Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq “Bənövşəyi xətt”ə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində kurslara başlanılıb.
ANS PRESS xəbər verir ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, fransız mütəxəssislərin keçdiyi ikihəftəlik məşğələlərdən sonra 6 müdavim Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıb. Məşğələlər “Thales SA”nın İstanbul Metropolitenindəki tədris mərkəzində davam etdirilir. Üç həftə ərzində Bakı Metropoliteninin nümayəndələri orada CBTC sisteminin işi ilə praktiki tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin üçüncü mərhələsi başlayacaq. Bu mərhələdə məşğələlər yanvar ayında Kanadanın Toronto Metropolitenində keçiriləcək.
Qeyd edək ki, “Thales SA” ilə imzalanan müqaviləyə əsasən Fransa şirkəti Bakı Metropolitenini müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsini təmin edəcək. İlk mərhələdə alınacaq avadanlıqlardan metropolitenin “Avtovağzal” və “Memar Əcəmi-2” (“Bənövşəyi xətt”) stansiyalarında istifadə olunacaq. Artıq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması işləri gedir. Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şeron Stounu ildırım vurdu
WhatsApp-dan daha bir yenilik
Bu şəkil üçün 179,4 milyon $ saydılar
Elmə məlum olmayan canlılar tapıldı
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
İdmandan sonra nə yeməli?
İçtimai çirmərliklərin sayı kəskin azalıb
Çiçəkli yataq üzləri
Metroda hamını heyrətləndirən şəkillər
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Alimlərdən böyük uğur: COVID-19 zərərsizləşdirildi
Hamiləliklə bağlı təəccübləndirən məlumatlar
Nişan üzükləri
Rusiya maşınları Ukraynaya girdi
Ən bahalı qidalar
7 il sonra yenidən bir filmdə rol alacaqlar
12 il sonra sahibini tapdı
2735 yaşlı ağac aşkarlandı
Deadpool 2 filminin yeni traileri-VİDEO
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
“Bir zamanlar Çukurova”da gözlənilməz ayrılıq
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
Mikrodalğalı sobanı necə təmizləməli?
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Rezidenturaya sınaq imtahanları başlayır
Bu gün Bakıda bu yollar bağlı olacaq
Nazirlikdən XƏBƏRDARLIQ: iyulun 6-7-də...
Hamı "pişik gözlü" bu uşaqdan danışır - FOTO
Beren Saatın bayram paylaşımı Qalmaqal oldu - FOTO
Banan qabığı təbii məlhəmdir
Kökəlmək istəyən xanımların nəzərinə
Həkimlər koronavirus xəstələrinə yardım göstərməkdən imtina edir
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Milli Şurada "iç zəlzələ" yaşanır
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Tək ayaqlı məşhur xanımın toyu oldu
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bergüzar və Halit xəstəxanadan çıxarkən görüntüləndi-FOTO
Kremli asan tort (foto resept)
Günün qoroskopu: bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq
İşgəncəyə məruz qalmış it
Yanğınla bağlı operativ qərargah yaradıldı
Türkiyə üçün böyük TƏHLÜKƏ: 7.4 ballıq...
Koronavirusun ən təhlükəli əlaməti açıqlandı
Aybəniz Haşımovanın yeni imici - FOTO
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Ən gözəl qısa saç modelləri
Məşhur oyunlara qadağa qoyuldu
Cavan qalmağın 10 sirri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]