Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Meyvə qurusu daha faydalıdır
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Saçlar üçün maskalar
Qocalma hormonu genlərin nəzarətindədir
Uşaqların sosial-psixoloji inkişafı-17
İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi
Günün ulduz falı
Kişiləri evlilikdən uzaqlaşdıran səbəblər
HAVA necə olacaq?
Hamısına cəmi bir kart!
Hava haqqında
Sadə sirniyyat (foto resept)
Özünüzü yuxularınızla tanıyın: qırmızı enerjili, güclü insanların rəngidir...
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Tibbdə İNQİLAB
Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq
Tələbələrin ixtiraları
MƏHƏBBƏT HAQQINDA
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Tatarların sürgünü soyqırım kimi tanındı
Bu gün Bakının iki rayonu qazsız qalacaq
Yağış yağacaq - Sabahın HAVASI
Yataq örtükləri
Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi
Üzüyünü xəstəxana xərclərini ödəmək üçün satdı-FOTO
Zəifləmiş saçlar üçün maska
Silahlı Qüvvələrimiz erməni mövqelərinə 140 atəş zərbəsi endirib
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
İlham Əliyev OPEC-lə zarafat etdi
Sobada toyuq (foto resept)
Azərbaycanda karantin rejimi dekabrın 28-dək uzadıldı - RƏSMİ
Erməni saytları dağıdıldı
Ordumuz ermənilərə daha bir zərbə
İlham Əliyevin doğum günüdür!
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Dəri quruluğunu önləyin
Vatsapdan YENİLİK
HAVA necə olacaq?-30 Oktyabr
Ancelina Colinin oxşarı-FOTO
Pakistanda Azərbaycanla bağlı sərgi
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Kağız halva - 13 (son)
iPhone 7 necə olacaq?
Mobil telefonunuz enerji yığarkən diqqət!
İspan dili 3-cü dərs
Məşhur aktrisa ana oldu-FOTO
Saçaqlı geyimin tikilişi
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
- ŞƏRHLƏR