Prezident İlham Əliyevin sözünə qüvvət olaraq daha bir uğurumuza keçmək istəyirəm. Bu uğuru mən həm də ona görə xüsusi olaraq təqdim etmək istəyirəm ki, onun əldə olunmasında ANS-in özünə məxsus payı var. ANS-in nümayəndə heyəti dünən Berlindən qayıdıb. Burada Avropanın bütün nüfuzlu telekanallarının toplaşdığı ENEX şəbəkəsinin Baş Assambleyası keçirilirdi. Biz də burda iştirak edirdik. Rusiya və Ukrayna bir də Azərbaycan. MDB dövlətlərindən yalnız bu üç ölkənin televiziyası ENEX-də təmsil olunur. Mövzumuz bu günün həyəcanı ilə bağlı idi. Artıq xəbərçilik bir sistem olaraq dəyişir. Necə deyərlər dünənədək daşıyıcı əsas vasitə idisə indi daşınan əsasdır. Mühüm olanı odur ki, mənzil başına tez çatdırasan. Nə ilə burası daha vacib deyil. Burada rəqabət bir kateqroriya olaraq fərqli məzmun kəsb edir. Məsələn, tutaq ki, əlində təzə eksklüziv xəbər və onun çatdırılması üçün bir neçə daşıyıcın var. Sayt, radio, televiziya. Hansı nəqliyyat vasitəsi ilə nəql etməli? Şübhəsiz ki, bu saat dünyada televiziyanın hegemon olması barədə stereotip var. Belə bir rəy formalaşıb ki, ilk zifaf hüququ məhz televiziyaya məxsusdur, qalanları ondan sonra.
Avropanın xəbər mübadilə mərkəzi olan ENEX özünəməxsus bir informasiya şurası olaraq bu yanaşmanı rədd edir. Daha doğrusu dəyişən və sürət hesabına kiçilən dünyanı yeni ötürücüyə hazırlayır. Televiziya operativlikdə uduzur və nə qədər ağır olsa da bunu etiraf etmək lazımdır. Uduzur və getdikcə rəqibinə daha çox və daha çox rəqibinə uduzur. Əvvəllər bu sosial şəbəkə, saytlar, portallar idisə. İndii artıq adicə smartfona, ayfona da uduzur. Bu gün sadicə ayfonla xəbər hasil edib, onu dünyaya çıxarmaq mümkündür. Bunun üçün sadəcə olaraq vaxtında çəkməyi, elə əlində olan mobil cihazın köməyi ilə montaj etməyi və internet vasitəsi ilə nəzəri baxımdan bütün dünyanın malı edə bilərsən. Bəli, həmkarlarımız, nə qədər ağır olsa da etiraf etməliyik. Dünya informasiya sistemini indi təkhüceyrəliliər tutur. Dostum Vahid Mustafayev belə xəbər yapanları sadəcə mikki-maus adlandırır. Məzəli, amma eyni zamanda gerçək metaforadır. Təkhüceyrəli xəbərlərdə yalnız müxtəsər cümlələrə üstünlük verilir. Burada yalnız baş üzvlər var. İkini dərəcəli üzvlər isə artıq yoxa çıxır. Belə olan halda xəbər istehlakçısı ona verilən fast-fud xəbərə qane olur. Bununla da məsələ bitir. Gözəllik, maraqlı yanaşma tərzi, janrlar, cəlbedici təqdimat, fərdi üslüb öz yerini quru ötürücülüyə verir. ENEX-n Baş Assambleyasının Berlin toplantısında əslində bu məsələlər diqqət mərkəzinə çıxmışdı. Amma bir az ehtiyatla. Necə deyərlər, biz bir şəbəkə olaraq uduzduğumuzu etiraf edir, eyni zamanda həm də bu uduzmağı xal itkisi kimi qəbul etmədiyimizi subut etməyə çalışırdıq. ENEX-in araşdırmalarına görə, Avropada xəbəri televiziyadan və sosial şəbəkədən alanların sayı artıq bərabərləşib və bu göstərici şəbəkənin xeyrinə dəyişir
Neyləməli? Eqoist olaraq televiziyanı, yoxsa vicdanıl xəbərçi olaraq istehlakçımızı düşünməliyik. Hər iki halda televizyiların üzərinə böyük məsuliyyət düşür. Əvvəla bir böyük, daha təcrübəli və hələ də hakimiyyətini qoruyub saxlamaqda olan reallıq kimi. İkincisi isə təkhüceyrəli xəbərçiliyin ziyanını, insanlarda düşüncə tərzini daraldan bu tendensiya nəticəsində mülahizə yürütmək, fikirləşmək xüsusiyyətlərinin sıradan çıxarıldığını anlatmaq baxımından. Əlbəttə, ola bilsin ki, televiziya xəbəri birinci çatdırmaq kimi mühüm bir keyfiyyətini sosial şəbəkəyə uduzması ilə barışmalıdır, amma əhatəlilik, geniş miqyaslı görüntü və gerçəkliyi bütün təfərrüatları ilə verə bilmək baxımından onun rəqibi yoxdur və o bu üstünlüyünü qoruyub saxlamalıdır. Avropada toplanan informasiya komandanları da elə bu problemi həll etmək üçün fikir mübadiləsi aparırdılar. Telekanallar arasında inhisarçı kimi danışanlar da var idii. Məsələn, qoy onlar da olsun, amma bütün bunlar elə televiziyaların nəzarətində olsun. Nə olsun ki, xəbəri televiziya birinci verməyəcək, amma onun bir qolu verəcək. Amma başqa fikir sahibləri də var idi. Onlara görə, xəbəri ən adi bir insan da sensasiyaya çevirə və onu elə öz mobil telefonundan dünyaya yaya bilər. Votsap-la, Laif Strip, Skayp və s. Onda necə olsun. Özü də heç bir senzurasız, daxili, xarici nəzarətsiz… Sən telefonuna nəyisə çəkirsən və dərhal da hara lazımsa göndərirsən. Kifayətdir ki, internetə çıxışın olsun … Və ən tühlükəlisi: bu xəbərin məsuliyyəti kimin üzərinə düşəcək… Tor böyüyür və ona düşənlər də artıq yalnız xırda balıqlar olmur. İnternet indi dünya inqilablarının memarı rolunu belə oynayır. Real olmayanlar olanlardan daha artıq real görünür. Misir, Tunis, Liviya və sair… Bax bütün bunlardan danışmaq lazımdır. Berlində müzakirələr Berlin divarının sökülməsinin 25 illiyi ilə ərəfəyə təsadüf edirdi və iştirakçılar tez-tez bu toplantını başqa bir səddin dağıdılmasına cəhd kimi qiymətləndirirdilər. Amma şəxsən mənə elə gəlirdi ki, əksinə biz daha çox bu səddi ucaltmaq və özümüzü sosial şəbəkələrdən, yeni xəbər istehsalı və istehlak vasitələrindən qorumaq barədə düşünürdük. Hər halda razılaşaq ki, bir, iki toplantı ilə bütün məsələləri həll etmək mümkün deyil… Amma mütləq toplanmalı, danışmalı, düşünməliyik.
Televiziyalar həmişə göstərib. Başqalarını. Amma bu gün artıq onun özünü göstərməsi vaxtıdır. Biz gərək özümüzü göstərək. Nə qədər çətin olsa da. Amma hər şey yenə öz əlimizdədi.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ölkədə qrip təhlükəsi var? - AÇIQLAMA
Hava haqqında - 27.01.2014
Bu ölkədə erkən nikahlar qadağan edildi
Saç çubuqları
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
Mehriban Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edənlərə təşəkkür etdi - VİDEO
Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi
4 fərqli hörük modeli
10 yaş cavanlaşdıran ərzaqlar
I siniflərə qəbulun vaxtı uzadıldı
Beş il sonra...
Paytaxt prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Simeoneyə da bir təklif
Microsoft-la Google işləməyəcək
Yaşıl mərcili ispanaq yeməyi (foto-resept)
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
"Simpsonlar" yetim qaldı
İrina Şeykdən fərqli FOTO
Uşağınızdan sizə məktub!
Qış mövsümünün ən faydalı şirələri
Yataq otağı dizaynı
Gözlərinə mavi döymə etdirən qız kor oldu - FOTO
"Aprel döyüşləri bir daha ordumuzun gücünü nümayiş etdirdi"
4 Ford qiymətində toqqa
Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb
Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu
"Möhtəşəm yüz il"ə fərqli baxış - 3 (Son)
Ləkələri təmizləmək üsulları
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
15 iyun Milli Qurtuluş Günüdür
Futbolçu rekord qırdı
Şəklə baxın və xarekterinizi öyrənin
İnsan nə üçün ət yeməlidir?
3 ölkəyə həcc qadağası qoyuldu
Skotun fərqli portretləri
Qarpızın fərqli təqdimatı
Xurmalı, bananlı şirniyyat (foto-resept)
Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT
Dünyanın ən balaca kişisi odur
Qırışmış "tarix"...
Bədən ölçüləri ilə hər kəsi heyrətləndirdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -18 MAY
Gülşən il ərzində 110 konsert verəcək
Bu universitetdə kitablar “duşa girir” – FOTO
Saça necə qulluq etməli
Qar yağacaq, külək əsəcək
Gözəl görsənməyən hərəkətlər
Yüksək təzyiq
Məşhur aktyor tanınmaz halda -FOTO
Arda Turan ilk dəfə oğlunu göstərdi - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]