Əmək və əhalinin sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, nazir Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkəmizin sabit makroiqtisadi inkişaf tempinin 2014-cü ildə uğurla qorunub saxlanıldığını vurğulayıb:
“Respublika hökumətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməyib. İqtisadiyyatın 2,8 faiz, xüsusən qeyri-neft sektorunun 7 faiz artması, iqtisadiyyata 27 milyard dollar investisiyanın yatırılması, 123 mindən çox yeni iş yerinin yaradılması və işsizliyin 4,9 faizə enməsi ölkəmizin ötən il əldə etdiyi mühüm nailiyyətlərdir. Bunlar, eləcə də əhalinin pul gəlirlərinin 1,4 faizlik inflyasiyanı üç dəfədən çox üstələməklə 4,8 faiz artması ümumən dünya miqyasında ən uğurlu göstəricilər kimi diqqəti cəlb edir”.
Ötən il də dövlət siyasətində sosialyönümlülük kursuna üstünlük verildiyini bildirən nazir həmin dövrdə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsini bunun növbəti bariz təzahürü kimi qeyd edib: “Keçən il ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Ümumilikdə hesabat dövründə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunub”.
S.Müslümov əlavə edib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən, hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub: “Eyni zamanda, keçən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kayli Cenner hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yeni ili evdə keçirmək istəyənlər üçün filmlər
Messi üçüncü övladının fotosunu paylaşdı
"Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq"
Təhsil Nazirliyindən kəsiri olan tələbələrin təqaüdləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Fahriye Evcen inanılmaz dərəcədə kökəldi – FOTO
Üzgüçülüyün faydaları
PKK Ankaranı hədələdi
Məşhur döyüşçü dünyasını dəyişdi
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Burun plastikası
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
"Ağıllı saat" da çıxdı
Xocalıda öldürülən 63 uşağın xatirəsi əbədiləşdirildi - FOTOLAR
Kirpik tökülməsinin səbəbləri
Ailəliklə oynaya biləcəyiniz 3 oyun
Gəncə də ağ örpəyə büründü
Evdə hazırlanan bədən spreyi
Hadise rəqs edib "instagram"da paylaşdı
Yaşıl pomidor salatı (foto-resept)
Snayder 2 milyon bağışladı-FOTO
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Boyunuza görə uzun don modelləri
"Araz Kursları" bağlandı
Gəlinciklərinə 200 min dollar xərclədi
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
Daha bir boksçumuz Rio-ya vəsiqə qazandı
68 kq arıqladı -FOTO
Çiçəkli yataq üzləri
HAVA necə olacaq?-11 Noyabr
Məşhur model ölümdən döndü-silikonu PARTLADI-FOTO
Azərbaycanda təhlükəsizlik standartlarında yenilik
Zəncəfilli krab (foto resept)
On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirib - FOTO
İrem Dericiyə QADAДћA Qoyuldu-SƏBƏB
İkibaşlı buzov doğuldu
Yataq örtüyü modelləri
Uşaq şəhərlərarası avtobusu idarə etdi - VİDEO
“Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək” - AÇIQLAMA
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Seçkin Özdemir nişanlısını təəccübləndirdi-FOTO
Soçi piroqu (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 7 MART
Bahar Muradovadan qadınlarla bağlı ÇAĞIRIŞ - VİDEO
2014-cü ilin dəbli gəlinlikləri
Rusiya yenidən saatı çəkir















- ŞƏRHLƏR