Qadin.NET / İnternet televiziyanı udur?!

İnternet televiziyanı udur?!

 

İnternet televiziyanı udur?!

Prezident İlham Əliyevin sözünə qüvvət olaraq daha bir uğurumuza keçmək istəyirəm. Bu uğuru mən həm də ona görə xüsusi olaraq təqdim etmək istəyirəm ki, onun əldə olunmasında ANS-in özünə məxsus payı var. ANS-in nümayəndə heyəti dünən Berlindən qayıdıb. Burada Avropanın bütün nüfuzlu telekanallarının toplaşdığı ENEX şəbəkəsinin Baş Assambleyası keçirilirdi. Biz də burda iştirak edirdik. Rusiya və Ukrayna bir də Azərbaycan. MDB dövlətlərindən yalnız bu üç ölkənin televiziyası ENEX-də təmsil olunur. Mövzumuz bu günün həyəcanı ilə bağlı idi. Artıq xəbərçilik bir sistem olaraq dəyişir. Necə deyərlər dünənədək daşıyıcı əsas vasitə idisə indi daşınan əsasdır. Mühüm olanı odur ki, mənzil başına tez çatdırasan. Nə ilə burası daha vacib deyil. Burada rəqabət bir kateqroriya olaraq fərqli məzmun kəsb edir. Məsələn, tutaq ki, əlində təzə eksklüziv xəbər və onun çatdırılması üçün bir neçə daşıyıcın var. Sayt, radio, televiziya. Hansı nəqliyyat vasitəsi ilə nəql etməli? Şübhəsiz ki, bu saat dünyada televiziyanın hegemon olması barədə stereotip var. Belə bir rəy formalaşıb ki, ilk zifaf hüququ məhz televiziyaya məxsusdur, qalanları ondan sonra.

 

Avropanın xəbər mübadilə mərkəzi olan ENEX özünəməxsus bir informasiya şurası olaraq bu yanaşmanı rədd edir. Daha doğrusu dəyişən və sürət hesabına kiçilən dünyanı yeni ötürücüyə hazırlayır. Televiziya operativlikdə uduzur və nə qədər ağır olsa da bunu etiraf etmək lazımdır. Uduzur və getdikcə rəqibinə daha çox və daha çox rəqibinə uduzur. Əvvəllər bu sosial şəbəkə, saytlar, portallar idisə. İndii artıq adicə smartfona, ayfona da uduzur. Bu gün sadicə ayfonla xəbər hasil edib, onu dünyaya çıxarmaq mümkündür. Bunun üçün sadəcə olaraq vaxtında çəkməyi, elə əlində olan mobil cihazın köməyi ilə montaj etməyi və internet vasitəsi ilə nəzəri baxımdan bütün dünyanın malı edə bilərsən. Bəli, həmkarlarımız, nə qədər ağır olsa da etiraf etməliyik. Dünya informasiya sistemini indi təkhüceyrəliliər tutur. Dostum Vahid Mustafayev belə xəbər yapanları sadəcə mikki-maus adlandırır. Məzəli, amma eyni zamanda gerçək metaforadır. Təkhüceyrəli xəbərlərdə yalnız müxtəsər cümlələrə üstünlük verilir. Burada yalnız baş üzvlər var. İkini dərəcəli üzvlər isə artıq yoxa çıxır. Belə olan halda xəbər istehlakçısı ona verilən fast-fud xəbərə qane olur. Bununla da məsələ bitir. Gözəllik, maraqlı yanaşma tərzi, janrlar, cəlbedici təqdimat, fərdi üslüb öz yerini quru ötürücülüyə verir. ENEX-n Baş Assambleyasının Berlin toplantısında əslində bu məsələlər diqqət mərkəzinə çıxmışdı. Amma bir az ehtiyatla. Necə deyərlər, biz bir şəbəkə olaraq uduzduğumuzu etiraf edir, eyni zamanda həm də bu uduzmağı xal itkisi kimi qəbul etmədiyimizi subut etməyə çalışırdıq. ENEX-in araşdırmalarına görə, Avropada xəbəri televiziyadan və sosial şəbəkədən alanların sayı artıq bərabərləşib və bu göstərici şəbəkənin xeyrinə dəyişir
Neyləməli? Eqoist olaraq televiziyanı, yoxsa vicdanıl xəbərçi olaraq istehlakçımızı düşünməliyik. Hər iki halda televizyiların üzərinə böyük məsuliyyət düşür. Əvvəla bir böyük, daha təcrübəli və hələ də hakimiyyətini qoruyub saxlamaqda olan reallıq kimi. İkincisi isə təkhüceyrəli xəbərçiliyin ziyanını, insanlarda düşüncə tərzini daraldan bu tendensiya nəticəsində mülahizə yürütmək, fikirləşmək xüsusiyyətlərinin sıradan çıxarıldığını anlatmaq baxımından. Əlbəttə, ola bilsin ki, televiziya xəbəri birinci çatdırmaq kimi mühüm bir keyfiyyətini sosial şəbəkəyə uduzması ilə barışmalıdır, amma əhatəlilik, geniş miqyaslı görüntü və gerçəkliyi bütün təfərrüatları ilə verə bilmək baxımından onun rəqibi yoxdur və o bu üstünlüyünü qoruyub saxlamalıdır. Avropada toplanan informasiya komandanları da elə bu problemi həll etmək üçün fikir mübadiləsi aparırdılar. Telekanallar arasında inhisarçı kimi danışanlar da var idii. Məsələn, qoy onlar da olsun, amma bütün bunlar elə televiziyaların nəzarətində olsun. Nə olsun ki, xəbəri televiziya birinci verməyəcək, amma onun bir qolu verəcək. Amma başqa fikir sahibləri də var idi. Onlara görə, xəbəri ən adi bir insan da sensasiyaya çevirə və onu elə öz mobil telefonundan dünyaya yaya bilər. Votsap-la, Laif Strip, Skayp və s. Onda necə olsun. Özü də heç bir senzurasız, daxili, xarici nəzarətsiz… Sən telefonuna nəyisə çəkirsən və dərhal da hara lazımsa göndərirsən. Kifayətdir ki, internetə çıxışın olsun … Və ən tühlükəlisi: bu xəbərin məsuliyyəti kimin üzərinə düşəcək… Tor böyüyür və ona düşənlər də artıq yalnız xırda balıqlar olmur. İnternet indi dünya inqilablarının memarı rolunu belə oynayır. Real olmayanlar olanlardan daha artıq real görünür. Misir, Tunis, Liviya və sair… Bax bütün bunlardan danışmaq lazımdır. Berlində müzakirələr Berlin divarının sökülməsinin 25 illiyi ilə ərəfəyə təsadüf edirdi və iştirakçılar tez-tez bu toplantını başqa bir səddin dağıdılmasına cəhd kimi qiymətləndirirdilər. Amma şəxsən mənə elə gəlirdi ki, əksinə biz daha çox bu səddi ucaltmaq və özümüzü sosial şəbəkələrdən, yeni xəbər istehsalı və istehlak vasitələrindən qorumaq barədə düşünürdük. Hər halda razılaşaq ki, bir, iki toplantı ilə bütün məsələləri həll etmək mümkün deyil… Amma mütləq toplanmalı, danışmalı, düşünməliyik.
Televiziyalar həmişə göstərib. Başqalarını. Amma bu gün artıq onun özünü göstərməsi vaxtıdır. Biz gərək özümüzü göstərək. Nə qədər çətin olsa da. Amma hər şey yenə öz əlimizdədi. 

Mənbə: ANS PRESS

13 oktyabr 2014
GO BACK