
Toy mərasimlərinin necə keçirilməsi son vaxtlar mətbuatda müzakirə mövzularından biridir. Cəmiyyət şadlıq mərasimlərinin normal qaydada keçirilməsinin tərəfdarı olduğu üçün bu problemin tez bir vaxtda həllini istəyir. İsrafçılığa yol açan bu mərasimlərlə bağlı hətta rəsmi səviyyədə də fikirlər səsləndirilir. Şadlıq mərasimlərinin tənzimlənməsi məsələsinin Milli Məclisin gündəliyinə salınacağı gözlənilir.
Toy mərasimlərinin qaydalara uyğun baş tutmasında əksəriyyət maraqlı olduğundan yenidən bu mövzuya toxunmağı lazım bilirik. Bu halda, toy menyusunun necə olması da insanları maraqlandıran suallardandır.
Maraqlıdır, toy menyusu əslində, necə təşkil olunmalıdır? Bir insan normalda neçə kalori qida qəbul etməli, birdəfəyə hansı qidaları qəbul etməlidir?
Milli Kulinariya Mərkəzinin rəhbəri, ölkənin baş kulinarı Tahir Əmiraslanovyada salır ki, hələ sovet dövründə restoran biznesində assortiment-menyu deyilən bir qayda olub. Nəticədə insanların seçimi olurdu və restoranlarda yeməklərin qalmaması əsas şərt hesab edilirdi. Hazırda restoran və şadlıq saraylarında menyuların pərakəndə hazırlandığını deyən həmsöhbətimiz, qidaların çəkisinə diqqət yetirilmədiyini bildirir: “Menyuda paytaxt salatının adı olsa da, onun neçə qram və hansı dəyərdə olduğu yazılmır. Yaxud menyuda 15 manatlıq şorbanın neçə qarm olması bildirilmir. Eləcə də, kababın, yanındakı göyərti və qarnirin çəkisi də olmur. Öncə menyu təsdiqlənməlidir. Sonra isə texnoloji kartı olmalıdır. Indiyədək bu istiqamətdə normal laboratoriya cavabları çıxmayıb. Bundan başqa, şadlıq saraylarının istehsalat yerlərinə də baxmaq lazımdır. Həmişə onların bütün zallarını göstərsələr də, mətbəxi heç vaxt təqdim etmirlər. Mətbəxin həmin menyuları hazırlamaq imkanları bəlli olmur. Elə şadlıq sarayları var ki, ordakı aşpazların təhsili yoxdur. Hətta peşə məktəbini qurtarmış aşbazlara 3-cü dərəcə verilir. Təsəvvür edin ki, restoranda məktəbi yeni bitirən və heç yerdə işləməmiş aşpaz çalışır və yaxud usta-aşpaz işləyir. Bu və digər məsələlər var ki, onların heç birinə əməl olunmur. Restorana şənlik keçirmək üçün pul ödəyən şəxsin hüququ var ki, menyuya dəyişiklik etsin. Misal üçün, kolbasanın verilməsi ət olmayan şəraitdə yerinə düşür. İndi hər yerdə təzə ət olduğu üçün ona o qədər də ehtiyac yoxdur. Eləcə də balıq və ondan hazırlanan yeməklər, həmçinin toyuqdan hazırlanan müxtəlif çeşidli yeməklər bir neçə dəfə təkrar olunur. Yeməklərin verilməsində ardıcıllıq gözlənilmir, xörəklərin reseptləri və digər məsələlərdə çatışmazlıqlar var. Bütün bunlar qaydaya salınmalıdır”.
T.Əmiraslanov onu da qeyd edir ki, müvafiq qanunlar restoran biznesinə ziyan deyil, xeyir verməklə işləməlidir. Restoranlara verilən ərzağın, ət məhsullarının mənşəyinin haradan olması göstərilməlidir. Orada işləyən əməkdaşların peşəkarlığı, savadı nəzərə alınmalı və hamısı qiymətə oturulmalıdır. Bütün bunlarla yanaşı, T.Əmiraslanov əlavə edir ki, əslində, keçirilən mərasim restoranın sahibini varlandırmaq deyil, gəlinlə bəyə kömək etmək üçündür. Restoran sisteminin iş qaydalarına, texnoloji şərtlərə diqqət yetirilməsini vacib sayan həmsöhbətimiz hesab edir ki, dövlət və cəmiyyət problemləri birlikdə qaydaya salmalıdır: “Görünür, parlament də bu məsələləri nəzərdə tutur. Elə bir qayda yaratmaq lazımdır ki, hər şey qanun çərçivəsində olsun. Həmin qaydalara restoran sahibi də, digərləri də əməl edə bilsin”.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə məsələnin tibbi tərəflərilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, insan birdəfəyə təqribən 2000-3000 kalori arası qida istifadə edə bilər. Sadəcə, yağların, karbohidratların səviyyəsinin müəyyən olunması baxımından tənzimlənmə aparılmalıdır: “İnsan əslində, özünün qida rasionunu müəyyənləşdirməlidir. Bir insan sözsüz ki, birdəfəyə 40-50 manat həcmində qida qəbul edə bilməz. Orqanizm üçün lazım olan az miqdarda qida məhsulu var ki, onu qəbul etməlidir. Bunu inzibati yollarla deyil, əhalinin mədəni səviyyəsinin yüksəldilməsi, ictimaiyyət və dövlətin təbliğatı əsasında iş aparılmalıdır. Insanın həddən artıq qidalanması orqanizmə ziyandır. Özünə nəzarət etməlidir ki, artıq qida qəbul etməsin. Onsuz da, süfrəyə düzülənlərin hamısı insana lazım deyil. Onların hamısını dadmaq əsas şərt deyil. Əhali arasında maarifləndirmə işi aparılmalıdır. Toy sahibləri sanki bol menyu uğrunda yarışa çıxıb. Bu məsələ insana həm maddi, həm mənəvi, eyni zamanda, tibbi baxımdan ziyan gətirir”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arıqlamaq üçün məsləhətlər(2)
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Bütün Yerdə pulsuz internet olacaq?
BÜRCLƏR bizə nə vəd edir?- 6 fevral
Sarımsaq haqqında bilmədiklərimiz
Ebola bitmədi
Serdar Ortaç koronavirusa yoluxub?
Uşaqların məktəblərə qəbulunda yeni qaydalar
Hazalla Burak arasında QALMAQAL- FOTO
Səyyar ASAN xidmət bu rayonlara gəlir
"Arka Sokaklar"da 13 il sonra ayrılıq - FOTO
Sibel Canın FOTOsu diqqət çəkdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Ehtiyatlı olun: WhatsApp virus yayır
II Avropa Oyunları Niderlandda keçiriləcək
Kartoflu ispanaq kotleti (foto resept)
I siniflərə şagirdlərin qəbulu başlayır
Rusiyanın müdafiə naziri koronavirusa qarşı peyvənd vurdurdu
Pərəstişkarı Muradla Aslının barışığını sübut etdi - FOTO
İdmançımız finişə hamıdan tez çatdı
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Beyinlər niyə axır?
HAVA necə olacaq?-31 yanvar
Ziyafət üçün baş örtükləri
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Turşməzə piroq (foto resept)
Prezident başsağlığı verdi
Putindən ərəbləri şoka salan qərar
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Lotereyada $4 milyon uddu
55 ölkə Bakını izləyəcək
Alimlər 2020-ci ilin iqlim müşahidəsi tarixində ən isti beşliyə daxil olacağını proqnozlaşdırırlar
Facebookun qurucusu ata oldu
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Cəmi iki uşağınız var? Nahaq...
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
11 sentyabr”da kral izi
80-cı illərin saç sancağı geri qayıtdı
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Sərnişinlərə vəd: "Mütləq dəyişdiriləcək"
Bunları bilirsinizmi?
"Yutub"u BAДћLADILAR - Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün...
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
HAVA necə olacaq? 6 İyul














