Ailəsi ilə birlikdə Rusiyada yaşayan yaxın qohumum Niyaz Allahverdiyevlə bu günlərdə söhbət zamanı maraqlı bir fakt diqqətimi çəkdi. O, bildirirdi ki, Rusiyada işləyərək pul qazanan, həmin pulla Bakıda ev alan bir neçə dost-tanışı son vaxtlar bu daşınmaz əmlakları təcili satdırıb Moskvada ev almağa üstünlük veriblər. Buna səbəb isə Qərbin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi, nəticədə rublun dəyərdən düşməsi ilə paralel olaraq, Moskvada da mənzillərin qiymətinin yarıbayarı aşağı düşməsidir.
Söylənilənlərin əsaslı olub-olmamasını öyrənmək üçün Rusiyanın mərkəzində araşdırma aparmaq imkanım olmadığından paytaxt Bakıdakı bir neçə ev alqı-satqı məntəqəsinə baş çəkdim. Nəsimi rayonu, 20 Yanvar küçəsindəki ofislərin birində on ildən artıqdır makler kimi fəaliyyət göstərən Elbrus Bayramov son vaxtlar beşmərtəbə binalarda mənzillərin qiymətində 3-5 min dollar arasında azalma müşahidə olunduğunu söylədi. O, da Rusiyada yaşayan azərbaycanlıların Bakıdakı mənzillərini satdırması hallarının olduğunu qeyd etdi. Bildirdi ki, son 2-3 həftəyə qədər həmyerlilərimizdən Bakıdakı mənzilini satdıran, pulunu Rusiyaya aparanlar çox olub: “Əvvəllər Rusiyadakı azərbaycanlılardan çox təkliflər gəlirdi ki, mənim evimi satıb pulunu bura göndərin. Belə təkliflər əvvəlki illərdə də olurdu. Xüsusən son 3-4 ay ərzində isə belə təkliflər daha da artmışdı. Amma 2-3 həftədir mənzil bazarında alver səngiyib. Ev satan çox olsa da alıcı qıtlığı yaşanır. Ona görə də indi Nəsimi rayonundakı mikrorayon ərazilərində 5 mərtəbəli binalarda olan təmirsiz və orta təmirli mənzillərin 1 otaqlısının qiyməti 60-65 min, 2 otaqlı 80-85 min, 3 otaqlı 100 min dollardan yuxarıdır. Əvvəllər isə qiymətlər bundan 3-5 min dollar baha idi”.
Paytaxtın Nərimanov, Binəqədi, Yasamal rayonu ərazilərindəki ev alqı-satqı ofislərində həmsöhbət olduğumuz maklerlər Qurban Namazov, Sənubər Mehralıyeva, Tərlan Salmanov da mənzil bazarındakı durğunluqdan gileyləndilər. Ancaq onlar da Rusiyadakı həmvətənlərimizin Bakıdakı mənzillərini satışa çıxarması faktlarını təsdiqlədilər. Qeyd etdilər ki, son bir aya qədər çoxsaylı belə təkliflər alıblar.
“MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimovisə mövzu ilə əlaqədar “kaspi”yə verdiyi açıqlamada bildirdi ki, hazırda Azərbaycanda, eləcə də Bakının daşınmaz əmlak bazarında aktivlik hiss olunmur. O, ev alqı-satqılarında, əqdlərin sayında xeyli azalmalar olduğunu dilə gətirdi. Qeyd etdi ki, 2013-cü illə müqayisədə bu istiqamətdə əmlak bazarında haradasa 33 faizə yaxın azalma var. Ekspertin sözlərinə görə, xüsusən də 2014-cü ilin ikinci yarısından etibarən bu sahədə sürətli azalmalar müşahidə olunmağa başlayıb: “Azalmalara birinci səbəb bazarda pul kütləsinin həcminin azalmasıdır. Çünki pul kütləsinin bir hissəsi ölkə vətəndaşlarının, bir hissəsi isə xaricdə yaşayan azərbaycanlıların gəlirlərinin artması hesabına formalaşırdı. Hazırda ölkə vətəndaşlarının gəlirlərində azalma müşahidə olmasa da, xaricdə yaşayan vətəndaşlarımızın gəlirlərində azalma özünü göstərməyə başlayıb. Ən çox da Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcmində azalmalar müşahidə edilib. Pul kütləsinin həcminin azalması da son nəticədə daxili bazara pul kütləsi yatırımlarını azaldıb. İkinci səbəb, insanların gözləntiləri, psixoloji amillərlə əlaqədardır. İlin ikinci yarısından qiymətlərdəki azalma, eləcə də Rusiyanın milli valyutası olan rublun dəyərinin aşağı düşməsi insanlara psixoloji təsir göstərib. İnsanlar belə vəziyyətdə daha çox gözləmə mövqeyinə çəkiliblər. Baş verən hadisələrin sonunun necə qurtaracağını gözləyirlər. Əllərində olan son vəsaiti xərcləməməyə çalışırlar. Üçüncü səbəb isə 2013-14-cü ilin birinci yarısından qiymətlərin həddən artıq şişməsidir. Bu amil də insanların alıcılıq qabiliyyətinə təsir edib. İnsanlar bir növ bu bazardan küsüblər, qiymətlərin nə zamansa düşəcəyini gözləyirlər. Sadalanan faktorlar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsinə səbəb olub”.
N.İbrahimov Rusiya ərazisində yaşayan, orada işləyən vətəndaşlarımızın ötən ilin oktyabr-noyabr aylarında Bakıdakı daşınmaz əmlaklarını satdırıb Moskva və ətraf ərazilərdə mənzil almağa üstünlük verdiklərini də dilə gətirdi. Bildirdi ki, 2014-cü ilin dekabr ayından bu proses də səngiməyə başlayıb. Onun fikrincə, buna səbəb Rusiya əmlak bazarında qiymətlərə “korrektə”lərin edilməsidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR