
Bu ssenari sizə tanışdır? İşinizi sevir, çoxsaylı layihələrə görə məsuliyyət daşıyırsınız. Son möhlətlər təzyiq göstərməyə davam edir. İş vaxtınız uzundur. Ailənizə və özünüzə vaxt ayıra bilmirsiniz. Məzuniyyətlər və ictimai səfərlər uzaq xatirələrə çevrilib. Yeganə hobbiniz işinizdir.
Cavabınız “hə”dirsə, bu, işqolik olduğunuz mənasına gəlir. İşqoliklər yalnız işləri üçün yaşayır, əlavə vaxtlarını da işlərinə sərf edir və işlərini evlərinə aparırlar. Bir çoxları çalışqanlıqları ilə fərqlənir. Lakin iş yaşama səbəbinə çevriləndə, bu bir qədər ağır hal alır. Bunun isə ictimai, texnoloji və maliyyə səbəbləri var. Bəzi tədqiqatlar insanların 40%-dən çoxunun geri qayıdarkən artıq işini itirmiş olacağı qorxusu ilə məzuniyyətlərə çıxmaqdan imtina etdiyi göstərir. Bundan başqa, bu hal ailələrin dağılmasına, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İşiniz varolma səbəbinizə çevriləndə, düşündüyünüz və sizə xoşbəxtlik gətirən yeganə şey olanda müdaxiləyə ehtiyacınız var deməkdir.
Çox işləməklə, həddindən çox işləməyi qarışdırmaq olmaz. Çalışqan insanlar sərhədlərini müəyyənləşdirməyi və işi şəxsi həyatdan ayırmağı bacarırlar. İşqoliklər üçün isə şəxsi həyat deyilən bir şey yoxdur.
“Bu bəlaya” düşüb-düşmədiyinizi anlamağın ən asan yolu
Yaxşı, bəs insan işqolik olduğunu necə anlaya bilər?
1.İşləmədiyiniz vaxt özünüzü əsəbi və bədbəxt hiss edirsiniz?
2. Özünüzə ayırdığınız boş bir vaxtınız yoxdur?
3. Eviniz də ofis kimidir?
4. Sosial münasibətləriniz get-gedə pozulurmu?
5. Hər işi, hər məsuliyyəti üzərinizə götürürsüz?
6. Daim zamanla yarışa girirsiz?
7. Həm fiziki, həm zehni olaraq daim bir gərginlik hiss edirsizmi?
8. Dostlarınızla, ailənizlə daim müzakirə etdiyiniz mövzu işlərinizlə bağlıdır?
Bu suallara verdiyiniz cavab “hə”dirsə, siz bir işqoliksiniz.
İşqoliklər xəstələnir, həyata küsür və...
İşqolik olmaq nələrə səbəb ola bilər?
Dalğınlıq və yaddaşsızlığa səbəb olur. Diqqəti toplamaq, demək olar ki, qeyri-mümkünə çevrilir.
Xroniki yorğunluğun ən vacib səbəblərindən biridir.
Sosial münasibətlərinizə təxmin etdiyinizdən daha çox ziyan verir.
Boyunda, beldə və kürəkdə davamlı ağrılara səbəb olur.
İnsanda əhvalsızlıq və istəksizlik yaranır.
Yaradıcılığın qarşısını alır.
Həzm və immunitet sistemini çökdürür.
Zehni olaraq performansın aşağı düşməsinə səbəb olur
Baş dönməsi, baş ağrısı kimi şikayətlərə sahib ola bilərsiniz.
İnsan daha əsəbi və dözümsüz olur. Bu, yuxu narahatlıqlarına qədər davam edə bilər.
İşqoliklik dərddirsə, dərmanı da var - sevin, sevilin...
Dərd varsa, dərmanı da var, şübhəsiz ki. Maraqlıdır, bir insan işqolikdirsə, bundan necə xilas ola bilər? Çıxış yolları da aşağıdakı kimidir:
Əsas məsələ qızıl ortanı tapmaqdadır... Öncə iş və özəl həyat arasında sağlam bir tarazlıq qurmaq lazımdır.
Daimi planlar quraraq bu tarazlıqla bağlı ilk addımı atmaq mümkündür.
Hər işi, hər məsuliyyəti üzərinizə götürməyin.
İşqolik olmanızın altında yatan səbəbləri tapın.
İşin xaricindəki vaxtda ağlınıza daim iş düşürsə, bunu dərhal başınızdan atın.
İş xaricindəki vaxtınızı işdən olmayan dostlarınızla, ailənizlə keçirməyə və iş mövzusunu heç açmamağa çalışın.
Başqa mövzulardan danışın, mümkünsə.
Özünüzə hər zaman ən önəmli insanın “siz” olduğunu anladın.
Mütləq özünüzə hobbilər tapın. Bu, idman da ola bilər, kitab da, hər hansı bir kurs da...
Hər şeyin mükəmməl ola bilməyəcəyini və xətalara yol verə biləcəyinizi qəbul edin, bunu həzm etməyə çalışın.
Həftəsonu tətilləri haqqında düşünün. Daha sonra isə uzunmüddətli səfərlər planlaşdırmağa başlayın.
* Könüllük barədə düşünün, başqalarına kömək edin, yeni insanlarla tanış olun.
* Hobbi tapın.
* Gördüyünüz hər bir işin mükəmməl olmalı olduğu düşüncəsindən azad olun.
* Bəzən heç bir şey etmədən dincəlməyin normal olduğunu qəbul edin.
* Bütün bunlar işə yaramırsa, onda professional yardım alın.
İşqoliklik - sayğı duyulası xəstəlik siyahısında imiş...
Amma psixoloqların da bu mövzuda maraqlı araşdırmaları var. Məsələn, onlar hesab edirlər ki, işqoliklik əslində çox işləmək demək deyil. Belə ki, çox çalışmaq bəzi məcburiyyətlərdən irəli gələn bir nəticədir. Çox işləyən insanlar eyni zamanda iş xaricində də sosial həyatlarını qorumağa çalışırlar. İşqoliklər isə normal vaxtlarda belə ediləcək bir sürü iş “tapırlar”. Şərtləri nəzərə alanda çox işləmək, işini sevmək və ya uğurdan zövq almaq yanlış bir şey deyil. Bunun əksinə olaraq, işqoliklər fasiləsiz olaraq iş haqqında düşünürlər. İşləmədikləri vaxt özlərini depressiyada hiss edirlər. Hətta fasilə vermək, səyahətə çıxmaq kimi məsələləri tamamilə siyahıdan çıxarırlar. Hədəfə çatıb, onun zövqünü yaşamaq əvəzinə, hər gün özlərinə yeni hədəflər tapırlar. Əgər siz işqolik birindən “lotoreyadan böyük pul udsan, nə edərsən” soruşsanız, cavabı belə olar ki, o pulla işimə davam edərəm.
“İşqoliklik” bir qayda olaraq, daim işini düşünmək, işinə böyük zaman ayırmaq və özündən gözləniləndən daha çox çalışmaq kimi davranışlarla təsvir olunur. İşqolikliyin işinə bağlı olmaq və ya işini uğurla bitirə bilmək üçün lazım olanda daha çox işləməklə heç bir əlaqəsi yoxdur. Onlar işlərindən başqa heç nə düşünmürlər. Özlərini və həyatlarını işləri ilə bağlı olaraq tamamlayır və hər zaman özlərini işləmək məcburiyyətində hiss edirlər.
Mütəxəssislər deyirlər ki, çox vaxt insanlar həyatdakı həqiqi problemlərlə üzləşməkdən qaçdıqları və ya ailədəki digər işkoliklərə bənzəməyə çalışdıqları üçün işqolik olurlar. Sosial münasibətlərdə çətinlik çəkənləri də çox vaxt iş xilas edir. Bu tiplər yatmağı, oyun oynamağı, səyahət etməyi, qısacası, iş xaricindəki hər işi, fəaliyyəti lazımsız və lüks hesab edirlər. Kanadalı psixoloq Barbara Killinger isə işqolikləri “hörmət ediləsi xəstələr” adlandırıb. Onun fikrincə, mükəmməllikləri onları çox vaxt narsizmə qədər apara bilir.
Bu günə qədər işqoliklərlə bağlı çoxlu sayda araşdırma aparılıb. 2001-ci ildə aparılan və Family Journal jurnalında yayımlanan bir araşdırma işqoliklərin uşaqlarının daha depressiv olduqlarını və valideyn boşluğu hiss etdikləri üçün özlərini yaşlarından xeyli böyük apardıqlarını üzə çıxarıb. 2000-ci ildə “Journal of Family Therapy”də yayımlanan bir başqa araşdırmadan çıxan nəticə isə odur ki, işqoliklərlə evli olan qadınlar digər həmcinslərindən daha çox boşanırlar. 1999-da aparılan və “Sex Roles” jurnalında yayımlanan bir digər araşdırma isə eyni dərəcədə işqolik olan qadınların stress faizi kişilərinkindən daha çoxdur. Buna səbəb isə onların işdən əlavə, ev və uşaqların da qayğısını öz üzərinə götürmələridir.
Bundan ən çox Amerika ziyan çəkir
"İşqolik" sözünün ən çox istifadə edildiyi ölkələrdən biri Amerikadır. Hətta Amerikanın yaşadığı ən önəmli problemlərdən biri kimi dəyərləndirilə bilər. Amerikada işqolikliyin zərərləri fiziki problemlərdən daha çoxdur. Ona görə də son illər Amerikada yaşanan boşanmaların böyük faizi işqolikliyə görə yaşanır.Hətta problem o qədər ciddi səviyyələrə çıxıb ki, ABŞ-da bununla bağlı sosial müdafiə dərnəkləri qurulub, internetdə işqoliklərin qrupları yaradılır. Həyat yoldaşlarının işqolik olmasından şikayətlənən qadın və ya kişilər bu dərnək və ya sosial şəbəkələrdə bir araya gəlirlər. Onlar bu problemdən çıxış yolu axtarmağa çalışırlar. Hətta ABŞ-da işqoliklik alkoqolizm, siqaret və ya narkotik maddə kimi ciddi asılılıq olaraq qəbul edilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mağara divarlarını oyaraq yaşayan Ra
Hindistana gediş-gəliş asanlaşır
Tanımadığımız bitkilər
Dünyadakı çaylar antibiotiklə çirklənib - ALİMLƏRDƏN SOS
Toyuq filesindən zapekanka (foto resept)
Sabahın HAVAsı
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə
Bu şəhərdə necə insanlar yaşayır?
Sentyabrdan xarici dildə dərslər QADAДћAN EDİLƏCƏK-SƏBƏB
Kədəri göstərən illustrasiyalar
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Mel Gibson evlənir
Südlü düyü şorbası (foto resept)
Vitamin çatışmazlığının 3 əlaməti
Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırmağı planlaşdırır
Özcan Dəniz oğlu ilə FOTO paylaşdı
Müjdə: "Bir az gözləyin, sərnişin avtobuslarda yenilik olacaq"
Alişan və Buse körpələrinin cinsini öyrəndilər-FOTO
Virtual Mercedes real olacaq
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
Şeyma Subaşı Ev aldı-FOTO
Övlad valideyninə əl qaldırarsa...
Bir həftə qəsrdə yaşa 5 min dollar qazan
Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri
Ədəbiyyatdan sınaq - 1
Rayonlar və şəhərlərarası hərəkətinə icazə verilən şəxslərin SİYAHISI
Tolgahan oğlunun 12 saatlıq doğumundan danışdı-FOTO
İradəsizlik
Qarabaşaq kotleti (foto-resept)
“Sədərək”dəki sahibkarlar bir müddət icarə pulu ödəməyəcək
Hansı daha vacibdir?
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Hormon testindən nə vaxt keçməli?
Təmizlik zamanı yol verilən səhvlər
Tbilisidə kilsənin həyətində məscid tikiləcək
Bu da 10 milyonuncu uşağın FOTOSU
Sabahdan Novruz tətili başlayır
Kəskin soyuğa hazırlaşın
Aslı Enver və Özcan Deniz İsrailə getdi
B vitamini çatışmazlığı yorğunluq yaradır
Ermənilər Azərbaycan tərəfə niyə keçirlər?
Ədəbiyyatdan sınaq - 2
“Coker” üçün 50 milyon dollarlıq təklif
Cəbhədə Ermənistan ordusu fəallaşıb
Valideynlərə təcili kömək -1
Günün ulduz falı
Çətinliklə üzləşəndə bunları xatırlayın
Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı
9 noyabr Dövlət Bayrağı günüdür!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]