Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibəti ilə tibb müəssisəsində tədbir keçirilib.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları hospitalın həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycan dövlətinin banisinin əziz xatirəsini yad ediblər.
Bu əlamətdar gün münasibəti ilə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan ətraflı danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.
"Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtı ilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır", sözləri artıq reallığa çevrilib", - deyə general-mayor N.Əliyev bildirib.
Qeyd olunub ki, hərbi qulluqçuların istifadəsinə verilən hərbi tibb müəssisəsi o dövr üçün postsovet məkanında analoqu olmayan idi. Əlamətdar haldır ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib.
Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə koprusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan cənab İlham Əliyevin xeyir-duası ilə hərbi qulluqçuların istifadəsinə verilib.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına qayğı göstərir.
Sonra hospitalın təcrübəli tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə hospitalın şəxsi heyətini təbrik ediblər.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə "çavuş" hərbi rütbəsi verilib.
Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Facebook" səhmdarları Mark Zukerberqi məhkəməyə verdilər
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Dünyanın ən böyük qar və buz festivalı-FOTO
Ahmet Kuralın son halı bəyənilmədi-FOTO
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Şirələrin faydaları
Vişnəli kisel(foto resept)
Şakira karantindən sonra ilk dəfə-FOTO
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Teflon örtüyü olan qablarda təhlükə
Murad Dalkılıç və Hande Erçelin görüntüləri izləyiciləri sevindirdi-VİDEO
Nanotexnologiyalar nədir?
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Günün ulduz falı
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
100 manat cərimə və 15 sutka həbs - Xəbəriniz olsun
Romantik filmlər
Plastik pəncərə seçənlər diqqətli olsun
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
iPhone üçüe Skype yenidən hazırlanacaq
Zəifləmiş saçlar üçün avokado maskası
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Hicablı xanımlar üçün qış geyimləri
Damarları təmizləməyin ən sadə
"Gilas mövsümü"nün baş qəhrəmanları evlənir-FOTO
Bergüzar Korel gözəlliyi ilə hər kəsi heyran etdi-FOTO
Küftəli tərəvəz şorbası (foto resept)
Azərbaycanda yeni televiziya yaradıldı
Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu
Aleyna Tilkinin bacısı aktrisalığa başladı-FOTO
BlackBerry ucuz smartfon göstərdi
Yanan binadan 4 nəfəri xilas edən polis
Azərbaycanda bu il nə qədər yol çəkilib?
İsti havaların hamilə qadınlara təsiri
Koreya piroqu (foto resept)
88 kq arıqlayan qadın heyrətləndirir
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Yay fəslinin ən dəbli rəngi
Fondan (foto resept)
Kəsmikli alma piroqu(foto resept)
Allahın adlarını insana qoymaq olar?
Atatürk Azərbaycan səhnəsində
Dəniz suyunun faydaları
Rəngarəng don modelləri
Gedişhaqqı açıqlaması
İpoteka ilə bağlı XƏBƏRDARLIQ
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Üzünüzün formasına görə uyğun qaş forması necə olmalıdır?
Növbəti qışda daha sağlam olaq!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]