Mançester Universiteti (Böyük Britaniya) alimlərinin iddiasına görə, mobil telefonların elektromaqnit şüalanması insan sağlamlığına heç bir zərər yetirmir. Mövzu ilə bağlı tədqiqatlar “Journal of the Royal Society Interface” jurnalında əksini tapıb.
ANS PRESS-in məlumatına görə, alimlər mobil qurğuların elektromaqnit sahələrinin sonsuzluq, xərçəng, həmçinin uşaqlarda leykemiya xəstəliyinin yaranmasına səbəb olması ilə bağlı ehtimalları yoxlamaq qərarına gəliblər. Hesab edilir ki, bu sahələr insan orqanizmində həyat üçün əhəmiyyətli olan zülalları zədələyir. Həkimlər hər ehtimala qarşı mobil telefonla saatlarla danışmağı məsləhət görmür.
Kimyaçı-alimlər zəif maqnit sahəsinin flavoproteinlərə - sinir sisteminin idarə edilməsi və DNT-nin bərpasında vacib rol oynayan zülallara təsirini öyrəniblər. Aydın olub ki, şüalanma onların fəaliyyətinə heç bir təsir göstərmir.
Məqalə müəlliflərindən biri Naycel Skratton bildirib ki, sözsüz ki, əlavə tədqiqatların aparılmasına ehtiyac var, lakin araşdırmalar mobil telefon və bu kimi qurğuların insan üçün təhlükəsiz olduğunu yetərli qədər qəti şəkildə təsdiq etməyə imkan verir.
Qeyd edək ki, Britaniyanın Əhali Sağlamlığının Mühafizəsi Agentliyinin (səlahiyyətinə ölkə vətəndaşlarının infeksion xəstəliklərdən, zəhər və radiasiyadan qorunması kimi məsələlərin daxil olduğu müstəqil ictimai təşkilat) 2010-cu ildə apardığı tədqiqatlar da mobil telefon, baza stansiyaları və Wi-Fi şəbəkəsinin insan sağlamlığına zərəri haqda heç bir inandırıcı sübut əldə edə bilməmişdir. Buna baxmayaraq, bir çox təşkilatlar tədqiqatların davam etdirilməsinin tərəfdarıdır. Çünki, dəqiq nəticələrin əldə olunması uzun illərin müşahidəsini, araşdırmasını tələb edir.
XƏBƏR LENTİ
Almanlara qalib gəldik
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
3 günə 5 kq arıqladan kartof pəhrizi
"Dovşan" tortu (foto resept)
Həyata keçməyən arzular
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
NASA-dan mühüm açıqlama
700 bal toplayan gəncin istəyi...
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Neftin ucuzlaşması sürətlənib
Los-Anceles sakinləri şokdadırlar
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Aleyna 1 milyon qazandı
Opera-dan zənglər etmək olacaq
Günün qoroskopu: çətinliklərin öhdəsindən gəlmək asan olmayacaq
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
"Uğur sərhəd tanımır"-(Sosial Çarx)
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Dependent (asılı) şəxsiyyət pozuntusu
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Azərbaycanda daha 52 şagirddə koronavirus aşkarlanıb
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?
Bakıda məmur və professorların gözləri qarşısında 40 minlik kəsinti
İllərin izini üzümüzdən silirik
Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi
Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək
Uşaqdakı məsuliyyət hissi nə dərəcədədir
14 kvadrat metrlik mənzil (FOTO)
Badımcan souslu makaron (video-resept)
Qadın sağlamlığı
İstanbula qış səyahəti (II hissə)
Qan şəkərini salan 5 qidalanma səhvi
Ölümə tələsən erkək arılar
Uşaqların yoqaya başlamasının 3 faydası
"Miss Universe" iştirakçılarının milli kostyumları
Çempionlar Liqasının ən çox uduzan baş məşqçiləri
Dilan və Birkan AYRILDI
Balla müalicə üsulları
Pensiyalar artırıldı
9-cu siniflərin NƏZƏRİNƏ!
Bilirsinizmi?
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Skype-ın köhnə versiyası "ölür"
Azərbaycan Türkiyə istehsalı olan yeni maşınlar alır
Cennifer Lopezdən Təcavüz ETİRAFI-FOTO
Rəngarəng çantalar















- ŞƏRHLƏR