Adil Qeybulla: “İnsanlar hava dəyişikliyini nəzərə alaraq yeməklərinə və geyimlərinə diqqət etməlidirlər”
Soyuqların düşməsi ilə bir sıra xəstəliklər də baş qaldırıb. Hazırda bu, həm uşaqlar, həm də böyüklər arasında özünü göstərir. Xəstəliklər ilk olaraq boğazda qıcıqlanma, boğaz ağrısı, yüksək hərarətlə müşahidə edilir. Müalicə tətbiq edilmədiyi halda, xəstənin vəziyyəti daha da pisləşə bilir.
Xüsusən ürək qan-damar sistemi, ağciyər xəstəlikləri olanlar bu dövrü daha ağır formada keçirirlər. Yayda meyvə-tərəvəz bol olduğundan, immunitetimizi gücləndiririk və bununla viruslara qalib gəlirik. Qışda isə immunitet zəiflədiyindən, başda qrip olmaqla bir çox infeksion xəstəliklər baş qaldırır.
Ən çox qarşılaşdığımız və soyuqdəymə kimi qəbul etdiyimiz xəstəliyin isə mütəxəssislərə görə, 200-dən artıq əlamətləri var. Burun axması, boğaz ağrısı, qoxu və dad bilmə hissinin azalması, halsızlıq, hərarətin qalxması, hətta göz qızarması ilə başlayan xəstəlik tənəffüs yolu ilə yoluxsa da, yoluxmanın ən önəmli səbəblərindən biri çirkli əllərdir. Ağız və burun suyunun bulaşdığı əllərlə başqaları ilə və ya əşyalarla təmas nəticəsində mikrob asanlıqla yayıla bilir.
Qripin ilkin əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrətmə sayılır. Qısa müddətdən sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq da bura əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən də artıq davam edə bilər. Qrip zamanı orqanizmdəki digər xəstəliklər də baş qaldıra bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, hazırda insanlar arasında yayılan soyuqdəymə əlamətləri qripə bənzəsə də, bu, qrip deyil: “Hazırda yayılan virus qrip deyil. Çünki qrip yayılan zaman Ümumdünya Səhiyyə Təşkilatının raportu olur. Yuxarı tənəffüs yollarının epidemiyasına gəlincə, bu qrip əlamətləri - öskürək, qızdırma, yuxarı tənəffüs yollarının katarı ilə keçir. Bu da soyuqdəymə xəstəlikləri adlanır. Sovet dövründə bu cür xəstəlikləri kəskin respirator xəstəlikləri adı altında birləşdirirdilər və sahə həkimləri də xəstələrə diaqnoz qoyurdular ki, bu cür hallarda kəskin respirator diaqnozu ilə onlara bülleten verirdi. Yəni əslində yuxarı tənəffüs yollarında parazitlik edən çoxlu mikroorqanizmlər var. Bunlar adi halda, soyuqdəymədə, immun sisteminin zəifləməsində baş qaldırır və iltihabi proseslər törədir. Həm də artıq fəallaşmış bu mikroblar yoluxucu olur. Yəni birindən digərinə keçərək onda da bu halları törədə bilir. Qış boyu qrip adlandırdığımız, əksər hallarda bu cür bir-birinə yoluxan soyuqdəymə xəstəlikləri bundan ibarətdir”.
A.Qeybulla hazırda əksəriyyət insanın əziyyət çəkdiyi soyuqdəymədən necə qorunmaq lazım olduğunu da bildirdi. Professor insanların ilk öncə yeməyə və geyimə diqqət etmələrinin vacibliyini vurğuladı:
“İnsanlar hava dəyişikliyini nəzərə alaraq yeməklərinə və geyimlərinə diqqət etməlidirlər.
Bəzən görürük ki, gün çıxır və nazik geyinirik. Bu da soyuqdəymə və toxumaların immunitetinin zəifləməsi, həmin mikrobların oradakı fəallaşmasına və toxumaların baryer funksiyasını pozaraq xəstəlik törətməsinə gətirib çıxarır. Hesab edirəm ki, vitaminlərlə zəngin qidaların qəbulu, qış vaxtı adekvat geyinmək, uzun müddət soyuqda qalmamaqla soyuqdəymədən mümkün qədər qorumaq və onun qarşısını almaq olar. Həmçinin artıq soyuqdəyməyə yoluxmuş şəxslərlə təmasda olmaqdan da qaçmaq lazımdır. Bunun üçün qoruyucu maskalardan istifadə etmək lazımdır.
Artıq soyuqdəyməyə yoluxan şəxsləri də yaxşı olar ki, işlədiyi yerdən müalicə alana qədər azad etsinlər. Çünki bu şəxslər yataq rejimində daha tez sağala bilərlər. Soyuqdəyməyə yoluxan şəxslər ev şəraitində çoxlu maye qəbul etməli, mürəbbəli çay içməlidirlər. Xalq təbabətinin də imkanlarından istifadə etmək olar. Həkim müalicəsi də olmalıdır. Həkim müalicəsi isə orqanizmi möhkəmləndirən vitaminlərdən ibarətdir”.
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
FİFA-da korrupsiya qalmaqalı
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
Bakının bu yolları dünyada fərqlənəcək
Manatın məzənnəsində ciddi dəyişiklik
Anamın ətli sırdağı (foto resept)
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Rus dili - Р—Р·
"WhatsApp"a çox pis xəbər
Ermənilərə şərt qoyuldu
Qəhvə içmək ölüm riskini azaldır
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Havanı təmizləmək üçün məsləhətlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Hansı ləkə necə çixar?
Smartfonları başqa cür "yemləyəcəklər"
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Qaraciyər yağlanmasının səbəbləri
Müəllimlər imtahan verəcək
Güləşçilərimiz yenə birincidir
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
FİFA prezidenti istefa verdi
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Dünyanın ən böyük avto şousu başladı
Günün qoroskopu:Uğurlu gündür!
İstirahət gününün HAVAsı
Sevgililər günü üçün hədiyyələr
Məşhurların sevdiyi yoqa
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Bu şüşə iPhone-u qoruyacaq
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Saqqız çeynəmək olarmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Dəbli qısaboğazlı çəkmə modelləri
- ŞƏRHLƏR