Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.ANS PRESS-in məlumatına görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Opal haqqında
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Bulud şirniyyatı (foto resept)
Nazirlik yoluxanların evdə müalicə prosesini açıqladı
Öskürəyi kəsən çaylar
Pərəstişkarları Mustafa Cecelilin yananını aşkarladılar -FOTO
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Süni beyin yaradıldı
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Yay makiyajı necə edilməlidir
Bu gün 36.613 şagird imtahan verəcək
İrem Sak Kvançı təriflədi
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Günün ulduz falı
Hava şarında rekord vurdular
Yıldız Tilbenin SİRRİ məlum oldu-FOTO
Google yeni şirkət aldı
Hava haqqında - 18.08.2013
Azərbaycanda 4 universitetin rektoru dəyişəcək
TV-yə baxmaqdan yaranan QORXULU XƏSTƏLİK
Evdə idman etməyin faydaları
Azərbaycan təhsilində YENİLİK olacaq
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Obama bunu edən ilk prezident oldu
Çiyələkli tort(foto resept)
Eyni yaşda fərqli görünən məşhurlar
Koronavirusa görə səhnəyə nəhəng balonda çıxdı - VİDEO
Gözəllik məhsulları dünən və bu gün
Ərdoğan qondarma “soyqırımı” barədə ABŞ-a xəbərdarlıq etdi
Bəzəkli lampalar
Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir
Küsülü prezidentlər barışdı
Hadisə fanatını həbs etdirdi
Şuşanın işğalından bir neçə saat əvvəl...
Messi daha bir rekorda imza atdı
Qışın sərtliyi
Nilufər 63 yaşını qeyd etdi-FOTO
İtaliya çempionatı: "Yuventus" "Napoli" matçının nöqtəsini Poqba qoydu
Acunun Şeymaya ödəyəcəyi alimentin məbləği MƏLUM OLDU
Bakıda ən qorxulu yerlər
Günün ulduz falı
HAVA necə olacaq?
Məktəblərdə VİRUS TƏHLÜKƏSİ - Şagirdlər özlərini necə qorumalıdır?
75 yaşlı məşhur gözəllik sirrini AÇIQLADI
Günün ulduz falı
Dünyanın ən bahalı akvarium balıqları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]