
Hazırda Brent markalı neftin bir barelinin qiyməti 80 dollar ətrafındadır. Son iki gündə isə bir qədər yüksəlmə müşahidə olunur. Brent markalı neftin 1 barelinin dəyəri 1,03 dollar bahalaşaraq 80,36 dollar olub.Bəs neftin qiymətinin düşməsinin Azərbaycanda benzinin qiymətinə təsiri ola bilərmi? Neftin qiyməti benzinin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?Milli.Az bununla bağlı iqtisadçı ekspert İlham Şabanla əlaqə saxlayıb.İ.Şaban açıqlamasında neftin qiymətinin düşməsinin ancaq 95 markalı benzinin qiymətinə təsir edə biləcəyini bildirdi.Onun sözlərinə görə, 95 markalı benzin idxal olunduğundan onun qiymətinin aşağı düşmə ehtimalı böyükdür:
"Benzinin qiymətinin düşməsinin ancaq 95 markalı benzinə təsiri ola bilər, çünki o, idxal olunur. Sonuncu dəfə, səhv eləmirəmsə, oktyabrın əvvəllərində qiymət dəyişdi. Ola bilər, bu ayın axırında da qiymət dəyişsin. Daxili bazarda isə bu mümkün deyil, bizim daxili bazarın dünya bazarı ilə əlaqəsi yoxdur. Yəni bu baxımdan daxili bazarı dünyadakı tendensiyalarla bağlamaq heç məntiqə də uyğun deyil. Ona qalsa, neftin qiyməti qalxacaqsa, gərək benzinin də qiyməti qalxsın".Dizelin qiymətinə gəldikdə isə İ.Şaban xatırlatdı ki, dizeli özümüz istehsal etdiyimizdən onun qiymətində hər hansı dəyişiklik gözləmək olmaz.
"Dizeli özümüz istehsal edirik deyə bütün bu proseslərin dizelə də aidiyyatı yoxdur. Dizeli də ixrac edirik. Məsələn, 98 markalı faktiki olaraq ölkəyə gətirilmir, tələbat yoxdur".
95 markalı benzinin qiymətinin nə qədər düşəcəyinə gəldikdə isə ekspert vurğuladı ki, bu, treyderlərdən asılıdır. "Sonuncu dəfə 97 qəpikdən 95 qəpiyə düşmüşdü. İndi də yəqin ki, yenidən 2-3 qəpik düşə bilər".Xatırladaq ki, Azərbaycan hökuməti gələn ilin büdcəsində neftin qiymətini 90 dollar müəyyənləşdirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aya gedib, orada qalacağıq-NASA
Ərdoğan Quran oxudu - VİDEO
Huawei - 20 milyon smartfona doğru
Qəhvə haqqında hər şey
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Ingilis dili - XXXII dərs
İstənməyən qarın üçün tövsiyələr
Avropa Şurası baş katibinin Azərbaycana səfəri təxirə salındı
Dollar yeni müharibəyə hazırlaşır
Ramazan ayının 24-cü gününün duası
Xaçmazda bir gün qaz olmayacaq
Smarfonların bu ziyanını bilmirdiniz
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
“Qalatasaray”a şok cəza
20 Yanvar günü elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
Güllərin gücü
Cəmiyyətdə namusun dərki
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Maraqlı şəkillər
"Hamiləyəm dostlar" - Kənan Doğulu jurnalistləri ələ saldı
Rusiya vətəndaşı olmaq asanlaşdı
Qarabağın ilkin adları
Uşaqları sevirikmi?
Şeyma Subaşı Itır Esenə bu cür CAVAB VERDİ
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
Armudlu şarlott (foto resept)
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-89
Koronavirusla bağlı son STATİSTİKA
15 ildir xəstə anasını belində gəzdirir
İbrahim Tatlısəs onu unudan müğənnilərdən danışdı-FOTO
Payız pəhrizi necə edilər?
Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon
Ərdoğan Obamadan Güləni istəyəcək
Cəbhədən son xəbər
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Azərbaycanda siqaretin qiyməti qalxdı
Siyasətə yumurta da qarışdı
Bu ərazidə qaz olmayacaq
Misir ehramlarını tikənləri niyə gizlədirlər?
Ağlagəlməz oğurluq üsulu kameralarda - VİDEO
Pensiyaçıların NƏZƏRİNƏ!
Bakının tozda boğulan sakinləri...
Ebru Şahin məşhur basketbolçu ilə sevgilidir-FOTO
Acun qəzaya düşdü - FOTO
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
2017-ci ilin Türkiyə gözəli
Evinizdə kitablara yer açın















- ŞƏRHLƏR