
Anspress-in araşdırmasına görə, əksər rayonlarda sənədləri tam düzgün olan, yəni ünvanlı sosial yardım alması üçün heç bir sənəd problemi qalmayan ailənin evinə xüsusi komissiya gedir və real vəziyyətlə tanış olur.
7 nəfərdən ibarət komissiya hər şeyə ilişə bilər. Ailənin evinin nisbətən təmirli olması, yaxud hansısa oğlunun qazanc dalınca Rusiyaya getməsi, yaxud da evdəki bahalı televizor ünvanlı sosial yardım müraciətinə “yox” deməyə imkan yarada bilər. Bu məsələdə qonşuların da rəyi roy oynayır.
Bu səbəbdəndir ki, Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı elə də çox deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, 2014-cü ilin 1 sentyabr tarixinə respublika üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 min 502 ailə təşkil edib. Statistikaya görə, Azərbaycanda 2 milyon 10 mindən çox ailə təsərrüfatı var. Yəni ölkə üzrə ailələrin cəmi 6%-i ünvanlı sosial yardımdan yararlanır.
Bu ailələrə verilən pul elə də yüksək deyil. Orta hesabla bir ailəyə 136 manat verilir ki, ölkə üzrə bu ayda, təxminən 16 milyon manata bərabər olur. İnsafla demək olar ki, bu ailələrin çoxu yoxsuldur və ünvanlı sosial yardım xüsusilə əyalət şəhər və qəsəbələrində kasıb ailələrə böyük dəstək verir. Həm də hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 mindən çoxu tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Amma ünvanlı sosial yardımların mövcud qaydada verilməsinin davam etdirilmənin mənfi nəticələri qaçılmazdır və bu, ən yüksək rəsmi səviyyələrdə də təsdiqlənir. Birincisi, ünvanlı sosial yardımlar üçün son qərarın 7 nəfərlik komissiyanın ixtiyarına buraxılması bu sektorda korrupsiya hallarını qaçılmaz edir. Yəni 7 nəfəri “görüb”, ünvanlı sosial yardım düşməyən adamların adını siyahıya saldırmaq elə də çətin deyil. Təki sənədlər düz olsun, komissiya ailənin qeyri-rəsmi gəlirlərini göz ardına vura bilər.
Bəzi hallarda ünvanlı sosial yardım doğrudan da bu yardım düşən adamların adına rəsmiləşdirilir, amma məmurlar pulun bir hissəsinə şərik olurlar. Bir sıra rayonlarda aparılan istintaq nəticəsində məmurların yüzlərlə adama məxsus ünvanlı sosial yardım kartını öz seyfində saxlayaraq pulu hər ay mənimsədiyini ortaya çıxarıb. Bu faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi tərəfindən də təsdiqlənmişdi. Nazirlikdən verilən məlumata görə, yeni mexanizm yaradılacaq və yoxsullarla məmurların ünsiyyəti minimuma endiriləcək ki, hər hansı qanunsuz sövdələşmə olmasın.
Amma aradan xeyli keçib və ünvanlı sosial yardımların verilməsi mexanizmində heç bir dəyişmə olmayıb. Hər şey əvvəlki kimi qalıb. Yəni yenə də ünvanlı sosial yardım almaq istəyən vətəndaş ailəsinin adambaşına gəlirinin ehtiyac meyarından (100 manat) aşağı olmasını təsdiq edən sənəd təqdim etməlidir, torpaq sahəsi, ikinci evi olmamalıdır və s. Yəni köhnə hamam, köhnə tas. Sadəcə, adamlar dəyişib, mexanizm əvvəlki kimi qalıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib Toğrul da Azərbaycanda ünvanlı sosial yardımların verilməsi mexanizminin dəyişdirilməsinin tərəfdarıdır. “Bu mexanizm Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına yox, dərinləşməsinə xidmət edir”, - deyə iqtisadçı ekspert anspress-ə bildirib. Onun fikrincə, yoxsul ailələr dövlətdən zəhmətsiz pul almağa alışırlar, bu da onların vəziyyətini bir az da dərinləşdirir.
Onun bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin fikirləri ilə üst-üstə düşür. Xidmət rəisinin dediyinə görə, yoxsullara sosial yardım əvəzinə iş təklif etdikdə bundan imtina edirlər və yardım almaqda davam edirlər. Bu isə onların gələcəkdə pensiya alması üçün çətinlik yaradır.
Qalib Toğrulun fikrincə, bu cür problemlərdən qaçmaq üçün ünvanlı sosial yardımların verilmə mexanizmi təcili dəyişdirilməlidir. “Əslində, ünvanlı sosial yardımların verilməsi aralıq dövr üçün nəzərdə tutulmuşdu. 2012-ci ildən “ünvanlı sosial dəstək” layihəsinə keçilməli idi. Bu layihə yoxsul ailələr üçün iş yerlərinin yaradılmasını nəzərdə tutur”, - deyə iqtisadçı ekspert vurğulayır.
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) təmsilçisinin dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə “ünvanlı sosial dəstək” layihəsi çərçivəsində bəzi işlər görürdü: “Ünvanlı sosial yardım alanlara birillik vəsaiti bir dəfəyə verirdilər və deyirdilər ki, getsin inək alsın, yaxud özünə bərbərxana və s. açsın. O vaxt biz də nazirliyə öz tövsiyyələrmizi vermişdik. Təklif edirdik ki, verilən məbləğ 3-5 min manata qədər artırılsın, yardımdan əlavə, qrant və ucuz kreditlər nəzərdə tutulsun. İndi, nədənsə, bu işlər dayandırılıb və sadəcə ünvanlı sosial yardım verilir. Amma əhalinin köklü şəkildə yoxsulluqdan xilası üçün “ünvanlı sosial dəstək" layihəsinin böyük önəmi var və nazirlik bunu nəzərə almalıdır”, - deyə Qalib Toğrul vurğulayır.
Milli.Az
XƏBƏR LENTİ
Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi
Əlillərə avtomobillər verildi
Hər zövqə uyğun donlar
Günün qoroskopu: kim olduğunu bilmək istəyirsənsə sevdiklərinə bax
Soyuducular
Bu gün mövlud gecəsidir
Uşaq ensiklopediyası(10)
Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək
Internet Explorer güclənir
Kadırov "WhatsApp"a qarşı
Qara brilyant
8 yaşlı YouTuber 22 milyon qazandı
Günün qoroskopu: həm uğurlu, həm də maraqlı gündür
Sevgi naminə
Yanacaq dolu qatar relsdən çıxdı.
Prezident və xanımı xalq artistləri ilə görüşdü-FOTO
Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...”
Arzular, arzular, gözəl arzular...
Bu gün 2014-cü ilin ən kədərli günüdür
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
Süd verən anaların qidalanması
Bütün dünyanı metro birləşdirəcək? - FOTO
"Google" və "Facebook"un işində problemlər yaranıb
Evdə şampun hazırlamaq üçün nə lazımdır?
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Cennifer Lopez Antalyada konsert verəcək
Günün qoroskopu: Mübahisə etməyin!
Yelləncəkdəki qızı 12 yanğınsöndürən xilas etdi
ABŞ 11 sentyabra görə İranı cərimə etdi
Dövlət Sosial Müdafiə Fondunun yeni sədri məlum oldu
Daha bir şəhərdə peyğəmbərə dəstək
WhatsApp-ın aqibəti necə olacaq?
Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
Can Yaman Qəzəbləndi-VİDEO
В«Avropanın taleyi Ukraynadan asılıdırВ»
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
Ajda Pekkan jurnalistlərə görə polis çağırdı-FOTO
Eşiyinə baş qoyduq, anam!
"Sigara böreyi" (foto-resept)
Atasından İrem Dericiyə xəbərdarlıq
Ulduz futbolçu "Yuventus"u tərk etdi - RƏSMİ
Dadlı kotlet (foto resept)
İştahasız uşaqları yedizdirməyin 5 yolu
Kiçik evlər üçün dekorasiya nümunələri
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
Məşhur cütlüyün Ayrılıq Səbəbi Məlum Oldu
Arı sancması hansı halda ölümə səbəb ola bilər?
ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"
Bu yağdan istifadə edənlərin nəzərinə















- ŞƏRHLƏR