızı
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
ABŞ-da iğtişaşlar başladı
Polislərdən gedişhaqqı alınsın! - "Baku Bus"dan göstəriş
Bisküvit tortu (foto resept)
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Azərbaycanda zəlzələ oldu
Meqan Markl artıq bahalı geyimlər almır
Uçan avtomobil
Məşhur aktyorun dişi rekord məbləğə satıldı
"Facebook"da çoxdan gözlənilən YENİLİK
Manatın aqibəti necə olacaq?
Tərəvəzli qovurma (foto-resept)
Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq
Dəbdəbəli platformlar
“Haber Global” Kəlbəcərin incisi Xudavəngdə - VİDEOREPORTAJ
Qatarlarda təhlükəsizlik tədbirləri gücləndirilib
Üzüyün fəlsəfəsi...
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (3)
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır
"Qalatasaray" Burak Yılmazı satmaq istəyir
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Şokoladlı yeni il keksləri (foto-resept)
JLo gözəllik sirrini AÇIQLADI
Afrika vahid valyutaya keçir
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
Stiven Siqal Bakıdadır
İmicini dəyişən aktrisanı tanımaq olmadı
"Bürc Xəlifə" buludların arasında
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Selena Gomez Justin Biberə mahnı həsr etdi-VİDEO
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
Xurmanın bilinməyən faydaları
Azərbaycanlıların SMS-siz gələcəyi
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
Qeyri-adi heykəllər
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Azərbaycanda şaxta olacaq
Azərbaycanda havanın temperaturu 25 dərəcəyə kimi yüksələcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]