
Son günlər belə bir sual tez-tez səslənir: Azərbaycanda insanlar əllərində olan dolları, rus rublunu nə etsinlər? Rusiya iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatına da bu və digər mənada təsirinin olacağı şübhəsizdir. İndi əsas proseslər dollar-rubl mübarizəsi ətrafında cərəyan edir. Rublun bir neçə günün içində sürətlə qiymətdən düşməsi Rusiya ilə iqtisadi əlaqələri olan ölkələrə də təsirsiz ötüşmür.
Bəs Azərbaycanda insanlar əllərində olan rublu, dolları nə etsinlər? Onları daşınar-daşınmaz əmlaka yönəltsinlər, yoxsa digər valyutalara çevirsinlər?
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rusiya Mərkəzi Bankı bazara müdaxilə edib və dolların kursu bir az düşüb. Ekspert hesab edir ki, dolların kursunun yenidən yüksəlməsi gözləniləndir: “Nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə - gələn ilin 1-ci rübündə Rusiya şirkətləri xarici banklara 40 milyard dollara yaxın borc qaytarmalıdırlar. Sanksiyalar da imkan vermir ki, bunun üçün xarici banklardan, donorlardan borc alsınlar, ümid qalıb borcun daxili imkanlar hesabına qaytarılmasına. Bu isə dolların kursunun yenidən qalxmasına səbəb ola bilər. Bir də ki, neftin qiymətində qeyri-stabillik davam edir. Ona görə də neftin qiymətində gələn il bir az da enmə olsa və Rusiya şirkətləri borc qaytarma sürəcinə keçsə, dolların kursu yenidən yüksələ bilər. Rus rublunda əmanət, yığım saxlayan Azərbaycan vətəndaşları da bunu nəzərə almalıdırlar. Ümumiyyətlə, dolların kursunun dünyanın bütün valyutalarına nisbətdə artacağını proqnozlaşdırmaq mümkündür. Odur ki, ən yaxşı halda dollara keçmək daha məsləhətdir. Amma ümumilikdə götürəndə, yığımı həmişə biovalyuta səbətində saxlamaq məsləhətdir. Bu, o deməkdir ki, əmanətlər yarı dollar, yarı avro ilə saxlanır. Bu iki valyutadan birinin qiyməti enərkən digərininki həmişə qalxır. Bu zaman ən azından itki olmur”.
Digər bir narahatlıq dollarla verilən kreditlərlə bağlıdır. Bir sıra banklar kreditləri dollarla verirlər ki, bu da indiki halda həmin valyuta ilə kredit götürən vətəndaşlar üçün narahatlıq yaradır. Ekspertin sözlərinə görə, yaxın gələcəkdə manatın kursunun stabil olacağını əminliklə söyləmək olar: “Azərbaycanın iqtisadi göstəriciləri, tədiyyə balansı və valyuta ehtiyatları o səviyyədədir ki, manatın kursunu yaxın gələcəkdə stabil saxlamaq mümkündür. Amma neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, tədiyyə balansında problemlər yarana bilər ki, bu da yavaş-yavaş da olsa Mərkəzi Bankı dolların kursunu manata nisbətən daha yuxarı səviyyəyə qaldırmağa məcbur edəcək. Ona görə də əhalinin valyuta ilə olan kreditlərini daha tez bağlaması yaxşı olar. Ümumiyyətlə, milli valyutada kredit götürmək daha məqsədəuyğundur. Ən azından banklara müraciət edib kreditlərini dollardan manata çevirməyə cəhd etməlidirlər. Qanunvericilik buna imkan verir, amma kredit müqavilələrində də bunun əksini tapması lazımdır. Ya da ki, dollarla olan müqavilələri tezliklə bağlayıb yeni manatla olan kreditlər götürsələr, daha yaxşı olar”.
Bir sıra rəylərə görə, artıq Rusiyada gedən proseslərin təsiri Azərbaycanda da özünü göstərməyə başlayıb. “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin məlumatına görə, Bakıda mənzil bazarında ucuzlaşma başlayıb və təkcə noyabr ayında mənzillər təxminən 1% ucuzlaşıb. Bəzi ekspertlər Rusiyadakı hadisələr fonunda belə bir ucuzlaşmanın olacağını əvvəlcədən proqnozlaşdırsalar da, şirkətin prezidenti Nüsrət İbrahimov bildirib ki, bunun səbəbi əmlak bazarında qiymətlərin həddindən çox şişirdilməsidir: “İndi bazardakı qiymətlərə uyğun alıcı olmadığına görə, əmlak ucuzlaşır. Bu tendensiya oktyabr ayında da olub”. Şirkətin məlumatlarına görə, oktyabr və noyabr aylarında Bakıda mənzillərin qiyməti hər ay 0,6% ucuzlaşaraq 1 kvadratmetr üçün 2065 dollara enib (fins.az).
Daşınmaz əmlak bazarını araşdıran Əmlak Ekspert Mərkəzinin məlumatına görə isə noyabr ayında Bakıda mənzillərin qiyməti dəyişməyib. Əvəzində, mənzillərin alqı-satqısı oktyabrla müqayisədə 12-13% azalıb. ƏEM-in direktoru Ramil Osmanlı bunun ipoteka kreditləşməsinin kəskin azalması, dövlət büdcəsində yaranmış kəsirlə əlaqədar söküntü işlərinə ayrılan pulun azalması ilə bağlı olduğunu deyir. Satışların azalmasının digər ciddi səbəbi isə evlərin guya ucuzlaşacağı barədə məlumatların yayılmasıdır: “Bu məlumatlara görə, alıcıların çoxu gözləmə mövqeyini tutur”. Bundan başqa, R.Osmanlının sözlərinə görə, noyabr ayında qeyri-yaşayış sahələrinin qiyməti 3-4% azalıb. Səbəb təklifin artmasıdır.
Bakıda əmlakın ucuzlaşmasına Rusiyada baş verən proseslərin də təsir etdiyini deyən ekspertlərin fikrincə, rublun məzənnəsi zəiflədiyi üçün qonşu ölkədə əmlakın qiyməti aşağı düşüb. Bəzi şəxslər bundan yararlanmaq üçün Bakıdakı əmlakı satıb həmin vəsaitlə Rusiyadan ucuz qiymətə əmlak almağa çalışırlar. Nüsrət İbrahimov deyir ki, Rusiya rublunun ucuzlaşması Azərbaycanın daşınmaz əmlak bazarına ciddi təsir etməyib. Onun sözlərinə görə, rublun məzənnəsinin zəifləməsi qonşu ölkədə əmlakın qiymətini ani olaraq ucuzlaşdırıb: “Amma bu tendensiya uzun müddət davam etməyib. Çünki son 1 həftədə Rusiyada qiymətlər dollarla göstərilməyə başlayıb. Yəni, əmlak satanlar məzənnə fərqindən ziyana düşməmək üçün artıq rublla alqı-satqı etmirlər. Buna görə də Rusiyada qiymətlər yenidən əvvəlki həddə qayıdıb. Son nəticədə Azərbaycanın daşınmaz əmlak bazarında elə bir dəyişiklik olmayıb”.
Ramil Osmanlı isə deyir ki, Rusiyadakı vəziyyət Azərbaycanın daşınmaz əmlak bazarında təklifin artmasına səbəb olub. Onun sözlərinə görə, son vaxtlar Rusiyada yaşayan, bu ölkədə biznes quran azərbaycanlılar Bakıdakı əmlaklarını, o cümlədən qeyri-yaşayış sahələrini satışa çıxarıblar. Bakıdakı əmlakın satılmasının isə 2 məqsədi var: Rusiyada rublun ucuzlaşması nəticəsində qiyməti aşağı düşmüş daşınmaz əmlaka pul qoymaq və vəsait çatışmazlığı problemini həll etmək, yəni biznesə pul yatırmaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Cazibədar xanımlar üçün donlar
Balıq kotleti (foto resept)
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Keyfiyyətli yuxu üçün düzgün yataq seçimi
Bizim fəlsəfə dünyamız (1)
Neslihanla Engin bir arada-FOTO
Hələ bu cür ad olmamışdı-FOTO
Anası ilə şəklini paylaşdı - sirri ortaya çıxdı
Benzinlə bağlı açıqlama
Rəngarəng keks (foto resept)
Günün ulduz falı
Yeni Təhsil naziri kollektivə təqdim edildi - FOTO
Polis maşınlarının 9 heyrətamiz özəlliyi
Damarları təmizləməyin ən sadə
İlham Əliyev: “Gəncənin raket atəşinə tutulması insanlığa qarşı törədilmiş cinayətdir”
Ermənistanın “əfsanəvi dəstəsinin” beş üzvü məhv edildi
Düşmən Cəbrayılda tarixi abidəni məhv edib - VİDEO
Böyük Vətən Müharibəsi əlillərinin avtomobillərlə təmin olunmasına 3,5 milyon manat ayırdı
Şokoladlı tort (foto resept)
Bakıda yeni tikilən binaların aqibəti necə olacaq?
Qarğıdalılı barbunya (foto resept)
Gözəl ayaqlara sahib olaq
Ana südü uşaqları bundan da qoruyur
Afrika dünyaya ölümcül virus yayır
Göbələk souslu küftə (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 12 APREL
O, Azərbaycan haqqında yalan yayır!
Alman futbolçu islamı qəbul etdi
O dünyanın ƏN VARLI QADINI ola bilər-SƏBƏB
Qəribə geyim və aksesuarlar
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma
İnsanı yavaş-yavaş məhv edən stress
Göz qripinə diqqət etmək lazımdır!
Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın
Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru
Balıq bürcü qadını
Saç uzadan 2 maska
Dünyanın ən amansız diktatoru nüvə sınağına hazırlaşır
Gözəllik ondur, doqquzu dondur
Sabah Su olmayacaq!
Azərbaycan təhsilində yenilik: Orta məktəblər ali məktəblərlə birləşdiriləcək
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Dadlı ad günü tortu (foto resept)
Dünyanın ən hündür binalarından biri Polşada tikiləcək
Bu ayaqlar 40 milyon dollardır
Günün qoroskopu: daxili səsinizi dinləyin
"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı
Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
HAVA necə olacaq? 17 İyun
Saç düzümləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]