Marketlərdə saxta düyülərin satılması ilə bağlı xəbərlər yayılıb. Məlum olub ki, belə düyülərin əksəriyyəti təbii yolla yetişdirilmir. Biz də bazarımıza bu məhsulların hansı ölkələrdən gətirildiyini və qiymətini öyrənmək üçün bir neçə marketə baş çəkdik.
Araşdırmamız zamanı bəlli oldu ki, satışda yerli düyülərlə yanaşı, Pakistanda, Hindistanda, Rusiyada və İranda istehsal olunan düyülər satılır. Qiymətlərə gəlincə isə “Tamaşa” düyüsünün 1900 qramlığı 4 manat 39 qəpik, “King risa” 3 manat 59 qəpik, “Muhabbet” düyüsü 4 manat 10 qəpik, “Mümtaz” 4 manat 63 qəpik, “Şahənşah” düyüsü 4 manat 12 qəpiyə idi.
Satıcı Afaq Əliyevanın sözlərinə görə, əhali daha çox yerli düyülərə üstünlük verir. Ancaq Hindistandan gətirilmə düyülərin də alıcılarının az olmadığını deyən satıcı düyülərin saxta olmağı ilə bağlı söhbətləri eşitmədiyini bildirdi: “Ən çox Hindistan düyüsü alınır. Mağazamızda ən bahalı düyü də elə Hindistanındır. Ən ucuz düyü isə yerli düyülərdir”.
Alıcılar isə düyülərin qiymətində cüzi də olsa, artım olmasından gileylənirdilər. Alıcı Şəlalə xanım deyir ki, o həmişə “Tamaşa” düyüsündən istifadə edir, dadından da razıdır: “Adətən yerli düyülər alıram. Bayram qabağı qiymətləri artıracaqlar deyə indidən lazımi ərzaqları alıram”.
Alıcı Şəfa Baxşəliyeva isə Hindistan düyülərinin daha dadlı olduğunu söylədi: “Mən həmişə plovları Hindistan düyüləri ilə bişirirəm. Yerli düyülərdən də istifadə edirəm”.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə qəzetimizə açıqlamasında saxta düyülərin necə əldə edildiyi haqda danışdı: “Saxta düyü əldə etmək üçün digər dənli bitkilərin (qarğıdalı) dəni üyüdülür və sonradan ekstruderlə düyü formasına salınır. Bu yolla əldə edilən düyü orqanizm üçün ziyanlı deyil. Sadəcə olaraq, bəzi orqanizmlər üçün allergik ola bilər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bəzi düyülərin genetik modifikasiya olunmuş (GMO) düyülər olduğunun təsdiq edilmiş bir məsələ olduğunu söylədi: “Sarı və qızılı düyülərin genetik modifikasiya olunması birmənalı şəkildə təsdiq edilmiş bir məsələdir. Xüsusən də Pakistandan gətirilən qızılı düyülər GMO məhsuludur. Bu düyülər insan həyatı üçün təhlükəlidir və gələcəyi məlum olmayan nəticələrə gətirib çıxara bilər. Qanunda var ki, bu tip düyülər ölkəmizə buraxılmamalıdır. Dövlət orqanları bu istiqamətdə iş aparmalıdır. İstehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi, bunu yerinə yetirən dövlət orqanlarının fəaliyyəti həddindən artıq zəifdir. Ona görə də ölkə bazarlarında bu cür təhlükəli mallar çoxdur”.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR