Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, nazirə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub.
Müdafiə naziri Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində də mövcud şəraitlə tanış olub.
Sonra nazirliyin rəhbər heyəti, məktəblərin komandanlığı və müəllim-professor heyətinin iştirakı ilə geniş tərkibdə toplantı keçirilib.
Yeni tədris ilində məktəbin zabit və müəllim heyətinin qarşısında dayanan əsas vəzifələri diqqətə çatdıran müdafiə naziri ölkəmizdə müasir təhsil sisteminin inkişafına Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıb. Nazir qeyd edib ki, hazırda ölkəmizdə hərbi təhsil sisteminin müasir dünya tələbləri səviyyəsində qurulmasına ciddi diqqət yetirilir.
Eyni zamanda, məktəbdə qısa müddətdə yüksək səviyyədə aparılan təmir-bərpa işlərindən, maddi-texniki bazanın vəziyyətindən məmnun qalan müdafiə naziri bütün bunlarda əməyi olan hər kəsə təşəkkür edib.
Hərbi məktəblərdə təhsillə bağlı fikirlərini bölüşən müdafiə naziri tədris-maddi bazasının imkanlarından geniş istifadə etməklə çöl təlim-məşqlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O deyib ki, bizim hərbi məktəbləri bitirən gənc zabitlər elə praktiki hərbi biliklərə yiyələnməlidirlər ki, döyüş zamanı istənilən və zəruri şəraitdə qazandıqları vərdişləri asanlıqla və əminliklə tətbiq etmək bacarığına malik olsunlar.Sonda Müdafiə naziri gələcəyin zabit kadrlarının hazırlıq səviyyəsinin gücləndirilməsi, nizam-intizamın və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini verib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Ana bətnində hiss, həyəcan: unikal
Ramazanın səkkizinci gününün duası
Serial eşqi gerçək oldu?-FOTO
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Sabahın hava proqnozu
Xanımlar və geyim...
Maraqlı həqiqətlər
Tarkandan qızı üçün daha bir QƏRAR
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazandı
Seçilmiş aforizmlər
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Günün qoroskopu: dözümlü və səbrli olun
Facebook-un işçiləri nə qədər maaş alır? – SİYAHI
Neymarın cəzası məlum oldu
Pendirli kek (foto-resept)
Nənənin ada səyahəti
I-IV ixtisas qruplarının sınaq imtahanlarının doğru cavabları
Çörək bahalaşıb?
Koronaviruslu şəxs xəstəxanadan qaçdı - FOTO
Günün qoroskopu: gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Bayram "sürprizi": ətin qiyməti qalxdı
Bütün dövrlərin stili
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
Nazir: "Ərə getmək istəyən qızlar şalvar geyinməsinlər" - FOTO
Hava haqqında - 22.11.2013
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Bu qatardır, yoxsa otel? (Foto)
Simsiz qulaqlıqlar təhlükəlidirmi?
Allahın qulu Teymur
Xoş məramlı bir yenilik!
Tanış olun: Mercedes-Benz MLC - FOTO
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
Obama İrana vaxt qoydu
200 kaloridən az olan 2 sağlam smoothie
Qısa saçlar üçün bir-birindən gözəl modellər
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
YouTube dəyişdi
Günün qoroskopu: Mübahisə etməyin!
Həccin də xərci artır
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Qadınlar haqqında deyilənlər
Hicablı gəlinlər üçün baş örtükləri
Körpələrə ad seçimində nə əsas götürülməlidir: Övladlarına Diləndər, Xiyarə və Fındıq adlarını yaraşdıranlar da var
Əşyaların daha az yer tutması üçün nə etməli?
Ordumuz 3 şəhid verdi
113 yaşlı seçici məntəqədə səs verəcək
- ŞƏRHLƏR