İnsanlar müxtəlifdir və eyni hadisələrə fərqli yanaşırlar. Hər kəsin fərqli istəkləri, düşüncə tərzi, hissləri və arzuları olur. Bəzi insanları bu çaşdırır. Başqası özünə nümunə bildiyi insan kimi olmağa çalışdıqca, daha çox özünü itirir və bədbəxt insana çevrilir. Bəs biz niyə məhz olduğumuz kimiyik və dəyişə bilmirik?
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, insan beyninin çəkisi bədən çəkisinin 2-2,5 faizi qədərdir: "Lakin məhz beyin orqanizmin bütün funksiyalarına reaksiya verir. Biz əlimizi və ya ayağımızı baş və onurğa beyindən neyronlarla uyğun siqnal gedəndə qaldıra bilirik. İnsan yalnız sadə hərəkətlər etmir. Kitab oxuyur, rəsm çəkir, roman yazır, mürəkkəb cərrahi əməliyyat edir, elmi ixtiralar kəşf edir. Amma tərəqqiyə baxmayaraq, insanın hissləri 1000 il əvvəl olduğu kimi qalır. Biz ağlayır, gülür, sevinir, qəzəblənir, küsür, mübahisə edir, aqressiyalı davranırıq".
Psixologiyada çətin suallardan biri - davranışımızın necə formalaşmasıdır. Bizi müəyyən hərəkətət etməyə nə vadar edir? A.Qurbanova bildirib ki, bizim davranışımız - orqanizmin ətraf mühitə adaptasiyasını təmin edən funksional sistemdir. Funksional sistemin mərkəzində hərəkətlərimizin nəticəsi və ona qiymət dayanır. Etdiklərimiz müsbət nəticə verirsə, həyatımız üçün xeyirli olan dəyişiklikləri etmişik.
Psixoloqun fikrincə, insan öz məqsədlərini yerinə yetirmək üçün bir neçə mərhələdən keçir: "Birinci mərhələ əsasdır və insanın sonrakı bütün hərəkətlərini müəyyən edir. Mərhələnin əvvəlində insanda motivasiya, nəyisə etməyə tələbat yaranır. Bundan sonra beyin ətrafda baş verənlərə qiymət verir və keçmiş həyat təcrübəsini təhlil edir".
İkinci mərhələdə insan nəyin baş verəcəyini təsəvvür edərək qərar verir. Bu, onu göstərir ki, insan nəsə etməzdən əvvəl istədiyi nəticəni təsəvvür edir.
Üçüncü mərhələdə artıq istədiyini həyata keçirməyə başlayır. Bu mərhələdə də insanın əvvəlki təcrübələri rol oynayır.
Dördüncü mərhələdə etdiklərinin nəticəsi təhlil olunur. İnsan etdiklərinin nə ilə nəticələndiyi barədə düşünməyə başlayır. Hadisələrin uğursuz və ya uğurlu olduğu müəyyən edilir.
Beşinci mərhələ sonuncu mərhələdir. Əgər hər şey uğursuz nəticələnibsə, səhvlər müəyyən olunur. İnsan davranışını korrektə etməyə başlayır.
Müsahibimiz əlavə edib ki, biz gündəlik həyatda bu proseslərin baş verməsi barədə düşünmürük: "Hərəkətlərin çoxunu özümüzdən asılı olmadan edirik. Ən sadə nümunə; mətbəxə gedib nahar etdikdə belə bu proses baş verir. Əvvəlcə insanda yemək yeməyə tələbat yaranır. O, mətəbəxə gedir və soyuducuda olan ərzaqları nəzərdən keçirir. Əgər soyuducu boşdursa, müxtəlif insanlar buna fərqli reaksiya verir. Bəziləri önlük geyinib yemək bişirməyə başlayır. Zəng vurub hazır yemək sifariş edənlər, yeməyi bişirməyi başqalarından - anasından, nənəsindən, bacısından, həyat yoldaşından, qulluqçudan xahiş edir. Elə də adam var ki, soyuducuda yeməyin olmadığını görəndə dava salır. Pulu çox olan isə soyucudunu boş görəndə restorana yemək yeməyə gedir. Hər kəs fəqrli davranır. Davranışlar isə həmin sadalanan mərhələlər zamanı formalaşır".
Psixoloq bildirib ki, insanın həyatı və öz xasiyyətinin necə olması onun əhatə dairəsindən də asılıdır: "Hətta heyvanları müşahidə etdikdə, onların rənginin, quruluşunun, ölçüsünün yaşadığı mühitə uyğun olduğunu görərik. Hər insanın əhatəsində ona təsir edən, onu dəyişdirə bilən insanlar olur. Elə də insanlar var ki, onları istəmədikdə belə gündəlik həyatdan silmək olmur. Misal üçün, onlar valideyn, qayınana, qayınata, iş yoldaşı, rəhbərlik, müəllim və s. ola bilər".
Onun dediyinə görə, insan həyatından narazıdırsa, öz gələcəyini dəyişdirə bilər. Bunun üçün ətrafında olan insanların ona necə təsir etdiyini təhlil etməlidir. Elə insanlar var ki, onlar təsir altına tez düşürlər. Xüsusilə də, onlar əhatə dairəsindəki insanları ehtiyyatla seçməlidirlər.
Həmsöhbətimizin sözlərinə görə, uşaqlıqdan insanlar başqalarını təqlid edirlər: "Başqalarını təqlid edərək uşaq nəsə öyrənir. Ona görə də, bəzən insan özü dəyişmək istədikdə, əhatə dairsəni dəyişməli olur. Əgər ətrafınızda həyatından gileylənən, uğursuz insanlar varsa, siz də onlara oxşamağa başlayacaqsız. Amma ünsiyyətdə olduğumuz insanlar şən, həyatından razı və uğurludularsa, bu, özümüzdə də əks olunacaq".
Əksər məşhur psixoloqların fikrincə, insanın həyatının necə olması 90 faiz onun gündəlik üzləşdiyi başqalarının həyat təcrübələrindən asılıdır. "Bu səbəbdən də öz həyatınıza müsbət təsir edən insanlarla ünsiyyət qurmağa çalışın".
XƏBƏR LENTİ
Rəngli peçenyelər (foto resept)
Uşaqlardan Tanrıya məktublar
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
HAVA necə olacaq?
Bu gün futbolun ad günüdür
Nikah müqaviləsi vacibdir?
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
İbrahimlə Demet məhkəməlik oldu
Ahmet Kural həbs edildi
Uzaqdan-uzağa sevgi
Gecə paltarları
Buzdan 150 min dolları kim çıxaracaq?
Ləkə çıxararkən edilən 7 xəta
Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL
Məşhur film əşyaları satışa çıxarılıb
Azərbaycanda meşələri kim dağıdır?
BÜRCLƏR bizə nə vəd edir? - 6 APREL
Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”
Nazir tapşırıq verdi
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
Hava haqqında - 23.08.2013
2019-cu ilin çanta trendləri
Milli Məclis sədrinin maaşı artırılır
Nokia brendi yox olur
“Binə” Ticarət Mərkəzi açılır? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Ağdamın Çuxurməhlə kəndinin görüntüləri - VİDEO
Yaponlardan öyrənəcəyimiz vacib qaydalar!
Xəzər dənizində zəlzələ olub
Qocalmağa başlamışıq
Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi
İsmayıllıda zona birinciliyi
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Mayın 31-dən sonra...” - VİDEO
"Gözəllik ondur, doqquzu dondur"
Körpələr üçün geyimlər
Müdriklər demişlər (3-cü hissə)
ABŞ İrana söz verdi
Prezident İlham Əliyev və xanımı "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar
Noyabr ayının qeyri-iş günləri məlum oldu
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
Qar yağacaq
Kıvanç Tatlıtuğun koronavirus testinin nəticələri açıqlandı
2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək
Bəhram Bağırzadə ECMO cihazından ayrıldı - YENİLƏNİB
Bakıda anomal şaxtalar gözlənilir
Keks peçenyelər (foto resept)
Saçı və dərini gözəlləşdirən düyü suyu
"D" və "E" hərfləri ilə başlayan adların mənası
Simsiz qulaqlıqlar xərçəng riskini artırır – Alimlərdən XƏBƏRDARLIQ
- ŞƏRHLƏR