Tanışları Fəridə Ələkbərovanın ahıl yaşlarında evsiz-eşiksiz qalmasının səbəblərini anlaya bilmirlər. 67 yaşlı qadın yeddi ildən çoxdur ki, atasının evinə yerləşib. Hadisə isə çox sadə baş verib. Əmircanda olan evini 31 min dollara satan Fəridə xanım Bakının mərkəzində - Topçubaşov və Əlimərdanov qardaşları küçəsinin kəsişməsində tikilən binada mənzil almaq üçün verib. Amma sonradan məlum olub ki, binanı tikən “Gen” MMC-nin sahibi Elbrus Əliyev tək Fəridə xanımın deyil, 346 ailənin 8 milyon manat pulunu mənimsəyib. Sonradan Elbrus Əliyev və onunla birlikdə cinayətə imza atmış 9 nəfər həbs edildi. Hər biri 7 ildən 12 ilə qədər iş aldı. Amma camaatın pulunu qaytaran olmadı, Elbrus Əliyev pulu əmlaka, layihə işlərinə və s.-ə xərclədiyini deyib, bir qəpik də ödəmədi.
ANS PRESS-in əməkdaşı ilə söhbətində Fəridə Ələkbərova deyib ki, onu həmin tarixə kimi Azərbaycanda belə bir insidentin olmaması çaşdırıb. “Mən də buna görə pul verdim. Mən iki ali təhsil almış, uzun müddət müxtəlif dövlət idarələrində çalışmış bir adamam. Amma aldandım. Mən yenə pensiyaçıyam, həyatımı bir təhər başa vuracam. Amma pulu əlindən alınanların əksəriyyəti 2-3 uşaq sahibi olan cavan ailələrdir. Bəs onların taleyi nə cür olacaq? Halal pullarını verdlikləri halda niyə evsiz-eşiksiz böyüməlidirlər?” - deyə zərər çəkmiş Bakı sakini bildirib.
“MBA” Konsaltinq Şirkətinin məlumatlarından belə görünür ki, başqa cinayət işləri açılmasa da, Bakıda bu vəziyyətə düşmüş ailələrin sayı minlərlədir. Hazırda şəhərdə 100 - 110 bina tikilir ki, onların təxminən 11-də işlər dayandırılıb. Bu binalar üzrə heç bir cinayət işi açılmasa da, sakinlərin evlərinə nə vaxt köçəcəyi məlum deyil.
Fəridə Ələkbərovagilin pullarını mənimsəmiş “Gen” MMC cinayətinin təfərrüatlarını öyrəndikdə görmək olur ki, sakinlərin pullarını hansısa əmlak vasitəsi ilə geri qaytarmaq mümkün deyil. Bundan əvvəl də oxşar cinayətə görə həbs cəzası kəsilmiş Elbrus Əliyev pulları elə ustalıqla dağıdıb ki, heç cür geri qaytarmaq mümkünd deyil. Məsələn, hansısa bir şou-biznes təmsilçinin mənzilinə 100 min manata yaxın qiymət qoyub. Müqavilədə mənzilə bəri başdan 85 min manat beh verildiyi göstərilib. Qanunvericiliyə görə, mənzilin pulu tam ödənmədikdə mənzil sahibi behi qaytarmaya bilər. Buna görə də, hətta məhkəmə olsa belə, “Gen” MMC qurbanları həmin şou-biznes təmsilçisindən pullarını geri ala bilməyiblər. Elbrus Əliyevin bu cür “səxavət” göstərdiyi ailələr çoxdur. Bu mənzillərin əksəriyyəti indi sökülən zonadadır və “Gen” MMC qurbanlarının pullarını mənimsəyən ailələrin bir çoxu sökülən mənzilə görə də dövlətdən pul alacaq.
Problemlər dövlətin təcili müdaxiləsini tələb edir, çünki bu cür hadisələrin ilk baş verdiyi 2007-ci ildən bu yana oxşar qurbanların sayı bir neçə dəfə artıb. “MBA” Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, problemin həlli üçün bazarı təsadüfi şirkətlərdən təmizləmək lazımdır: “Zamanla onlar özləri bazarı tərk edəcəklər, bazarda yalnız iri, maliyyə cəhətdən dayanıqlı, öz nüfuzunu qorumaqda maraqlı olan şirkətlər qalacaqlar. Bundan başqa, müvafiq qanunvericiliyə riayət edilməsi üzərində nəzarəti də gücləndirmək lazımdır”, - deyə Nüsrət İbrahimov vurğulayır.
Belə məsələrlə bağlı müxtəlif məhkəmə işlərini araşdırmış hüquqşünas Zaur Səmədovun fikrincə, bu məsələdə birinci müştərilər diqqətli olmalıdırlar. “Tikinti müqaviləsi bağlamazdan əvvəl mənzil tikiniti koperativinin (MKT) sədri, tikintini həyata keçirəcək şirkətin işgüzar nüfuzu və maddi bazası ilə maraqlansınlar. Keçmişi qaranlıq olan adamların rəhbərlik etdiyi MKT-lərə üzv olmaq məsləhət deyil. Kağız üzərində qurulmuş tikinti şirkətlərinə işi həvalə etmək olmaz. Müştərilər mütləq tikintini aparacaq şirkətin nizamnamə kapitalı ilə maraqlanmalıdırlar. Siz gedin, öyrənin, əhalini aldadan tikinti şirkəti “Gen” MMC-nin nizamnamə kapitalı nə qədərdir? Heç 10 manat belə nizamnamə kapitalları ortaya çıxmadı”,- deyə Zaur Səmədov ANS PRESS-ə bildirib.
Onun fikrincə, bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilikdə də bir sıra dəyişikliklər edilməlidir: “Məsələn, banklar və sığorta şirkətləri kimi tikinti şirkətlərinin də nizamnamə kapitalına minimum hədd qoymaq lazımdır. Həm də MKT-lərin tikinti üçün aldıqları əmlaka, əraziyə görə ödədikləri behin miqdarına da müəyyən hədd qoymaq olar”,- deyə hüquqşünas vurğulayır.
XƏBƏR LENTİ
“3 adam” Niyə DAДћILDI?
Yeni planşet satılır
Britaniyanın yeni xüsusi xidmət orqanı 40 ölkədə nümayəndəlik açacaq
"Hər şey yeyirdim" - 64 kiloqram arıqlayan aktyor
Günə yaxşı başlamaq üçün 5 idman hərəkəti
İranlı nazir Təzəpir məscidini ziyarət etdi
“Mad Max” filminin çəkilişləri dayandı
48 saat dayanmadan oyun oynadı-FOTO
Selin Dionun makiyajsız halı sevənlərini qorxutdu-FOTO
Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi
Sabah yaz havası olacaq
Zərgərin istedadı
Məşhur aktyor arıqladı!-FOTO
Damarları təmizləyən içki
Reyhanın faydaları
Türk bayrağına hörmətsizlik
Bu il daha uzun olacaq
Rus əsgərlər ukraynalılara atəş açdılar
Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı
Antonio Vivaldi
Bu rayonda qaz olmayacaq
Asan başa gələn NAPOLEON TORTU (foto resept)
Unudulmaz tərz sahibi: Farah Fawcett
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Almanlara qalib gəldik
Birinci sinfə elektron qeydiyyat dayandırıldı
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
Sudan gələn sürməli qız
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
Nazirlik GMO-larla bağlı analizlər apara biləcək
Qiymətli metallar bahalaşıb, qızıl ucuzlaşıb
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Banklar ipoteka kreditlərindən imtina edəcək
Azərbaycanda həkimlər xəstəyə dil tikdilər
UNESCO-nun baş direktoru İrina Bokova Prezident İlham Əliyevi təbrik etd
Qeyri-adi yaradıcılıq nümunələri
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
BMT yeni baş naziri dəstəklədi
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq?
İrəvanda aksiya başladı
Çimərlik geyimləri
May ayının qalibləri!
Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)
Koronavirusa yoluxmamaq üçün bunu etdilər – FOTO/VİDEO
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Cəlilabadda qeyri-adi olay
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Möhtəşəm cütlük: əncir və süd
Qadınların sevimli payız aksesuarları
- ŞƏRHLƏR