ANS PRESS APA-ya istinadən məlumatına görə, müqaviləyə əsasən, SPORT1 kanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımçısına çevrilərək, izləyicilərin gələn yay 17 gün davam edəcək yarışların pulsuz canlı yayımından zövq almasına imkan verəcək.
SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, Açılış və Bağlanış Mərasimləri də canlı yayımlanacaq. Razılaşmada həmçinin SPORT1 kanalının I Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.
Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir: “Biz böyük qürur hissi ilə SPORT1 kanalının I Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq”.
SPORT1 kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək, fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandaların vasitəsilə həyata keçirəcək. Bütün bunlar izləyicilərə ən keyfiyyətli və müvafiq yayım təmin etməklə nəticələnəcək.
SPORT1 kanalının icraçı direktoru Olaf Şröder deyib ki, I Avropa Oyunlarının yayımçısı kimi SPORT1 kanalı üç başlıca yayım ərazisində bu tarixi hadisəni təşviq etmək rolunu öz üzərinə götürür: “Yalnız SPORT1 kanalında almaniyalı idman həvəskarları Bakıda medal uğrunda mübarizə aparacaq qabaqcıl idmançılarımızın dünya səviyyəli performansını izləyə biləcəklər”.
Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) baş direktoru Maykl Vesper əlavə edib: “Bu, bizim qabaqcıl idmançılarımız, o cümlədən milyonlarla idman həvəskarı üçün əla xəbərdir və Bakı 2015 Oyunlarını Almaniyada təşviq etməyə kömək edəcək. Biz I Avropa Oyunlarının Almaniyanın nüfuzlu idman kanalında pulsuz yayımlanacağından olduqca məmnunuq”.
Müqaviləyə əsasən, Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.
Bakı 2015-in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, SPORT1 kanalının işə yanaşması və entuziazmı onu bu üç ərazidə mükəmməl yayım platformasına çevirir: “Avropa Oyunları olduqca önəmli multi-idman hadisəsidir və biz səbirsizliklə izləyicilərin gözəl Bakı şəhərində keçiriləcək bu oyunları izləyəcəyi günü gözləyirik”.
SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal Soçi 2014 Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü xokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, 4-ü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Avtomobillərinin qiyməti dodaq uçuqladır
Ətli paxla (foto-resept)
30 günə gözəl bədən üçün tövsiyələr
Məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmdədir
Gözəl manikürlər
Rusiyada raketlər işə düşdü
Albalının faydaları
Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?
Enerji verən detoks
Bəy inad etdi, toy xəstəxanada oldu - FOTO
Qaraciyər yağlanmasına qarşı mübarizə aparan ərzaqlar
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
"Bu, Qarabağ üçün intihardır"
Kök adamların beyini balaca olur
Paxlava (foto-resept)
Sağlam həyat üçün 21 üsul
Günün ulduz falı
Gimnastımız Avropa çempionatında 3-cü oldu
Ermənilər qəsdən Şuşa meşələrini yandırır - RƏSMİ
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Putindən İlham Əliyevə təbrik
Koronavirusla bağlı SON STATİSTİKA
Beyninizin hansı tərəfini daha çox işlədirsiniz?
İki qaydaya əməl edin, sürətlə arıqlayın
Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO
Qadın.Netlilərin son zəng xatirələri (1)
Türkiyə Lavrovu ölkəyə buraxmadı
Uşaqlara diş fırçalama vərdişini necə qazandırmalıyıq?
"Qarabağ"a 1 milyon ayrıldı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Dünyanın ən bahalı brendi bəlli oldu
Ən populyar smartfon rəngi bəlli oldu-FOTO
Rusiya meşə yanğınlarıyla mübarizə aparır
Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə
Mobil qurğularda təhlükələr artır
Kələm salatı (foto resept)
3D-printerdə yemək çap edildi
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - VİDEO
Ərdoğan Obamaya: "Sən niyə susursan?"
Ebru Gündeş kökəldi - FOTO
Rafet El Roman prokurorluğa şikayət edildi-FOTO
"Fantaziya" tortu (foto resept)
HAVA necə olacaq?
Sərdar Ortaç bu XƏSTƏLİKDƏN əziyyət çəkir
Rayonlara gediş-gəliş qaydaları dəyişdi
Günün qoroskopu:Uğurlu gündür!
Yeni doğulan körpəsi ilə maraqlı şəkillər çəkən qadın
Yol polisi də səhv edə bilər?
Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB















- ŞƏRHLƏR